"Çalışmalıyıq ki, insanlarımız ilk növbədə daxildə ayıq- sayıq olsun, təxribatlara uymasınlar"- Fazil Mustafa

"Çalışmalıyıq ki, insanlarımız ilk növbədə daxildə ayıq- sayıq olsun, təxribatlara uymasınlar"- Fazil MustafaErmənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Bu, Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq və işğalçılıq siyasətini davam etdirmək və genişləndirmək niyyətində olduğunu bir daha nümayiş etdirir. Növbəti erməni təxribatı sülh danışıqlarını tam iflasa yaxınlaşdırmaqla Azərbaycanın qarşısında torpaqlarını işğaldan azad etmək üçün güc istifadə etməkdən başqa alternativ qoymur.

Azərbaycan Respublikası Müdafiə Nazirliyindən verilən məlumatlara görə, Azərbaycan Ordusu düşmən təxribatının qarşısını layiqincə alıb, Ermənistan ordusuna sarsıdıcı zərbə vurub. Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Hazırda cəbhə xətti boyu əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır.

Rəsmi Bakı işğalçı Ermənistanın növbəti hərbi təxribatına kəskin reaksiya verib. Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfindən Ermənistan-Azərbaycan sərhədində artilleriya qurğularından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum edilməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan bu kimi hərbi avantüra yolu ilə üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə, Azərbaycana qarşı törətdiyi işğal və təcavüzün məsuliyyətindən boyun qaçırmağa çalışır. Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında da bildirilir ki, Ermənistan təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Eyni zamanda Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır.

Sonxeber.az-a millət vəkili Fazil Mustafa ötən gün Tovuz istiqamətində cəbhə bölgəsində baş verən hadisələrdən danışıb:

"Ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsinin üzvü olduqlarına görə və bütövlükdə bağlanan müqaviləyə əsasən başqa ölkələrin də bu prosesə müdaxilə etmək imkanını düşünərək bu addımı atırlar. Yəni dövlət sərhəddini pozurlar. Azərbaycan tərəfinin verdiyi cavablardan sonra digər müttəfiq olan ölkələrlərlə məsələnin birlikdə müəyyən dərəcədə gündəmə gətirməyə çalışırlar. Bu düşünülmüş taktikadır. Diqqət etsəniz daxildə müəyyən hadisələr baş verdi. Yəni daxildə də bəzi məsələlərin gərginləşməsi istiqamətində addımlar atırlar. Adətən bizdə vətənpərvərlik orduya və dövlətə kömək məqsədilə edilir. Kimsə yolu bağlayıb, Qarabağ bizimdir deyə çığırırsa, başqa məqsəd güdülür. Qarabağ uğrunda kimlər döyüşmək istəyirsə hərbi komissarlığa müraciət edir və bununla da müharibəyə qoşulurlar. Gecənin bir saatında "Qarabağ bizimdir" deyə yürüş etməyin mənası təmamilə fərqli alınır. Ən təhlükəli simptomlar baş verir. Çalışmalıyıq ki, insanlarımız ilk növbədə daxildə ayıq- sayıq olsunlar, təxribatlar uymasınlar. Hər hansı şəkildə dövlətə kömək etmək, Qarabağ üçün canıyananlıq təqdirolunandır, amma bunu dövlətin iradəsinə zidd formada həyata keçirmək bilavasitə təxribata yönləndirmək deməkdir".

Millət vəkili vətəndaşlarımızın diqqətli olmalarını, emosional yanaşma ortaya qoymamalarını tövsiyyə edib:

"Öncədən planlaşdırılmış canlı yayım, vətəndaşları təhrik etmə və digər məsələlərdə diqqətli olmalıyıq. Bu təsadüfi deyil. Olan hadisənin erməni hücumu ilə eyni vaxta düşməsi də onu göstərir ki, həm xaricdən ermənilər vasitəsilə böyük güclər Azərbaycana təzyiqlərini başlayıblar, həm də daxildən qarşıdırıcılıq funksyasını yerinə yetirərək prosesləri körükləmək niyyəti güdürlər. Qarabağ fonunda olan narazılıqları ortaya qoymaq vətənpərvərlik mənasına gəlmir. Dövlət əgər özü tədbir görürsə, əsgərimiz döyüşür, ordumuz hərbi sursat və texnika ilə düşmənin qarşısında dayanırsa, burda Qarabağ kartından populistcəsinə istifadə etmək olmaz".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1465   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Şotlandiyada on il öncə itmiş pişik evinə qayıtdı - FOTO

Şotlandiyanın Aberdin şəhərində 10 il öncə itmiş pişik tapılıb. Forbs adlı ev heyvanı üzərindəki mikroçip sayəsində evinə qaytarılıb. Belə ki, pişiyi tapan şəxs mikroçipdə əks olunan telefon nömrəsilə əlaqə saxlayıb. Məlum olub ki, heyvanın sahibi Edinburq şəhərində yaşayan bir ailədir. Ailə başçıs

18 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Azərbaycan polisi qondarma "bayrağ"ı maşınların üzərindən süngü ilə qazıdı - VİDEO

Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən 21 kilometr zolağına nəzarət edən Azərbaycan polisi bu yoldan keçən avtomobillərdəki daha bir qanunsuzluğu aradan qaldırmaq üçün maraqlı üsula əl atıb. Belə ki, ərazidəki postda xidmət edən qəhrəman polislərimiz sözügedən yoldan keçən avtomobilləri

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021