"Paşinyanın məqsədi dünyanı bürümüş pandemiyada öz acizliyini ört-basdır etməkdir"-Deputat

"Paşinyanın məqsədi dünyanı bürümüş pandemiyada öz acizliyini ört-basdır etməkdir"-DeputatErmənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşlərindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Qeyd edilib ki, görülən adekvat tədbirlər nəticəsində düşmənə zərbə endirilib və o, itki verərək geri otuzdurulub. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4-ü isə yaralanıb.

Paşinyan daxili gərginliyi azaltmaq üçün belə addım atır. Əlbəttə, ordumuz kifayət qədər güclüdür və düşmən qüvvələri qətiyyətlə geri otuzdurulub.

Bu barədə deputat İlham Məmmədov Sonxeber.az-a açıqlama verib.

Deputat ilk olaraq şəhid olan hərbi qulluqçularımızın valideynlərinə və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib.

O, bildirib ki, Vətən uğrunda yenə də şəhid verdik və Vətən uğrunda qan axıtdıq:
"Bu axıdılan qan bu günlərdə şərəfsiz, vicdansız, siyasi təcrübəsi olmayan təlxək Ermənistan rəhbərliyinin idarəetmə üsulunun təxribatının nəticəsidir:

"Təbii ki, Paşinyanın məqsədi dünyanı bürümüş pandemiyada öz acizliyini ört-basdır etmək üçün təxribat törədərək bütün fikri bura yönəltmək istəyir. Sərsəm Paşinyan hələ başa düşə bilmir ki, Azərbaycan Ordusu və Azərbaycan oğulları Ali Baş Komandanın bir əmrini gözləyir. Bu gün hər birimiz deyirik ki, cənab Ali Baş Komandan siz əmr edin. Ermənilərin nəinki işğal etdiyi torpaqları, eyni zamanda əzəli və əbədi torpağımız olan İrəvanımızı qaytramağa hazırıq. Biz bundan çəkinmirik.

Hesab edirəm ki, erməni havadarları, Beynəlxalq Avropa Təşkilatları heç görəsən utanır, xəcalət çəkirlərmi? Yəni, beynəlxalq ictimaiyyətin buna qınağı çox kəskin olmalıdır. Lakin bu gün baxaq, ATƏT-in Minsk qrupu və yaxud Avropa Şurası səsini çıxardırmı? Bu qurumlar bu gün təəssüflər olsun ki, çox vicdansız mövqe nümayiş etdirirlər. Əgər Azərbaycan tərəfindən cüzi bir əlamət sezmiş olunsaydı həmin təşkilatlar bütün dünyanı ayağa qaldırmış olardılar.

Biz Vətənimizi, torpağımızı onsuz da qoruyacağıq və bütün dünya da bilir ki, şanlı Azərbaycan Ordusunun gücü nəyə qadirdir. Yəni bizə bir saat vaxt lazımdır ki, bayrağımızı İrəvanda sancaq və biz bunu edəcəyik. Həmin bu Avropa təşkilatları bu gün ağzına su alıb durmaqla eyni zamanda bəşəriyyətə qarşı bir xəyanət etmiş olurlar.
Təsadüfi deyil ki, bugünlərdə BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi Azərbaycan dövlətinin rəhbərinin təşəbbüsü ilə baş tutub. Azərbaycan dövləti ilk dəfə olaraq möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü və türkdilli dövlətlərin iştirakı ilə beynəlxalq səviyyədə koronavirusa qarşı mübarizə üçün onlayn konfrans keçirildi. Azərbaycan 30-dan çox dövlətə yardım etdi. Bu bizim missiyamızdır. Bu gün COVİD-19-a qarşı Azərbaycan Qoşulmamam Hərəkatının və eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə bir çox ölkələrə yardım göstərir.

Şərəfsiz ermənilər isə belə bir kəskin pandemiya şəraitində təxribat törədərək atəşkəsi pozurlar. Bu vicdansızlıq və şərəfsizlikdir. Klon Paşinyan açsın qulağını və eşitsin ki, bizim də səbrimizin həddi-hüdudu var. Buna artıq dözmək olmaz. Bu ermənilərin törətdiyi təxribatın məhz zirvəsidir. Bütün dünya BMT Baş Asambleyasının xüsusi sesiyasının keçirilməsi üçün Azərbaycan tərəfini dəstəklədi, xoş sözlər bildirdi. BMT-nin baş katibi bu haqda cənab prezident İlham Əliyevlə videogörüntü vasitəsilə danışarkən fikirlərini bildirdi və təşəkkürünü etdi. Məhz bunu Azərbaycan tərəfindən təşəbbüs kimi yüksək qiymətləndirdi. Ermənistan bütün bəşəriyyətə bir bəladır. Terorizmin, faşizmin yuvası olan dövlətdən bundan artıq nə gözləmək olar? Hesab edirəm ki, belə bir terorist dövlətin mövcudluğu bütün dünya üçün təhlükədir. Onu da qeyd edim ki, ermənilərin bu təxribatına çox ağır cavab veriləcək. Çünki bu bizim son həddimizdir".

F.Ağayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1479   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16 aprel
.

Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bu il Həcc ziyarətinə getmək istəyən azərbaycanlı zəvvarlar üçün kvotanı azaldıb. Bu barədə QMİ Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri məlumat verib. O, qərarın səbəblərini açıqlayıb. V. Cahangirinin sözlərinə görə, Həcc ziyarətin

16 aprel
.

TƏBİB sürücülərə müraciət etdi - "Yol ver, həyat qurtar!"

TƏBİB sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı videomüraciət hazırlanıb. Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd olunub

16 aprel
.

Bu kommunal xidmət bahalaşacaq - "Sentyabrın 1-dən..." - RƏSMİ

Son günlərdə sentyabr ayından "Azəristiliktəchizat" ASC tərəfindən qeyri-əhaliyə satılacaq istilik təchizatı xidmətlərinin qiymətlərinin artacağı barədə xəbərlər yayılıb. Qurumun mətbuat katibi Elvin Basqallı Bizim.media-ya bildirib ki, 2024-cü ilin 1 sentyabr tarixindən qeyri-əhali qrupun

16 aprel
.

Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq

Azərbaycan ərazisində aprelin 17-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq

16 aprel
.

"Taksilər ilə bağlı yeni qanun qüvvəyə minir, "Prius" markalı avtomobilərin aqibəti necə olacaq? - Açıqlama

Nazirlər Kabinetinin qərarına görə, 2016-cı ildən əvvəlki illərdə istehsal olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmağa icazə verilməyəcək Ölkə ərazisində çox sayda "Toyota Prius" markalı avtomobillər taksi kimi fəaliyyət göstərir. "Prius" markalı avtomobillərin kütləv

16 aprel
.

Kosmetoloq paylaşıma görə cəzalandırıldı

Barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə müraciət edilmiş tanınmış kosmetoloq Elnarə Rzayevaya hökm oxunub. Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə prosesi Bakıda fəaliyyət göstərən "Laser Beauty Clinic"in (LBC) baş həkimi Rəna Soltanova və həkim-kosmetoloq Rüfə

16 aprel
.

Bakıda özünə xəsarət yetirərək uşaq evindən qaçan qız tapıldı

Bakıda uşaq evində intihara cəhd olub. "Qafqazinfo" xəbər verir ki, Xətai rayonu, Lütfüzadə küçəsində yerləşən 3 saylı uşaq evində yaşayan 16 yaşlı M.Ağayeva (şərti) qollarına kəsici alətlə xəsarətlər yetirib. O, daha sonra müəssisəni tərk edib. DİN Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimo

16 aprel
.

Mələkxanım Eyubovanın qızı Nəzrinin xınası - FOTO/VİDEO

Ötən gün Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfovanın xınası baş tutub. xəbər verir ki, Nəzrin yaxın rəfiqələrini biraraya yığaraq məkanlardan birində özünə kiçik xına məclisi təşkil edib. Bloger bu barədə sosial şəbəkə hesabında bildirib. O xınasından olan özəl görüntüləri sosia

16 aprel