ATƏT-in Minsk qrupu buraxılmalı, məsələ başqa bir formatda həll edilməlidir"- Politoloq Nəzakət Məmmədova

ATƏT-in Minsk qrupu buraxılmalı, məsələ başqa bir formatda həll edilməlidir"- Politoloq Nəzakət MəmmədovaBazar günü Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən erməni təxribatı Azərbaycan ordusunun 4 hərbçisinin şəhid olması ilə nəticələnib. Ermənistanın məhz Tovuz istiqamətində hücum etməsi diqqəti Qarabağdan yayındırmaq cəhdidir. Üstəlik bu təxribat BMT-nin pandemiya dövründə atəşkəs çağırışı etdiyi bir vaxtda və Azərbaycan prezidentinin təşəbbüsü ilə BMT Baş Assosiasiyasının iclasını çağırması ilə əlaqədar müzakirələr başladığı dövrə təsadüf edir.

Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, Ermənistan təxribatçı əməlləri ilə üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Eyni zamanda Ermənistanın bu təxribatı Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların mahiyyətini ciddi şübhə altına alır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Nəzakət Məmmədova Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində iyulun 12- dən başlayan düşmən təxribatını və bunun nəticəsində davam edən döyüşləri şərh edib:

ATƏT-in Minsk qrupu buraxılmalıdır. Necə olur ki, Azərbaycan Milli Məclisinin 5 il fəaliyyət göstərən üzvləri öz qeyri-adekvat olmalarını etiraf etdilər, hərçənd sonra yenə ora təyin olundular, amma hər halda etiraf etdilər ki, səriştəizdirlər və özlərini buraxdılar. Minsk qrupu isə 28 ildir münaqişəni həll edə bilmir və bununla yanaşı qeyri-adekvat, səriştəsiz olduqlarını etiraf etmək istəmir?! Qərbdə istefa mədəniyyəti deyilən bir şey var: indiyədək heç bir həmsədr əlini vicdanına qoyub istefa verməyib. Əgər səriştəlisinizsə, münaqişə niyə həll olunmur, əgər həll edilmə perspektivi var idisə, 28 ildə niyə irəliləyiş yoxdur?! Bir missiya bir ölkənin milyonlarla insanının 28 il boş yerə vaxtını alıbsa, sərştəsiz olduğunu etiraf etməli, Azərbaycan xalqından üzr istəməli və buraxılmalıdır, etmirsə, Azərbaycan bunu tələb etməlidir. Həmsədrlər bölgəyə ancaq ölüm gətirirlər. ABŞ keçmiş dövlət katibi xanım Hilari Klinton bölgəyə səfər edəndə 5 nəfər əsgərimiz işğal olunmuş ərazimizdəki erməni terrorçuları tərəfindən açılan atəş nəticəsində həyatını itirmişdi. Ondan sonrakı dövrdə də cəbhə xətti qanlı mesaj yerinə dönüb. Hər dəfə günahsız azərbaycanlılar öldürülür və öldürüləcək. Minsk qrupunun müftəxor həmsədrləri bu vəzifələrinə görə yüksək maaş alırlar, diplomatik toxunulmazlıq statusları var, hər dəfə gəlib Xankəndində, Şuşada kabab yeyib, erməni konyakı içib, terrorçularla deyib-gülüb mətbuata bir-iki poz şəkil çəkdirib gedəcəklər deyə, bizim günahsız insanlarımız həlak olmalıdır?! Minsk qrupu məsələnin həlli ilə məşğul ola bilmir. ATƏT soyuq müharibə dövrünün qalığı olan mənasız qurumdur. Minsk qrupu 28 ildə fəaliyyətində heç bir uğura nail olmayan səriştəsiz təsisat kimi ləğv olunmalı, məsələ başqa bir formatda həll edilməlidir".

Politoloq Nəzakət Məmmədova məsələnin həll olunması üçün Türkiyə, Almaniya da daxil olmaqla yeni bir qurumun yaradılmalı olduğunu bildirib. Politoloq həmçinin Qarabağ məsələsi ilə bərabər ermənilərin Naxçıvan torpaqlarına olan ərazi iddiasından da söz açıb:

"Ermənistan-Azərbaycan münaqişəsi təkcə Qarabağla məhdudlaşmır, Ermənistanın Naxçıvana da ərazi iddiaları var. 1921-ci il Qars müqaviləsinə əsasən, Türkiyə Naxçıvanın təhlükəsizliyinin təminatçı dövlətidir, 1991-ci ildən bəri Naxçıvan blokadada olub, orada ağır döyüşlər gedib. Qarabağ və Naxçıvan məsələsi paralel götürülməlidir. Bu baxımdan Türkiyənin Ermənistan-Azərbaycan münaqişəsinə dair yaradılmalı olan yeni təşkilata üzvlüyü vacibdir. Necə ola bilər ki, Fransa kimi regiona dəxli olmayan dövlət Minsk qrupuna həmsədrlik edə bilir, Türkiyə kimi region ölkə isə kənarda qalır?! Azərbaycan Avropa ilə enerji əməkdaşlığından Qarabağ məsələsinin həlli üçün istifadə etməlidir. Bütün xarici siyasət qərarları bir məqsədə xidmət etməlidir - Qarabağın azad olunmasına".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2725   Tarix: 13 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021