Prezidentin köməkçisi: "Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir"

Prezidentin köməkçisi: "Ermənistanın cəzasızlığı onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirir"Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı Azərbaycan Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "TRT World" kanalına müsahibə verib.

"Report" xəbər verir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin sərhəddə artileriyadan istifadə etməklə növbəti təxribat törətdiyini bildirən H.Hacıyev Azərbaycan Silahlı Qüvvələrinin sərhəddə yerləşən hərbi hissələrinin hədəf alındığını, 4 azərbaycanlı zabit və əsgərin öldürüldüyünü və 5 nəfərin isə yaralandığını diqqətə çatdırıb.

O, bunun Ermənistan tərəfindən məqsədyönlü şəkildə törədilmiş təxribat olduğunu və Ermənistan hökumətinin buna görə birbaşa məsuliyyət daşıdığını qeyd edib: "Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın təxribatının qarşısını almaq üçün əks tədbirlər görməyə məcbur olub. Məlum hadisə təcavüz, gücdən istifadə və Ermənistan silahlı qüvvələrinin məqsədyönlü hərbi təxribatıdır".

Danışıqlar prosesinə toxunan H.Hacıyev Ermənistanın cəzasızlığının onu növbəti hərbi avantüralara və təxribatlara şirnikləndirdiyini xüsusilə vurğulayıb: "Beynəlxalq ictamaiyyət, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri səylərini daha da artırmalıdır. Ermənistan regionda iki ölkə sərhədində daha bir münaqişə ocağı yaratmağa çalışır və bu, artıq həssas olan regional sülhü və təhlükəsizliyi təhdid etmək istiqamətində Ermənistanın məsuliyyətsiz fəaliyyətidir. Azərbaycana qarşı təcavüzkar fəaliyyətə görə məsuliyyət daşıyan Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etməkdən imtina edir və azərbaycanlı məcburi köçkünlər doğma yurd-yuvalarına qayıda bilmir".

H.Hacıyev beynəlxalq ictimaiyyəti xüsusilə COVID-19 dövründə Ermənistanın hərəkətlərini ciddi şəkildə qınamağa çağırıb, habelə, məlum təxribatı Ermənistan hökumətini daxili sosial-iqtisadi problemlərdən diqqəti yayındırmaq cəhdi kimi dəyərləndirib.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı Azərbaycan Prezidentinin çıxışına toxunan H.Hacıyev həmsədrlərdən təkcə tərəflər arasında məlumat mübadiləsi aparmaqla məşğul olmamalarını bildirərək onlardan danışıqlar prosesinin əsas fundamental əsaslarının icrasının gözlənildiyini bildirib.

Eyni zamanda H.Hacıyev münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasının vacibliyini diqqətə çatdırıb.

Görüş xatirinə görüşün keçirilməsinin qəbuledilməz olduğunu söyləyən H.Hacıyev bunun Ermənistan üçün işğalı davam etdirmək üçün görüntü olduğunu xüsusilə vurğulayıb. Habelə, Azərbaycanın gözləntilərinin ilk növbədə həmsədr ölkələrin və beynəlxalq ictimaiyyətin tədbirlər görməli olduğu bildirilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1668   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Yaşar Gülər: Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanındayıq

Türkiyə Cənubi Qafqazda sabitliyin qorunması üçün Azərbaycanın yanında olacaq. "Report" xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər nazirliyin yüksək rütbəli rəsmiləri ilə birlikdə Şanlıurfaya sərəfində deyib. O bildirib ki, Türkiyə digər dost və qardaş ölkələr kimi

11 aprel
.

Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE

Prezident İlham Əliyevin sərəncamı ilə Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilib. yeni sədrin dosyesini təqdim edir:. Fərhad Adıgözəlov 1977-ci ildə Bakı şəhərində anadan olub. 199-cu ildə Azərbaycan Beynəlxalq Universitetində maliyy

16 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaq

Ermənistan-Azərbaycan delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsi əsas götürüləcək. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədini

19 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

" III Dünya savaşı baş versə, Cənubi Qafqaz müharibə ocaqlarından biri olacaq" - Ekspert

Hərbi toqquşmaların yaratdığı təhlükənin miqyası gündən-günə artmaqdadır. 1914, 1939-cu illərdəki siyasi-hərbi durum hazırkı hadislər ilə oxşardır. II dünya müharibəsi başlaya bilərmi?. Məsələ ilə bağlı hərbi ekspert Səxavət Məmmədli -a açıqlama veribş. O bildirib ki, II dünya savaşı baş versə, Cənub

15 aprel
.

Ermənistan Azərbaycan sərhədçilərinə atəş açıldığını etiraf etdi

Ermənistan iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açılmasını rəsmi olaraq etiraf edib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin açıqlamasında bildirilib. Məlumatda Ermənistan tərəfinin baş verən hadisədən təəssüfləndiy

12 aprel
.

Ermənistan Qazaxın kəndlərini nə vaxt qaytaracaq? - VİDEO

Qazaxın işğal altında qalan kəndləri ilə bağlı Ermənistan tərəfinin qeyri-müəyyənliyi davam edir. Ölkə müxalifəti bir yana, hökumətin özündə də bu barədə yekdil fikir yoxdur. Bununla yanaşı, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan anklavlarla bağlı müzakirələrin getmədiyini deyib. Ümumiyyətlə

12 aprel
.

Azərbaycan və Ermənistan demarkasiya xəttində sərhəd xidmətlərinin fəaliyyəti necə təşkil olunacaq?

Azərbaycan və Ermənistan sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcəklər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan il

19 aprel