İnternetlə bağlı yaxın aylar üzrə yeniliklər nədən ibarət olacaq? - Rəsmi AÇIQLAMA

İnternetlə bağlı yaxın aylar üzrə yeniliklər nədən ibarət olacaq? - Rəsmi AÇIQLAMAAzərbaycanda mart ayının sonundan etibarən tətbiq olunan karantin rejimi zamanı internet istifadəçilərinin sayı artıb. Evdə qalan əhalinin internetdən daha çox istifadəsi tendensiyası ilə yanaşı, elektor ticarət, evdən işləmək və ən əsası onlayn təhsil internetə tələbatı yüksəldib. Nəzərə almaq lazımdır ki, bu tələbat nəinki azalacaq, əksinə getdikcə daha da artacaq. Üstəlik hələ sentyabrda məktəblərdə dərslərin başlanması da sual altındadır. Əgər pandemiya kəskin şəkildə davam edərsə, güman ki, dərslər onlayn rejimdə başlayacaq. Yəni internetə tələbat daha da artacaq. Hazırda "Aztelekom" MMC magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber-optik xətlər çəkilir.

İnternetlə bağlı yaxın aylar üzrə yeniliklərin nələrdən ibarət olacağı maraq əhatəsindədir.

Sonxeber.az-ın ünvanladığı sorğuya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi olaraq açıqlama verib:

"Xüsusi karantin rejimində telekommunikasiya xidmətlərinə artan tələbatın ödənilməsi, dayanıqlığın və keyfiyyətin təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən bütün zəruri işlər həyata keçirilir. Nazirliyin tabeliyində fəaliyyət göstərən "Aztelekom" MMC və "Bakı TelefonRabitəsi" MMC (Baktelecom) tərəfindən karantin müddətində müştərilərin artan telekommunikasiya xidmətlərinə olan tələblərinə cavab vermək üçün şəbəkə dayanıqlığının təmin olunması istiqamətində mütəmadi olaraq işlər aparılır. Eyni zamanda "Aztelekom" MMC telekommunikasiya xidmətlərinin ölkəmizdə müasir dünya standartlarına çatdırılması məqsədilə magistral xətt şəbəkəsinin DWDM/MPLS texnologiyaları əsasında yenidən qurulması işlərinə başlayıb vəbunu davam etdirir. Layihə çərçivəsində telekommunikasiya qovşaqlarında müasir avadanlıqlar quraşdırılır, əlavə magistral fiber optik xətlər çəkilir. Layihə nəticəsində regionlara ötürülən trafikin həcmi dəfələrlə artırılıb.
"Baktelecom" tərəfindən daşıyıcı şəbəkənin tutumu artırılıb. Qurumun mütəxəssisləri istifadəçilərin fasiləsiz və sürətli xidmətlərlə təminatı üçün şəbəkənin təkmilləşdirilməsi istiqamətində profilaktik işləri davametdirirlər".

Rəsmi qurumdan verilən məlumatda həmçinin təhsil müəsissələrinin internetlə bağlı təminatı, olacaq yeniliklərlə bağlı məsələsinə də aydınlıq gətirilib:

"Təhsil müəssisələrinin bağlı qalması davam edərsə və internet şəbəkəsi üzərindən tədris prosesi aparılarsa, internet təminatının artırılması, təkmilləşdirmə işlərinin sürətləndirilməsi və şəbəkənin gücləndirilməsi istiqamətində operativ tədbirlər həyata keçiriləcək. Həmçinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi fəaliyyət göstərən özəl internet provayderlərə həmişə olduğu kimi dəstək verir. Onlara imkan yaradılır ki, müştərilərinə kəsintisiz internet xidməti göstərsinlər".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3683   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Bazar gününə olan hava proqnozu AÇIQLANDI

Azərbaycanda sentyabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

18 sentyabr 2021
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq

Türkiyə ilə Azərbaycan arasında yeni sənəd imzalanacaq. Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu məsələ Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında keçirilən görüşdə müzakirə olunub. A.Kərimov ikitərəfli dostlu

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021