"Hər 3 saniyədə bir insan öləcək" - İnfeksionistdən XƏBƏRDARLIQ

"Hər 3 saniyədə bir insan öləcək" - İnfeksionistdən XƏBƏRDARLIQİmmunitet bütün xəstəliklərdə çox vacib rol oynayır. Amma insanların özünün özünə "Mənim immun sistemim zəifdir" deməsi bu, bir az yanlış yanaşma olur.

Bunu Mili.Az-a müsahibəsində Sumqayıt Pandemiya Xəstəxanasının koordinatoru, infeksionist Vüsalə Yaşar deyib:

İmmun sisteminin zəifliyi daha çox kimlərdə müşahidə edilir?

- İmmun sistemi zəif olan bir qrup insanlar var. Onlar spid xəstələri, orqan nəqli olunmuş insanlar və yaxud immun sistemini zəiflədən dərman qəbul edən insanlar var. Bunlar ayrı qrupdur və bunların orqanizmi hədsiz zəif immun sisteminə sahib olduğuna görə onların yoluxmaları ölümcül ağırlaşmalara səbəb ola bilər. Təbii ki, evdə qalmaq immunitetə birmənalı zərərdir. İmmunitet üçün bizim günəş şüalarına, açıq havaya, sağlam qidaya ehtiyacımız var. Amma hal-hazırkı dönəmdə, çox təəssüf olsun ki, əhali bir az məsuliyətli yanaşmadı. Mən bizim əhalini heç bir şeydə qınaya bilmərəm. Amma bütün dünyada var olan bir vurusa inanmamaqdan söhbət gedir. Olsun bioloji silah, olsun kimsə istehsal edib, kimsə qəsdən edib və s. Bunlara beynimizi sərf edib yormaq yerinə çox sadə qaydalarla özümüzü və ətrafdakıları qorumağa çalışsaq, heç bu qədər psixi gərginlik də yaşamarıq.

Temperaturu yüksək olan şəxsin koronavirus olmadığını necə müəyyənləşdirmək olar?

- Pandemiya dövründə bütün temperaturlu hallardan şübhələnmək olar. Amma başqa temperaturlu xəstəliklər də var. Bunlar hələ də inkar olunmayıb. Yəni, xəstələrin axşam brüselyozdan da qızdırması ola bilər, digər infeksion xəstəliklərdən də, adi sidikyolu infeksiyasından da ola bilər. Məsləhətdir ki, 3 gündən artıq davam edən qızdırması olan insanlar həkim çağırsınlar, onlardan test alınsın. 37-nin üzəri olan temperatur normal temperatur deyil. Amma artıq 37.5-in üzərindədirsə, artıq bu bir siqnaldır.

Statistikaya görə yoluxub ölənlərin çoxu kişilərdir? Səbəb nə ola bilər?

- Koronavirusa yoluxanlar arasında da, dünyasını dəyişənlər arasında da kişilər çoxluq təşkil edir.

Kişilərimiz bir az daha qorxaqdırlar

Kişilərimiz cəmiyyət olaraq bir az daha qorxaqdırlar, nəyinki qadınlarımız. Mən xəstələrin arasında da görürəm, tənginəfəsliyi olan kişilər daha çox qorxur, daha həyəcanlıdır və qorxu, həyəcan, gərginlik bizim immun sistemimizi aşağı salan faktorlardandır. Cəmiyyət olaraq bizim kişilərimiz daha çox qayğıya ehtiyacı olan, daha çox xidmət istəyən kütlədir. Böyük qismi elədir. Xəstəxanada da görürük ki, onlar istəyir ki, hamı onlarla özəl maraqlansın və bir də bizim kişilərdə statistikanın belə alınmasında alkoqolun da təsiri ola bilər. Cəmiyyət olaraq bilirsiniz, bizdə siqaret çəkən qadınlar yox kimidir, alkoqol istifadə edən qadın çox azdır. Bunlar da immun sistemini zəiflədən faktorlardır. Ona görə kişilərdə ölüm halı daha çox ola bilər.

Sahə həkimləri COVİD xəstələrinin müalicəsinin öhdəsindən gələ biləcək?

- Əvvəl dövlətin ki buna imkanı var idi, bütün COVİD pozitiv xəstələr xəstəxanalara yerləşdirildi və xəstə də haqlı olaraq şikayət edirdi. Çox eşitmişəm testi pozitiv çıxan xəstələrdən ki, "Məni burada niyə saxlamısınız? Mənə vitamindən başqa burada heç nə olunmur". Biz izah edə bilmirdik ki, sizi, sadəcə, izolyasiya məqsədi ilə burada saxlayıblar. Yəni, digər insanlarla təmasınızı azaltmaq üçün. Onlar da deyirdi ki, "Yəni mən bu qədərmi məsuliyətsizəm?! Mən, onsuz da, gedib evimdə bu izolyasiyaya əməl edə bilərəm". Amma görünən mənzərə başqa oldu. Bir gün gəldi və bu yüngül xəstələrin evdə izolyasiyasına qərar verildi.

COVİD xəstəsi deyir ki, gözləyin marketdəyəm qayıdıram

Sahə həkimlərindən hətta bunu eşidirik, deyir ""Zəng edirik, gəlirik sizdən yaxma almağa". Xəstə deyir ki, "Gözləyin marketdəyəm qayıdıram". Halbuki, bu, COVİD xəstəsidir. Beləcə, məsuliyyətsiz yanaşmalar artmağa başladı. Həmin insanlardır deyir ki, "Mən evdə də özümü izolyasiya edə bilərəm. Məni niyə xəstəxanaya yerləşdirirsiniz". İndi yüngül xəstələri yerləşdirmək üçün yerimiz yoxdur, izolyasiya edə bilmirik. Bir az məsuliyyət pasiyentin öz üzərində qalır. Hamı bilir ki, bu, çox çətindir, yaydır, istidir, evdə oturmaq asan deyil. Amma bu, çətin bir dönəmdir keçirik, bütün dünya bundan keçir və biz burada öz sağlığımızı riskə atmış oluruq. Bir az daha diqqətli yanaşsaq, daha tez bu işin altından qalxa bilərik.

Nəfəs darlığı yalnız COVİD 19-un əlamətidir?

- Qızdırma və öskürək olmadan tək nəfəs çatışmazlığı COVİD 19-un əlaməti ola bilməz. Xəstələrin çoxunda psixoloji br şey var - nəfəs çatışmazlığı. Bir kərə onu anlasınlar ki, ilk günlərdən yaranan bir şey deyil bu. Xəstəndə həmən ilk gündən nəfəs çatışmazlığı yaranmır, buna zaman lazımdır və adətən bu xəstələrin qızdırmaları da olur, öskürək az ola bilər, zəif ola bilər, amma nəfəs çatışmazlığı heç bir simptomsuz olmaz. Yanaşı mütləq bir şey olmalıdır. Ona görə də xəstələr psixoloji olaraq özümü izləyim ki, mənim tənəffüs çatışmazlığım var, mən, deyəsən, boğuluram. Bu panikadır, bundan uzaq olmaq lazımdır, özünüzü sakitləşdirin sadəcə. Çünki bu, bir günün içində yaranan bir şey deyil.

Tibb işçiləri arasında son dönəmlər koronadan ölüm halları niyə artıb?

- Biz ən çox tibb bacılarında görürük ki, "Mən damarı tapa bilmirəm, gözlüyümü çıxartdım.

Bu dönəmdə kondisioner istifadə etmək qətiyyən olmaz

Çox istidir. Biliriniz ki, bu dönəmdə kondisioner istifadə etmək qətiyyən olmaz. Yalnız hava axınını təmin etmək üçün pəncərələr açılır və bu geyimdə də işləmək çətin olduğuna görə bəzən gözdən qaçan xırda məqamlar olur. Amma böyük qisim bu xəstələrlə yenə də sıx təmasdadır. Biri var bir COVİD-li xəstə ilə sizin kontaktınız, biri də var ki, orada virus yükü həddən artıq çoxdur və burada risk daha çoxdur.

Havalandırma necə olmalıdır?

- Kondisioner bu müddətdə olmaz. Əsas da ofislərdə, müəssisələrdə, iş yerlərində, xəstəxanalarda, hər hansı bağlı qapalı digər məkanlarda kondisionerə tərəfimizdən qəti izn verilmir. Nəyə görə? - Havalandırması yoxdur. Eyni hava dövran edir. Yalnız pəncərə açıq və hava dövran etməlidir ki, virus yükü azalsın. Mütləq pəncərə açıq olmalıdır. Xəstələrə də xəstəxanada pəncərəni açıq, qapını bağlı saxlatdırırıq.

Marketlərdə qızdırma ölçən aparatla müştərilərin temperaturunu ölçmək fikrinizə koronavirusla mübarizədə effektlidirmi?

- Məntiqsiz bir şeydir. Ona görə ki, xəstə istəyərsə, "Parasetamol"unu içib marketə girə bilər, qızdırması düşəcək və yaxud da COVİD-li xəstələrin hamısının qızdırması olmur. Əl gigiyenasına diqqət etmək, məncə, daha effektiv ola bilərdi. Qızdırma ölçən aparat COVİD-li xəstəni müəyyən edə bilsəydi, qızdırma ölçənlə COVİD-19 təsbit olunardı. Xəstəxanaya da bir dənə qızdırma ölçən qoyardılar, sən COVİD-sən, COVİD deyilsən deyərdilər. O, məntiqli bir vasitə deyil.

Mütəxəssislər koronavirusdan ölənlərin sayının bir müddət sonra artmaq ehtimalının yüksək olduğunu bildirirlər. Səbəb?

- Ölkəmizdə ürək, qan, damar sistemi, şəkər xəstəliklərinin faizi yüksəkdir. COVİD-19 virusu, əsasən, bu xəstəliyi olanlara ciddi təsir edir. Bu da o deməkdir ki, koronavirusdan ölənlərin sayı bir müddət sonra daha da artacaq. Bizi ən çox bu qorxudur. Şəkərli diabet, arterial hipertaniya və bu kimi xroniki xəstəliyi olan insanlar çoxdur.

Sağlam adam "Arbidol"dan profilaktika üçün yararlana bilər?

- "Arbidol" sizin dərdlərinizin həlli deyil. Profilaktik məqsədlə qəbul olunması heç bir nəticə, heç bir effekt verməyəcək. Boşu-boşuna külli miqdarda pula hansısa fürsətçi əczaçıdan "Arbidol" alıb qəbul etməyin. Ümumiyyətlə, heç bir effekti yoxdur. Deyim ki, COVİD-in müalicəsinə 100/100 təsirli bir dərmandır, deyil! Sadəcə olaraq, virus əleyhinə olub, müəyyən minimal təsirləri olduğuna görə evdə müalicədə tövsiyə olunan preparatdır. Bilirsiniz, evdə yüngül xəstələr müalicə olunur, amma insanın COVİD-i pozitiv deyilsə, boşu-boşuna alıb qəbul eləsin ki, mən profilaktik məqsədlə "Arbidol" içirəm. Dəyməz, lazım deyil.

Yoluxmanı önləmək üçün profilaktik nə edə bilərik?

- Birinci, önəmli faktor, tanıdığınız bir klinikaya yaxınlaşıb D vitamini səviyyənizi ölçdürün. Hə, D vitamini aşağıdırsa, həmən D vitamini qəbul etməyə başlamalıyıq. İkinci, sağlıqlı qida, günə 3-4 litr bol maye, bol maye dediyimiz şey mürəbbəli çay deyil, kompot deyil, bol maye dediyimiz şey su, suyun içinə mer-meyvə atıb dadlandıra bilərlər, yaşıl çay və s.

Evində müalicə olunan xəstənin hansı dərman vasitələrindən istifadə etməyi məsləhətdir?

- Yüngül xəstədir deyək ki, 37.5-in üzərində, 37.2, 37.3 qızdırması var, sağlam qida ən önəmli faktor. Burada ağ un məmulatları yeyim, mürəbbə ilə çay içim, mən özümü möhkəmləndirirəm, elə bilir ki, onunla hər şey yaxşı olur, bu yanlışdır. Şəkər yemirik, meyvə qurusu ilə çayınızı için. Sezondur, bol mer-meyvə yeyin, ağartı məhsulları, göy-göyərti, tərəvəz, zəncəfilli çay olar və s. bunlar bizim immun sistemimizə dəstəkdir. Amma dərman preparatı qəbul etmək istəyiriksə, birinci məsələ D vitaminin əksikliyi xəstəliyin gedişini ağırlaşdırır. Kifayət qədər günəş şüası ala bilmədiyimizə görə D vitamini əskikliyimiz ola bilər. C vitmanini tablet şəklində suya qatıb qəbul etmək olar. İllah da iynə kimi venama, əzələmə vurum, ehtiyac deyil bu. Və yaxud da sinaq preparatlarından qəbul etmək olar. Başqa hər asqıran, öskürən, bir gün qızdırması qalxan başlayır antibiotik qəbul etməyə.

Bütün dünya antibiotik istifadəsinə qarşı mübarizə aparır, bu, nə deməkdir?

- 2050-ci ildə hər 3 saniyədə bir insan antibiotik davamlılığı səbəbindən öləcək və bu gün biz xəstələrimizə və yaxud da özümüzə ehtiyac olmadan antibiotik qəbul edəndə sabah həmin antibiotik bizə təsir etməyəcək. Biz adi bir infeksiyadan ölə bilərik. Çünki antibiotiklərin hamısını istifadə etmişik artıq. O baxımdan çox diqqətli olmaq lazımdır. Mənə heç nə etməz deməyək. Bu da virus infeksiyasıdır. Burada antibiotikin çox da böyük əhəmiyyəti yoxdur.

Çalışdığınız Sumqayıtda epidemioloji-sanitar durum nə vəziyyətdədir?

- Payızda vəziyyətin Sumqayıtda daha pis olacağından qorxuram. Bir az məsuliyyətli olaq, bir az dözək. Bir şey deyim: biz müsəlman milləti olaraq məsələn Məhərrəmlikdə nə edirik?! Bir ay ərzində toy olmaz, olmaz! Hamı bunu qəbul edir, illərdir əməl edirlər. İçki içmirlər, saç boyamırlar, qaş aldırmırlar, biz əhali olaraq beləyik. Orucluqda yemək olmaz, olmaz! İndi də getməyək dənizə, bu yay getməyək, bu yay dözək, çöldə az olaq. Tamam, bir yay dözək də, ömürlük deyilmir bu. Çünki iqtisadiyyat çökür. Dözək ki, bir müddətdən sonra bu vəziyyətdən çıxa bilək. Bu təkcə sağlamlıq problemi deyil, artıq iqtisadiyyat da çökür, insanlar işləmir. Bunun qabağını almağın tək yolu bir müddət dözüb səbr etməkdir.

Özümüzü necə və hansı məhsullarla qoruya bilərik?

- Mən də digər insanlar kimi şəkər də yemişəm, un da yemişəm və s. 2 aydır artıq tamamən imtina etmişəm onlardan və bunu təbliğ etməyə çalışıram. Çünki biz pəhriz deyəndə suda qaynamış ət başa düşürük. Biz elə ölkədə yaşayırıq ki, bizim meyvəmiz boldur. Biz hələ də təzə kənd toyuğu tapıb yeyə bilirik, kənd yumurtası yeyə bilirik. Bunlar varkən bütün günü makaron, vermeşil və s. yeməyək.

"Buzlu şüşə" mənzərəsi nə deməkdir?

- Elə bil ki, ağciyərə buzlu şüşənin arxasından baxırıq. Bu mənzərə olduğuna görə deyirlər "buzlu şüşə" görüntüsü. Bu, daha öncələrdə də olub. "Buzlu şüşə" görüntüsü sırf COVİD-ə xasdı deyə bilmərik. Sadəcə, pandemiya dönəmində xəstənin həm "buzlu şüşə" mənzərəsi var, həm bəlğəmi azdı, qızdırma çox azdı. Xəstənin, demək olar ki, burnu da axmır, adi yuxarı tənəffüs yolu infeksiyasına xas əlamətlər yoxdur. Gedişatın hamısını dəyərləndirdikdə "buzlu şüşə" də daxil olmaqla biz deyirik ki, hə bu, COVİD-ə xas mənzərədir. Amma başqa virus infeksiyalarında da, başqa virusa bağlı pnevmaniyalarda "buzlu şüşə" görüntüsü ola bilər.

Gürcüstanda niyə yoluxma azdır və onlarda karantin qaydaları daha tez effekt verdi?

- Siz orada marketlərin önündəki sıralamanı görürsünüz necə dayanırlar?! Vətəndaşdan çox şey asılıdır.

Vətəndaşlarımızın 50%-i qaydalara əməl etsə, biz işin öhdəsindən gələ bilərik

Bizdə də qaydalara çox ciddi əməl edən insanlar var. Vətəndaşlarımızın 50%-i qaydalara əməl etsə, biz işin öhdəsindən gələ bilərik. Necə? İctimai qınaq olsa. Mən marketdə digər müştəriyə deyirəm ki, maskanı burnuna çək, elə cavab verir ki, adama. Amma Gürcüstanda elə şey yoxdur. O adama həmin sözü deyəndə özündə narahatçılıq hiss edir. Mən taksi sürücüsünə maska taxdıra bilmirəm. Bununla bağlı neçə taksi sürücüsünə etmişəm ki, bu adam bilmir ki, maska taxmalıdır? Deyir məndə heç nə yoxdur. Sən ekstrasenssən? Hardan bildin ki, yoxdur. Və ya mənim maska taxmağım sən xəstəsənsə heç bir şey ifadə etmir. Sən də taxmalısan ki, mən qorunum və hər kəs qarşısındakından bunu tələb etsin.

Bəzən test neqativ olur, rentgen və KT-də pnevmaniya əlamətləri, xəstəliyin klinik əlamətləri aşkar olur. Bu, COVİD kimi dəyərləndirilməlidirmi?

- Bütün dünyada burun udlaqdan alınan yaxmanın 40%-ə qədər neqativ olma ehtimlı var. Test neqativdirsə, amma bizim COVİD-ə xas əlamətimiz və iki tərəfli "buzlu şüşə" görüntülü pnevaniyamız varsa, COVİD-li xəstə kimi dəyərləndirilib, müalicə olunmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3810   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

"Universitetə qəbul olan tələbəyə illiyi hissə-hissə ödəməyə imkan yaradılmalıdır" - Ekspert

Hər il universitetə ödənişli əsaslarla qəbul olan bəzi abituriyentlər təhsil haqqını ödəməyə bilmədikləri üçün universitetdən yayınırlar. Universitetlər bir çoxu isə I kursda ödənişi bütün şəkil istəyir. Bu halın qarşısı necə alına bilər?. Məsələ ilə bağlı təhsil ekspert Elçin Efəndi -a açıqlama verib

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel