Tovuz təxribatı və Paşinyanın suya düşən planları
İki gündür Azərbaycan cəmiyyətində ən çox müzakirə edilən məsələ ermənilərin Tovuzla sərhəddə törətdiyi təxribatdır. Azərbaycanın güclü ordusu təxribatın qarşısını aldı, düşmən geri oturduldu və canlı qüvvəsi, texnikası məhv edildi. Bu barədə videoçarxı dünən Müdafiə Nazirliyi yaydı.
Görəsən niyə məhz ermənilər Tovuz istiqamətini seçiblər?
Çünki bu nöqtə Azərbaycan Ermənistan sərhəddidir. Əgər Azərbaycan Ordusu hücuma keçsə, ermənilər haray salaraq KTMT-dən yardım istəyəcəklər. Amma ermənilərin unutduğu bir məqam var, Azərbaycanın çox güclü ordusu, çox savadlı Ali Baş Komandanı, hər şeyi dəqiqliklə analiz edən hərbi-siyasi elitası var.
Paşinyan gözəl bilir ki, Ermənistan koronavirusun cəngində çabalayır, ölkədə narazılıq pik həddə çatıb, Qarabağ klanı revanşa hazırlaşır, getdikcə reytinqi aşağı düşür. Bunun üçün isə daxili gərginliyi azaltmaq üçün təxribata əl atdı və düyməyə basdı. Amma nə oldu? Paşinyanın planları suya düşdü. Azərbaycan Ordusu düşmənə layiqli cavabını verdi.
Prezident İlham Əliyev cənabları hadisəni tam nəzarətində saxlayır və məsələ ilə bağlı dünən Təhlükəsizlik Şurasının iclasını keçirdi. İclasda prezident bunun təxribat olduğunu vurğuladı, düşmənin bir santimetr də torpağımıza keçə bilmədiyini əminliklə bəyan etdi, şəhidlərimizin qisasının alındığını bildirdi.
Məsələnin ikinci tərəfi isə virtual aləmdə başlayan informasiya savaşıdır. Hər zaman olduğu kimi, ermənilər bu dəfə də saxta profillər açaraq dezinformasiyaya yaymağa, Azərbaycan xalqı arasında çaşqınlıq yaratmağa başladılar. Bu dəfə isə ən böyük yük və məsuliyyət KİV-in üzərinə düşür. Mən də bir media kapitanı kimi xalqımızı ayıq-sayıq olmağa, dezinformasiyalara inanmamağa, xəbəri ancaq rəsmi mənbədən almağa çalışıram.
Çünki yuxarıda qeyd etdiyim kimi, informasiya savaşı gedir. Düşmən sosial şəbəkələrdə saxta profillərlə təxribata cəhd edir. Buna uymaq, düşmənin təxribatına aldanmaq olmaz.
Emil Əkbərov
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş