"İşğal altında olan torpaqlarımızın azad olunmasını istəyiriksə, düşmənin informasiya təxribatlarına uymamalıyıq"- Deputat

"İşğal altında olan torpaqlarımızın azad olunmasını istəyiriksə, düşmənin informasiya təxribatlarına uymamalıyıq"- DeputatXəbər verdiyimiz kimi iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Ermənistan tərəfinin törətdiyi təxribat nətıcəsındə Azərbaycan Ordusunun 4 hərbi qulluqçusu şəhid olub, 4-ü isə yaralanıb. Bu gün Ermənistan dövləti cəbhə ilə yanaşı sosial şəbəkələrdə təxribatlar törədir. Onlar Azərbaycan dilində saxta profillər açaraq guya şəhid sayının gizlədilməsi ilə bağlı yalan məlumatlar yayırlar. Onlar bizimlə heç bir əlaqəsi olmayan və köhnə foto, video yayaraq əhali arasında təşviş yaratmaq istəyirlər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib ki, özünü azərbaycanlı hesab edən hər bir vətəndaş dərindən dərk etməlidir ki, müharibə təkcə cəbhə bölgəsində getmir: "Müharibə silahların tətbiq olunmasından əlavə diplomatik səviyyədə, informasiya sahəsində, iqtisadi və bir çox digər istiqamətlərdə aparılır. Ələlxüsus, dünyanın hər bir bölgəsinə səpələnmiş erməni kimi məkirli, hiyləgər, müxtəlif sifətlərə malik riyakar düşmənlə. Reallıq ondan ibarətdir ki, müasir dünyada gedən sivilizasiyalar arası mübarizənin fonunda erməni lobbisinə dəstək verən, ikili standartlardan çıxış edərək öz geosiyasi maraqlarını təmin edən kifayət qədər güclər mövcuddur. Bu təşkilatlanmış düşmənə qarşı müharibədə informasiya müharibəsinin dəqiq aparılması olduqca vacib məsələdir. Çünki birinci Qarabağ müharibəsində vahid komandanlığın olmaması, informasiya və psixoloji sahələrdə buraxdığımız səhvlər ölkəmizə baha başa gəlib. Ancaq indi Respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə güclü, müasir texnikalarla təchiz edilmiş ordumuz vardır. 2016-cı ilin aprel döyüşləri və iyul ayının 12-13-də baş vermiş döyüşlər zamanı ordumuzun nəyə qadir olduğunu həm dostlarımız, həm də düşmən gördü. Bu qələbələrimizin davamlı olması, işğal altında olan torpaqlarımızın azad olunmasını istəyiriksə, düşmənin informasiya təxribatlarına uymamalıyıq. Bu tipli dezinformasiyalar düşmən tərəfindən həmişə olacaq və biz ona hazır olmalı, zamanında qarşısını almalıyıq. İkinci bir məsələ isə, ermənilərin yaydıqları şayiələri, videogörüntüləri paylaşmaq qətiyyən olmaz. Çünki düşmənin məqsədi Azərbaycan cəmiyyətində panika yaratmaq məqsədi daşıylr. Bu da müharibə aparan ölkə üçün qətiyyən yol verilməzdir. Azərbaycan xalqı bilməlidir ki, onun güclü ordusu var və bu ordu ən çətin tapşırıqların öhdəsindən gəlməyə qadirdir. Allah şəhidlərimizə rəhmət eləsin. Allah Azərbaycanımızı qorusun".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 5120   Tarix: 14 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28 mart
.

Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi

Ukraynada yaşayan azərbaycanlı jurnalist İdrak Camalbəyli dünyasını dəyişib. -ın verdiyi xəbər görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. Onun Kiyevdə ürəktutmasından vəfat etdiyi bildirilir

29 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq. Bu barədə -a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib. Qeyd edilib ki, 02.04.2024-də Azərbaycanda ilk sosial televiziya nümunəsi olan DOST TV – internet televiziyası fəaliyyətə başlayacaq

29 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

YAP seçki hazırlığına başladı: Siyahı hazırlanır...

Bu il ölkəmizdə keçiriləcək parlament seçkiləri ilə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin ilkin siyahısının müəyyənləşdirilməsinə başlanılıb. Bu barədə "Gününsəsi.info" saytı hökumətdəki mənbələrə istinadla məlumat yayıb. Qeyd olunur ki, 125 seçki dairəsi üzrə haki

29 mart
.

Türkiyə 10 ildən sonra bu ölkəyə uçuşları bərpa etdi

Türk Hava Yolları 10 ildən sonra Liviyaya uçuşları bərpa edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, uzunmüddətli fasiləyə səbəb təhlükəsizlik vəziyyəti ilə əlaqədar olub. Lakin hazırda ilk təyyarə Tripolinin Mitiqa beynəlxalq hava limanına enib. Türkiyə

29 mart
.

ƏHALİYƏ SEVİNDİRİCİ XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. -ın məlumatına görə, bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib ki, büdcə gəlirlərinin artacağı ilə bağlı proqnozlar özünü doğrultmaq üzrədir. Onun sözlərinə görə, belə olan halda büdcədə dürüstləşmənin aparılmasına ehtiyac yaranır

29 mart
.

İcra başçısının qardaşının qətlinə görə tutulan oğula hökm oxundu

Lənkəran İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun qardaşı Azər Qaraşovun qətli ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Cəlil Nəbiyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilə

28 mart