"Bayrağımız Qarabağda, Şuşada və digər işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalanacaq"-DEPUTAT
Xəbər verdiyimiz kimi Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ" şüarını səsləndiriblər.Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib. Lakin yürüş təxribatçılar tərəfindən pozulub. Onlar ayrı-ayrı şüarlar səsləndirərək yürüş itirakçılarını ixtişaşa səsləyiblər.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Jalə Əliyeva bildirib ki, Azərbaycan vətəndaşı dövləti, ordusu və xalqı ilə həmrəylik göstərərək meydanlara axışdı:
"İnsanlarımız müharibənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün canından, qanından keçməyə hazır olduqlarını bir daha sübut etdilər. Ordumuz və dövlətimizlə bir olduqlarını bildirdilər. Əlbəttə bütün bunlar qürurverici idi. Hər birimiz o insanları həyacan və qürurla izləyirdik. Lakin şəhidlər xiyabanına gəldikdən bir müddət sonra yürüşün sanki motivi dəyişdi. Mitinqçilərin sanki əksəriyyəti dağıldıqdan sonra müəyyən qrup ölkənin qanunvericilik orqanına yəni Mill Məclisə hücum etdilər. Əlbəttə bu hər birimiz üçün çox narahatverici məqam idi. Bu hadisələrin səbəbkarı olan işğalçı ermənilər səngərdədir, Azərbaycan parlamentində deyil. Bununla bağlı fikrimiz birmənalıdır. Bu hadisə olmamalı idi. İnanıram ki, tezliklə torpaqlarımız azad olacaq. Bayrağımız Qarabağda, Şuşada və digər işğaldan azad edəcəyimiz torpaqlarımızda dalğalanacaq. Mən son 2 gündə şəhid olan hərbi quluqçularımıza eləcə də bu saatlarda dəfn edilən generlımıza Allahdan rəhmət diləyirəm. Başın sağ olsun Vətən"!
Aysel Yusifqızı
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 3855 Tarix: 15 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşBakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO
Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e- portalına daxil olduğu zaman ona əmək müqaviləsi bildirişi gəlib:. "Daha sonra təyin edildiyim vəzifəyə uyğun olaraq maaşın da qeyd olunduğu gördüm. Portalda mənim üçün aylıq 380 AZN əməkhaqqını
20 aprelYağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq
Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var
19 aprelTürkiyədə Osmanlı dövrünə aid tarixi bina yanır - FOTO
Türkiyənin Kırklareli şəhərində ikimərtəbəli tarixi binada yanğın başlayıb. Osmanlı dövrünə aid olan bu bina kafe kimi istifadə edilirmiş. Hadisə yerinə xilasetmə, təcili yardım və polis qrupları cəlb ediliblər. Tarixi binanın yanında yerləşən dördmərtəbəli yaşayış binasının üzlüyü də yanıb və bu səbəbdə
20 aprelAzərbaycanda sayt rəhbəri həbs olundu
"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On
19 aprelNazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarılıb. -ın məlumatına görə, bununla bağlı Nazirlər Kabineti qərar verib. Qərarda deyilir:. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli Qərarı (Azərbayca
20 aprelSabah 30° isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe
20 aprelXəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA
Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl
19 aprelƏtin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama
2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç
19 aprel