Milli Məclisin qarşısındakı hadisə ilə bağlı - Deputatdan REAKSİYA

Milli Məclisin qarşısındakı hadisə ilə bağlı - Deputatdan REAKSİYAXəbər verdiyimiz kimi Bakının ayrı-ayrı yerlərində, küçə və prospektlərində Azərbaycan Ordusuna dəstək aksiyası keçirilib. Əllərində Azərbaycan bayraqlarını tutmuş minlərlə insan küçələrə axışaraq "Qarabağ" şüarını səsləndiriblər.Əsasən gənclərin iştirak etdiyi aksiyada habelə hərbçilərə dəstək nümayiş etdirilib, şəhidlərin xatirəsi ehtiramla yad olunub. Aksiya Şəhidlər Xiyabanına yürüşlə davam edib. Lakin yürüş təxribatçılar tərəfindən pozulub. Onlar ayrı-ayrı şüarlar səsləndirərək yürüş itirakçılarını ixtişaşa səsləyiblər.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Ramil Həsən bildirib ki, iyulun 12-dən başlayaraq erməni silahlı qüvvələrinin Tovuz rayonu istiqmətində təxribatı nəticəsində artıq bir neçə gündür ki, davam edən döyüşlərdə vətən oğullarımız torpaqlarımızı qəhrəmancasına qoruyaraq bir millimetr də olsa ərazimizi düşmənə verməmişdir:
"Düşmənlə mübarizə aparmaq təəssüf ki, itkisiz olmur. Qürur və kədər hissi ilə qeyd etmək istəyirəm ki, vətən oğullarımız ərazi bütövlüyümüz üçün qəhrəmancasına vuruşaraq şəhidlik mərtəbəsinə ucaldılar. Ali baş komandan cənab İlham Əliyev ölkənin müdafiə və hərb sənayesinin, xarici siyasətinin gücləndirilməsi, ərazi bütövlüyümüzün bərpa edilməsi istiqamətindən ölkə başçısı kimi çox mühüm addımlar atmaqdadır. Bu gün Azərbaycan ordusu bölgədə, regionda və dünyada sayılan, seçilən ordulardandır. Əlbəttə insanlarımızın ordumuzda rüh yüksəkliyi yaradıb, daim hərbiçilərimizin yanında olduqlarını göstərməsi qürurvericidir. Hər bir vətəndaş kimi biz də ordumuzla qürur duyuruq. Dünən insanlarımız şəhərin müxtəlif hissələrində ərazi bütövlüyümüzün qorunması üçün canlarından keçən və yaralanan vətən oğullarımıza dəstək olmaq üçün vətəndaşlarımızın bayrağımızı fəxrlə dalğalandıraraq yürüş təşkil etməsi hər birimizi qürurlandırmışdı. Amma təəssüf ki, bu qürurverici mənzərəyə çirkin əllər uzadıldı.

Gecə saat 2-dən sonra bir qurup təxribatçılar, yəni 5-ci kalonun nümayəndələri ölkəmizdə sabitliyi pozmağa çalışan sapı özümüzdən olan baltalar dövlətimizdə çaxnaşma və təxribat törətmək üçün Milli Məclisin binasına hücum ediblər. Azərbaycan dövləti hüquqi və güclü dövlətdir. Dövlətimizdə əsas qanunun aliliyidir. Hər bir Azərbaycan vətəndaşı cənab prezidentin ətrafında sıx birləşmişdir. Bu birliyi də heç kim poza bilməz.

Daxili İşlər Nazirliyinin müvafiq orqanları zamanında müdaxilə edərək insanların xoş niyyətlərini xaosa və ixtişaşa yönəltmək istəyən bir qrup təxribatçını Milli Məclisdən çıxararaq Şəhidlər Xiyabanın qarşısını boşaltmağa nail olublar. Mən əminəm ki, dövlətimizin müvafiq orqanları və təhlükəsizlik strukturları ən qısa müddətdə bu ixtişaşları yaradan, insanlarımızın ordumuza olan sevgisini başqa istiqamətə yönəltmək istəyən təxribatçıları müəyyən edəcək, onlarla bağlı qanun çərçivəsində addımlar atılacaq. Hər bir Azərbaycan vətəndaşı kimliyindən, yaşından, vəzifəsindən asılı olmayaraq bu çətin və şərəfli dönəmdə cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək düşmənə qarşı birlikdə mübarizə aparmalıdır. Biz bir olaraq həm daxildə, həm də xaricdə olan düşmənlərimizi məğlub edərək ən qısa müddətdə torpaqlarımızı işğaldan azad edəcəyik".

Aysel Yusifqızı


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 4089   Tarix: 15 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

DİQQƏT: Qəfil ölümlər buna görə artıb - VİDEO

Son vaxtlar qəfil ölüm hallarının artdığı müşahidə edilir. Ölüm yaşa baxmır. Amma həyatını itirənlər arasında gənclərin də olmağı təşviş yaradır. Səhhətində heç bir problem olmayan insanlar qəfildən dünyasını dəyişir. Onların böyük qisminə ürəktutma diaqnozu qoyulur. Bəs bu nə dərəcədə doğrudur?. xəbə

23 aprel
.

Final" çayın dəstəyi ilə tanınmış aparıcı Çində

"Final" çay markasının dəstəyi ilə tanınmış aparıcı Fərid Rəsul çayın vətəni sayılan Çinə səfər edib. "Klassika ilə dünyaya sarı" şüarı altında aparıcı Gürcüstan, Türkiyə, Bolqarıstan, Serbiya, Xorvatiya, Sloveniya, İtaliya ölkələrini gəzib, son ziyarət etdiyi ölkə isə Finlandiy

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı

Bakıda vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı külli miqdarda dələduzluq etməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Telli Adiyevanın məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində T.Adiyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdard

24 aprel
.

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana yardım paketini təsdiqlədi

ABŞ Senatı Ukrayna, İsrail və Tayvana 95,2 milyard dollarlıq yardım paketini təsdiqləyib. Bunlardan 60 milyard dollardan çoxu Ukrayna üçün nəzərdə tutulub. Qaynarinfo xəbər verir ki, bu barədə iclasın efirindən məlum olub. Qanunvericilər səs çoxluğu ilə paketi təsdiq ediblər. Beləliklə, 79 senator "lehinə"

24 aprel
.

Bakının mərkəzində yeni PUL TƏLƏSİ - VİDEO

Metronun "28 May" stansiyasının ətrafında yeni yaradılan pul tələsi diqqət çəkib. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, insanlar müəyyən məbləğ ödəyərək, turnikə çıxır və onlardan 2-3 dəqiqə turnikdə asılı qalmaq tələb olunur. Bunun öhdəsindən gələn şəxslərə isə 50-10

24 aprel