Münhendə Azərbaycan Ordusuna dəstək ifadəsi olan növbəti kütləvi aksiya keçirilib
Bavariya paytaxtındakı "Azərbaycan Evi"nin təşəbbüsü ilə şəhərin mərkəzi Marienplas meydanında Bavariyada və yaxınlıqdakı federal əyalətlərdə yaşayan həmvətənlərimiz genişmiqyaslı etiraz aksiyası keçiriblər.
Sonxeber.az Trend-ə istinadən bildirir ki, mitinqdə 200-ə qədər şəxsin iştirak etməsinə icazə verildiyinə baxmayaraq, təxminən 500 nəfər gəlmişdi. Buna görə, şənbə günü Berlində keçirilən aksiyada olduğu kimi, öz həmrəyliyini ifadə etməyə gəlmiş azərbaycanlıların çox hissəsi mitinqin keçirilməsinə icazə verilmiş sahənin ətrafında toplaşmışdı. Aksiya iştirakçılarının əsas qrupu aydın intonasiya ilə şüarlar söyləyərkən bura gəlmiş bütün həmvətənlərimiz də onlara qoşulur, Azərbaycan diasporunun səsi bütün şəhərdə əks-səda verirdi.
Yoldan keçənlər ayaq saxlayır, oraya toplaşmış insanların tələbləri ilə maraqlanırdı. Aksiya iştirakçıları - Vətənə sevgi hissinin birləşdirdiyi qocalar və gənclər, qadınlar və kişilər, müxtəlif peşə sahibləri Azərbaycanın Dağlıq Qarabağ regionunda və iki dövlətin sərhədində baş verən hadisələrin mahiyyətini almanlara izah edirdilər.
Mitinqin iştirakçıları bütün Azərbaycan xalqı ilə həmrəy olduqlarını, doğma yurda sevgilərini, dövlətin sərhədlərini müdafiə edən döyüşçülərə minnətdarlıq, həlak olmuş şəhidlərin xatirəsinə hörmət hisslərini ifadə etdilər, Ali Baş Komandanın əmri ilə hər an Vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirdilər.
Mitinqdə diaspor təşkilatlarının rəhbərləri, ziyalıların nümayəndələri, alimlər, tələbələr çıxış etdilər. Türk, qırğız, tatar, qazax, özbək diasporlarının nümayəndələri də azərbaycanlıları dəstəkləməyə gəlmişdi.
Aksiyaya toplaşanlar milli himnlər, hərbi marşlar ifa edirdilər. Mitinqin yekunu kimi dünya ictimaiyyətini erməni təcavüzünü pisləməyə və bu dövləti BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməyə məcbur etməyə çağıran müraciət qəbul edildi.
Beləliklə, Münhen aksiyası Azərbaycan diasporunun daha bir nailiyyəti oldu. Bu tədbir tarixi vətəndə yaşayan Azərbaycan xalqının və xaricdəki Azərbaycan diasporunun birliyini nümayiş etdirdi.
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Sosial Baxılıb: 577 Tarix: 19 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşArıqlamaq istəyirsiniz?
MƏHSUL HAQDA ƏTRAFLI. Diqqət BLACK LATEE - Arıqladıcı kofelər artıq Bakıda. Yetərincə tanınmiş məhsul. hər səhər 1 stəkan içməklə gün ərzində sizi tox saxlayaraq, artıq çəkidən azad edəcək. Yağları parçalayır və enerjiyə çevirir. Bədəndən toksinləri xaric edir. İştahanı azaldır və enerji verir. Artı
27 yanvar 2021Azərbaycanda koronavirusa yoluxanların sayı 27,5 mini ötdü
Azərbaycanda indiyədək ümumilikdə 27 521 nəfərin COVID-19-a yoluxması müəyyən edilib. -a istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd edilir ki, onlardan 18 967 nəfər müalicə olunaraq sağalıb, 354 nəfər təhlükəli virusdan dünyasını dəyişib. Bununl
19 iyul 2020Azərbaycan xalqının birliyi Türkiyə telekanalında - VİDEO
Ermənistanın Azərbaycana təxribatının ardınca Azərbaycan əsgəri sərhədin Tovuz rayonu istiqamətində vətən torpaqlarını qorumaq üçün gecə-gündüz keşik çəkir. Bununla bağlı Türkiyənin "Haber Global" telekanalında geniş reportaj yayımlanıb. Reportajda Azərbaycan xalqının bu çətin gündə birliy
19 iyul 2020Azərbaycanda koronavirusdan sağalanların sayı artdı - 5 nəfər vəfat etdi
Bu gün Azərbaycanda daha 517 nəfər koronavirusdan sağalıb, beş nəfər isə vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah məlumat yayıb. Son sutka ərzində ölkədə daha 388 yeni yoluxma qeydə alınıb. Hazırkı dövrədək ölkəmizdə 27 521 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyə
19 iyul 2020Vilayət Eyvazovdan yeni TƏYİNAT - ÖZƏL
a istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis mayoru Sərdar Alıbəyli Xaçmaz Rayon Polis Şöbəsinin (RPŞ) İstintaq Bölməsinə rəis təyin edilib. S.Alıbəyli daha əvvəl Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqa
19 iyul 2020Biləsuvarda şəhid baş leytenantın anım mərasimi keçirilib
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat nəticəsində şəhid olan baş leytenant Mahmudov Rəşad Rəşid oğlunun Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anım mərasimi keçirilib. "Report"un Muğan bürosunun məlumatına görə, zabitin şəhi
19 iyul 2020İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi - VİDEO
Türkiyənin İstanbul şəhərində Azərbaycana və Ordumuza dəstək aksiyası keçirilib. Aksiyaya həm soydaşlarımız, həm də Türkiyə vətəndaşları qoşulub. İştirakçılar Ermənistanın işğalına və təcavüzkar siyasətinə etiraz ediblər.( ). Aksiyanın videosunu təqdim edirik:
19 iyul 2020