Əsgər Anar Atayev öz ad günündə şəhid oldu

Ötən axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupunun Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqınının qarşısını alarkən şəhid olan 1991-ci i l təvəllüdlü Anar Mamed oğlu Atayev bu gün doğulduğu kənddə dəfn olunacaq.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, şəhid bu gün günorta saatlarında Ağcabədi rayonu Minəxorlu kənd qəbirsanlığında torpağa tapşırılacaq.

Ən təsirli məqam isə əsgərin elə doğulduğu gün düşmən gülləsinə tuş gəlməsidir. Dünən Anar Atayevin 24 yaşı tamam olub. Onun ad günü hədiyyəsi isə şəhidlik məqamına yüksəlməsi olub.

Şəhidin atası Mamed Atayev ANS PRESS-in bölgə müxbirinə bildirib ki, oğlunun şəhidlik zirvəzinə yüksəldiyi üçün qürur hissi duyur.

Düzdür oğul itkisi çox ağırdır. Sanki canından bir parça gedib. Lakin onun şəhidlik zirvəsinə yüksəlməsi daha çox qürurverici hissdir", - deyə Mamed Atayev bildirib.

Qeyd edək ki, martın 11-i axşam saatlarında düşmənin kəşfiyyat-təxribat qrupu Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə basqın etməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, şəxsi heyətin sayıqlığı nəticəsində düşmənin mövqelərimizə yaxınlaşması əvvəlcədən aşkar olunub. Şiddətli atışmada erməni tərəfi itkilər verərək geri çəkilməyə məcbur edilib.

Təəssüflər olsun ki, düşmənlə döyüşdə Silahlı Qüvvələrimizin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Atayev Anar Mamed oğlu şəhid olub.
Əsgər Anar Atayev öz ad günündə şəhid olduƏsgər Anar Atayev öz ad günündə şəhid oldu


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2134   Tarix: 12 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

Azərbaycan Prezidenti İlham Əliyev özünün "X" hesabında Xocalı faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda "26 Fevral. Xocalı soyqırımı" sözləri yer alıb

25 fevral
.

"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edildi

"Rossiya Segodnya" (Sputnik) nümayəndəliyi ləğv edilib. xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə məlumat verib. O bildirib ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keç

24 fevral
.

Prezident: "Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur"

"Əlbəttə ki, Vətən həsrəti ilə yaşamış insanlar üçün ən yaxşı şəraiti yaratmaq dövlətimizin borcudur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə köçən bir qrup sakinlə görüşdə deyib. Dövlətimizin başçısı qeyd edib: "Mənim də Prezident kim

19 fevral
.

İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. bildirir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərin

26 fevral
.

"Xocalı soyqırımını törədən Ermənilər əvvəl-axır bu bəşəri cinayətə görə cavab verməli olacaqlar" - AÇIQLAMA

"Xocalı soyqırımı dünya tarixinin ən qara səhifələrindən biridir. Həmin səhifənin yazılmasının günahkarı da məhz erməni toplumudur. Yəni, Ermənistan Xocalı soyqırımını törətməklə dünyanın ən vəhşi, barbar toplumu olduğunu artıq sübut edib. Ermənilər onilliklər boyu soyqırıma məruz qaldıqların

26 fevral
.

"Gələcəkdə Qərbi Azərbaycana qayıdış proqramı öz həllini tapacaq" - AÇIQLAMA

Bu gün qarşıya qoyulan hədəflərdən biri də qərbi azərbaycanlıların öz doğma yurdlarına köçürülməsidir. Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıdışı dedikdə nələr nəzərdə tutulur?. Deputat Mahir Süleymanlı bu barədə - danışıb: . "Bildiyiniz kimi, bu gün artıq Qərbi Azərbayca

21 fevral
.

"Rəsmi İrəvan özünün törətdiyi cinayətləri görməzdən gəlir" - Günay Ağamalı

"Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyanın BMT-nin İnsan Hüquqları Şurasının 56-cı Sessiyasındakı çıxışı, bir daha Ermənistan hökumətinin bölgədə sülh və ədalətə maraqlı olmadığını göstərdi. O, Azərbaycanda məhkəməsi davam edən müharibə cinayətkarlarını müdafiə edərək, insan hüquqları anlayışın

25 fevral
.

Prezident Azər Qasımovu vəzifəsindən azad etdi

Azər Məhəmməd oğlu Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilsin. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb

17 fevral
.

İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar. AZƏRTAC bildirir ki, dövlətimizin başçısına və birinci xanıma Muğam Mərkəzində görülən işlərlə bağlı məlumat verilib. Ümumi sahəsi 1,4 hekta

18 fevral