Azərbaycanda daha bir qadağa tətbiq ediləcək
31 iyul və 1 avqust tarixlərində Azərbaycanda Qurban bayramı qeyd ediləcək. Bu il bayram pandemiya və xüsusi karantin dövrünə təsadüf edir. Belə bir vəziyyətdə qurban kəsmə mərasiminin necə təşkil edilməsi sual doğurur.
Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, qurban kəsimi üçün karantin qaydalarına riayət olunacaq xüsusi yerlər ayrılacaq: "Tövsiyə edirik, hamı ora müraciət etsin. Epidemoloji durumun pisləşməməsi üçün camaat namazları da təxirə salınacaq. İnsanların bir araya gələrək bu ayinləri icra etməsi yolverilməzdir. Hər kəs evində tək və ya ailəsi ilə bayram namazı qılar, daha sonra isə canlı yayımda bayram xütbələrini dinləyə bilər".
H.Şahin adətə görə nişanlı qızlara qurbanlıq qoyun aparılmasından və pandemiya şəraitindən bunun nə dərəcədə düzgün olmasından da danışıb:
"Yeni qurulan ailələr bir-birinə qurban payı aparır, onlar da öz növbəsində fəqir qonşularına yardım edirlər. Ailənin təməlləri xeyriyyəçiliklə başlayır. Bu adəti davam etdirmək olar, sadəcə qurban aparmaqla kifayətlənmək lazımdır. Bu il təhlükəli şəraitdə xüsusi yığıncaq və məclislər keçirmək məqsədəuyğun deyil. Yeni ailə adından camaata ət yardımı paylamaq, onların xeyir-duasını qazanmaq yetərlidir. Qurban aparmaq adı ilə evlərdə yığıncaqların keçirilməsinə yol vermək olmaz. Bu, ilk növbədə dini qaydaların pozulmasıdır. Qurani-Kərimdə buyurulur ki, öz əlinizlə özünüzü təhlükəyə atmayın. Buna görə də insanlarımız qaydalara əməl etməlidirlər".(axar.az)
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial Baxılıb: 28147 Tarix: 23 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşKürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO
Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"
18 aprelNazir: Şagirdlər arasında bulinq, qısnama və intihar halları olur
Şagirdlər arasında bulinq, qısnama və az sayda olsa da, intihar halları olur. "Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair keçirilən tədbirdə çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, məktəblərdə daha cidd
18 aprelKeçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir
"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm
18 aprelBakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi
Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara
18 aprelİkimərtəbəli "üzən ev" gündəm oldu - VİDEO
Amerikanın San-Fransisko sakinləri qeyri-adi mənzərənin şahidi olublar. -a istinadən xəbər verir ki, gəmi kimi üzən bu ev buxtanın üzərindən keçərək "Redwood City" Marinadan çıxıb. Bu körpüdə əvvəllər suyun üzərindəki evlərdə yaşayan 100-dən çox insan yaşayırdı. Lakin 2015-ci ildə uzun illə
18 aprel