Konqresin yeni qərarı Azərbaycana hansı üstünlükləri tanıya bilər?-Politoloq AÇIQLAMA

Konqresin yeni qərarı Azərbaycana hansı üstünlükləri tanıya bilər?-Politoloq AÇIQLAMAMəlum olduğu kimi, ABŞ Konqresinin Nümayəndələr Palatası "Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması" barədə 296 saylı düzəlişi qəbul edib. Bu düzəlişə əsasən 1991-ci ildən bu yana işğal və itkilərlə bağlı ABŞ Konqresinə müvafiq qurumlar tərəfindən hesabat təqdim olunacaq. Bu, erməni işğalı və soyqırım aktlarının ABŞ qanunverici orqanında rəsmiləşməsi deməkdir.
Bu sənəd, erməni cinayətlərini ifşa etmək və canilərin cəzalandırılması üçün hansı imkanları tanıya bilər?

Bu sənədin erməni cinayətlərinin ifşası, Qarabağda dinc insanlara qarşı zorakılıq və qətliam törətmiş ermənilərin cəzalandırılması istiqamətindəki rolu barədə politoloq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.

Politoloq bildirib ki, "ABŞ Azərbaycanla əməkdaşlığa böyük önəm verir".

"Bu 30 ildə ilk dəfə idi ki, ABŞ Erməni lobbisinə və Ermənistana dəstək vermədi. Çünki əvvələr Erməni lobbisi Azərbaycan əleyhinə hansısa qətnamanənin və sənədin qəbul edilməsinə çalışırdılar, çox təəssüf ki, bəzən də buna nail olurudular.
İllərlə biz Amerika konqresinin ədalətsiz 907-ci düzəlişi ilə mübarizə aparmışıq. O vaxt biz informasiya blokadasındaydıq və erməni lobisi daha fəal idi bu səbəbdən ABŞ onlara inanırdı. Ancaq son illərdə informasiya blokadası yarılıb və Amerika Azərbaycanla əməkdaşlığa önəm verir.
Biz artıq Amerikanın Cənubi Qafqazda əsas tərəfdaşlarından birinə çevrilmişik. Amerika prezidenti Donald Tramp il ərzində bir neçə dəfə cənab Prezident İlham Əliyevə məktub ünvanlayıb. Bu məktublar haqqında dövlət başçısı İlham Əliyev də son açıqlamasında vurğuladı ki, münasibətlər yaxşıdı, inkişaf edir və gələcəyə doğru müsbət proqnozlar var.
"Azərbaycan və Amerika arasında rəsmi səviyyədə əməkdaşlıq yüksək səviyyədədir. Digər tərəfdən Amerika Konqresi yalnız Azərbaycanın deyil Ukrayna, Gürcüstan, Moldovanın da ərazi bütövlüyünü birdən dəstəklədi".

ELxan Şahinoğlu deyib ki, " Bu düzelişin edilməsi ermənilərin planlarını məhv edib".

"İlk növbədə bu düzəlişi edilməsi ilə ermənilərin planları məhv oldu. Ermənilər çalışırdılar ki, Azərbaycana Amerikanın etdiyi 120 milyon dollar həcmində hərbi yardım dayandırılsın. İkinci bir tərəfdən Ermənistan daha çox təxribatçı tərkibli çıxış etmişdilər ki, işğalda olan Xankəndindəki hava limanından təyyarələrin uçmasına Amerika dəstək versin. Ermənistanın istədiyi bu iki düzəlişdə ABŞ tərəfindən qəbul olunmadı. Tam əksinə Azərbaycanın ərazi bütövlüyü dəstəkləndi.
Bu Azərbaycan üçün mühüm bir qərar idi. Gələcəkdə biz torpaqlarımızı istədiyimiz yolla azad etməyə çalışsaq Amerika Konqresinin qəbul etdiyi bu qətnaməsinə istinad edə bilərik, yəni bizim ərazi bütövlüyümüz dəstəklənib. Amerikada kimsə bizim əleyhimizə çıxsa, torpaqlarımız azad edilməsinə mane olmağa çalışsa, ABŞ Konqresinin qəbul etdiyi qətnaməni onlara misal gətirəcəyik ki, özünüz ərazi bütövlüyümüzü dəstəkləmisiniz. Biz də ərazi bütövlüyümüzü təmin etmək məqsədilə hərbi əməliyyatı həyata keçirəcəyik".

Politoloq onuda bildirib ki, "Konqresin bu qətnaməsi düşünürəm ki, gələckdə bizim üçün faydalı olacaq".

"Tovuzda gedən döyüşlərdə heç bir ABŞ və yaxud digər beynəlxalq təşkilatlar tərəfindən əleyhimizə açıqlama verilmədi və yalnız atəşkəsə riayət olunması xahiş olundu. Bizim əsas hədəfimiz Dağlıq Qarabağ və ətraf rayonları işğaldan azad etməkdir. Buna görə də Konqresin bu qətnaməsi düşünürəm ki, gələckdə bizim üçün faydalı olacaq.
Dövlət başçısı Dağlıq Qarabğla və digər işğal olunumş rayonlarla bağlı açıqlama verdi ki, " Danışıqlar faydasızdır. Biz yekun zərbəyə hazırlaşmalıyıq" yekun zərbədə aydındır ki, nə deməkdir. Həmin zərbəni endirəndə bizə beynəxalq təşkilatlar, Amerika və ən əsası Rusiya müdaxil etməsin. Bu problemləri də ortadan qaldırmaq üçün müəyyən müddət lazımdır.
Cənab Prezident ilham Əliyev bu məsəllərdə qətiyyətli adımlar atır və atmağa davam edir. "

Elxan Şahinoğlu, "Qətnamənin ABŞ senatında qəbul olunması ehtimalı çoxdur".

"ABŞ senatında respubilkaçılar çoxluq təşkil edir. Düzəlişin senatda qəbul edilməsi ehtimalı böyükdür. Digər tərəfdən respubilkaçılar Amerikanın milli və təhlükəsizlik maraqlarına önəm verirlər, Amerikanın milii və təhlükəsizlik maraqları isə Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməkdir. Digər tərəfdən respubilkaçılar Azərbaycanla yanaşı Ukrayna və Gürcüstana kifayət qədər dəstək verir və buna görə də qətnaməni senat çox ehtimal ki, qəbul edəcək".

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1368   Tarix: 23 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Lənkəranda məktəbli qıza atasının dostu təcavüz etdi: "Anana oxşayırsan..."

Lənkəranda 1965-ci il təvəllüdlü Kərəm yetkinlik yaşına çatmayan Elnarəyə (adlar şərti verilib - red.) təcavüz edib. -un məlumatına görə, Kərəm 2022-ci il avqustun əvvəllərində günorta saatlarında qonşuluqda yaşayan Elnarəni idarə etdiyi "Hyundai" markalı avtomobilə əyləşdirib. O, dəniz kənarın

18 aprel
.

Ağıza tüpürmək, dua ilə doğuzdurmaq: Mollaların fırıldağı və əsl TƏBABƏT

"O zamanlar boğazı ağrıyan şəxslər mollaya gedirdilər. Molla dualar oxuyub, ağızlarına tüpürər onların da boğazlarının ağrısı keçərmiş. Bu gün də bəzi ucqar rayonlar bu "müalicə metodu"na inanırlar". Loğmanlarımızın tibbə miras qoyduğu "evdəyik". Buranı keçmişdə daha ço

17 aprel
.

"Şit parodiyalar çoxalıb, Hacıbaba Bağırov deyirdi ki, davamçım Çingiz Əhmədovdur, təlxək deyil"

"Bu gün yazarlarımız yox dərəcəsindədir. O vaxt Seyfəddin Dağlı, Salam Qədirzadə, İsi Məlikzadə, Rüfət Əhmədzadə, Cahangir Aslanoğlu kimi yazarlar ssenarilər qələmə alırdılar. Bu gün Əhməd Orucoğlu, Rafiq Səməndər kimi peşəkarlar az qalıb. Mən bu sadaladığım insanların ssenarilərini oynamışam. B

16 aprel
.

Şagird müəlliminə ev tapşırığını yerinə yetirməsi üçün 5900 manat verdi

Birləşmiş Ərəb Əmirliklərinin ən zəngin ailələrinin uşaqları ilə işləyən dubaylı repetitor öz işinin unikal detallarını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, 25 yaşlı müəllimin sözlərinə görə, şagirdləri dəbdəbəli həyat tərzinə öyrəşiblər və tez-tez ona qeyri-adi xahişlərlə müraciət edirlər

17 aprel
.

Hitlerlə Stalinin qonşu olduqları şəhər - MARAQLI

Vyana əsrlər boyu dünyanın ən böyük şəhərləri sırasındadır. Sonsuz turist axını bu gün də zəngin mədəni irsi ilə buraya cəlb olunur. Ancaq şəhər həm də onunla məşhurdur ki, bir zamanlar orada 20-ci əsrin bütün tarixinə sonradan təsir edən və barışmaz düşmənə çevrilən insanlar yaşayırdı. Belə ki, 1913-c

18 aprel
.

Bu şəxs həddindən artıq su içib öldü

Böyük Britaniyada psixi xəstə çox su içdiyi üçün ölüb. xarici mətbuata istinadən xəbər verir ki, Uiltşir ştatının Malmesberi şəhərindən olan 28 yaşlı Lilian Lukas 2017-ci ildə universiteti bitirdikdən sonra psixi sağlamlıq üzrə tibb bacısı işləyib. Məzun olduqdan qısa müddət sonra Lukasa şizofreniy

18 aprel
.

Ölkəmizdə kişilərin bir çoxu pensiya yaşına çatmadan vəfat edir - VİDEO

Azərbaycanda kişilərin yarısının təqaüd almadan vəfat etdiyi deyilir. xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov "Xəzər Xəbər"ə açıqlama verib. O deyib kız Ölkəmizdə hər iki kişidən biri pensiya yaşına çatmadan dünyasını dəyişir. Eyni zamanda iqtisadçı qeyd edib ki, hazırda dünyada kişiləri

17 aprel
.

Azyaşlıların gözü qarşısında evlərinı başlarına yıxdılar- Nə baş verir? - VİDEO

Abşeron rayonu Xırdalan şəhərinə binada yaşayış ola ola söküntü işləri aparılır. İkimərtəbəli binada bütün ailələr köçürülüb. Sadəcə olaraq 1 ailə qalıb. xəbər verir ki, ailə "Atv Xəbər"ə tikinti şirkəti ilə razılığa gələ bilmədiklərini deyib. İndi isə onları mənzillərindən zorla çıxarıblar

17 aprel
.

Almaniya mətbuatı Vardanyanın Nobelə namizədliyindən yazdı: "Putinin ortağı"...

xəbər verir ki, jurnal bu xəbəri "Odioz erməni siyasətçisi, iş adamı və Putinin Cənubi Qafqazdakı ən böyük dostu Ruben Vardanyanın "Sülh təşəbbüslərinin inkişafı üçün" qeydi ilə Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb", - deyə ifadə edib. Jurnalın yazdığına görə, Kreml Vardanyanı

18 aprel