Sosial şəbəkədə düşmən hücumunun qarşısını necə alaq? -MÜTƏXƏSSİS RƏYİ

Sosial şəbəkədə düşmən hücumunun qarşısını necə alaq? -MÜTƏXƏSSİS RƏYİSonuncu Tovuz döyüşləri göstərdi ki, ordu cəbhədəki düşmənin qarşısını tez bir zamanda ala bilsə də, informasiya cəbhəsində düşmənin hücumlarının qarşısını almaq elə də asan olmur. Eyni zamanda bəlli oldu ki, düşmən informasiya təxribatına yaxşı hazırlaşıb.

Müxtəlif vasitələrlə, o cümlədən Azərbaycan dilində səhifələr, saxta profillər vasitəsilə xəbərlər dövriyyəyə buraxılır, eyni zamanda 3-cü ölkədə yaşayan ələ alınmış bloqer və jurnalistlər vasitəsilə yalan xəbərlər dövriyyəyə buraxıldı.

Düşmənin informasiya səhəsindəki təxribatlarına qarşı nə etmək lazımdır? Düşmən ölkəyə xidmət edən jurnalist, bloqer və eləcə də saxta sosial şəbəkə hesablarının ifşa olunması, əsassız xəbərlərin anında təkzib olunması üçün hansı addımları atmaq olar? Eyni zamanda informasiya cəbhəsində də hücuma keçmək üçün nə etmək lazımdır? Bu istiqamətdə mütəxəssislər nələri təklif edir?

Bu suallara aydınlıq gətirmək üçün İT mütəxəssisi Kamil Məmmədov Sonxeber.az-a açıqlama verib.

Kamil Məmmədov bildirib ki, "Dünyada informasiya müharibəsini qazanmaq üçün ən yaxşı yol informasiyanın bolluğudur".

"Bizim ölkədə olan internet resusları Qafqazın ən yaxşı resuslarından biridir. Dünyada informasiya müharibəsini qazanmaq üçün ən yaxşı yol informasiyanın bolluğudur. Bilməyən bir insan üçün ilk ağızdan eşitdiyi məlumat daha doğru və dolğun gəlir. Ona görə də yaxşı olardı ki, bizim sənət adamlarımız,media nümayəndələri, tanınmış məşhur şəxslər bizim həqqiqətlərimizi məişətlə bağlı məlumatlardan daha çox qabartsınlar".

Kamil Məmədov bunuda bildirib ki, "informasiyanın daha doğru şəkildə və surətli çatdırılması üçün qeyri hökümət təşkilatları yaradılsın"

"Bu gün dünyada informasiya müharibəsi gedir. Kim daha çox məlumat yayırsa, sənədlər irəli sürürsə o dünyada daha haqqlı olmuş olur. Ona görə də yaxşı olardı ki,informasiyanın daha doğru şəkildə çatdırılması üçün qeyri hökümət təşkilatları yaradılsın. Fəaliyyətə başlıyan qeyri hökmət təşkilatları məsələ ilə bağlı ictimiyyətə çağırışlar etsin. Yardılan təşkilatlar Azərbaycan diasporaları ilə əməkdaşlıq edib məlumatları xaricdəki vətəndaşlarımıza çatdırsın".

Mütəxəsi informasiya müharibəsində "Tanınmış və nüfzla adamların rolununda böyük olduğunu bildirib".

"Bu böyük informasiya müharibəsində məşhur və tanınmış, nüfuzlu adamların rolu böyükdür. Bir çox insanlar var ki, onlar tanınırlar məşhurdular, onların sosial şəbəkələr yazdığı yazıları bir çox insan tərəfindən oxunur. Bu insanlar öz yazıları xalqımızın səsini dünya üçün eşidilən edə bilər. Ancaq untumamalıyıq ki, bizim informasiya müharibəsində qalib gəlmək üçün məlumatları dolğun, doğru və sürətli şəkildə digər millətlərə çatdırmalıyıq".

Mütəxəssis qeyd edib ki, "saxta profilərlə mübarizə aparmaq üçün hər kəs bu işə əl qoymaldır"

"Saxta profilərin yaranması isə əvvələr də və indi də olur, həmçinin gələcəkdə də olacaq. Bunların qarşısını almaq isə texniki olaraq bəzən mümkün olur. Ancaq saxta profillərlə mübarizə aparmaq üçün hamımız bu işə əl qoymalıyıq. Misal üçün hansısa bir profil rəsmi olmayan məlumatı yayırsa və bunu istinad etmədən reytinq üçün edirsə şikayət etmək lazımdır. Yaxşı olar ki, doğru və dolğun şəkildə olan məlumatlar, yazılar ictimayətlə paylaşılsın və xaricdə bizi izləyən digər ölkələrin vətəndaşları, qrumları obyektiv informasiyalar ilə mədəniyyətimizi, Dağlıq Qarabağı, Odlar Yurdu Azərbaycanı daha dərindən tanısınlar".

Türkay Həsənli


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 955   Tarix: 23 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır. Bu barədə "Qafqazinfo"ya onun vəkili Bəhruz Bayramov məlumat verib. Vəkil deyib ki, Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əld

18 aprel
.

"Victory Construction Group" MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə

Hacıqabul Rayon İcra Hakimiyyəti (RİH) ilə tenderlərinin qalibi olan "Victory Construction Group" şirkəti arasında qalmaqal yaranıb. İqtisadiyyat.az xəbər verir ki, RİH öhdəlikləri yerinə yetirmədiyinə görə şirkətə qarşı məhkəmədə iddia qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklə

18 aprel
.

Bu xəbər Türkiyədə şok effekti yaratdı - Ərdoğanın yerinə onu hazırlayırlar

Türkiyədə bələdiyyə seçkilərinin üstündən müəyyən müddət ötsə də, türk siyasi palitrası hələ də seçkinin yaratdığı zəlzələ effektinin təsiri altındadır. Hakim partiyaya yaxın şəxslərin və medianın müzakirələri isə xeyli suallar yaradır. Seçkinin mümkün nəticələri haqda ilk yazımızda ( ) qeyd etdiyimi

18 aprel
.

Unun tərkibi dəyişdiriləcək: Çörəyin qiyməti BAHALAŞIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda çörək üçün istifadə ediləcək unun tərkibi dəyişdiriləcək. Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb. Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentd

18 aprel
.

Azərbaycan QHT-ləri Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) Vardanyanla bağlı Norveç Nobel Komitəsinə açıq məktub ünvanlayıblar. xəbər verir ki, sənədi 206 nəfər imzalayıb. Məktubda deyilir:. "Hörmətli Norveç Nobel Komitəsinin rəhbərliyi və üzvləri,. Biz - Azərbaycan QHT-lərinin, Qarabağ və Şərqi Zəngəzur sakinlərini

18 aprel
.

Qarabağdan yeni görüntülər

İşğaldan azad olunan Xocavənd və Ağdam şəhərlərində quruculuq işləri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntülər ATV-də yayımlanıb. Bildirilib ki, Xocavənd rayonunun Hadrut qəsəbəsi və Tuğ kəndində tikintilərin layihələndirilməsi işləri də yekunlaşıb. Daha ətraflı videoda

18 aprel
.

Kəmaləddin Heydərova məxsus olduğu deyilən 357 milyonluq şirkət məhkəmə qarşısında

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun daha bir şirkəti məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, Azərbaycanın 15 rayonunda pambığın yetişdirilməsi, tədarükü və emalı ilə məşğul olan "MKT İstehsalat Kommersiya" MMC-nin keçmiş işçisi Şamo Ağayev şirkət barəsində iddia qaldırıb. Onu

18 aprel
.

"Makronun Azərbaycanın Ermənistana hücum edə biləcəyinə dair səsləndirdiyi ittihamlar böyük bir qərəzdir" - DEPUTAT

"Fransa ilə Azərbaycan arasında münasibətlər bir müddətdir, gərginləşib. Təbii ki, buna əsaslı səbəblər var. İlk növbədə Fransa Ermənistanın müttəfiqidir və bu ölkədə böyük erməni icması yaşayır bu icmada dövlətin Azərbaycan- Ermənistan münasibətlərindəki mövqeyinə təsir edir". Bunu -a danışa

18 aprel
.

"Gec-tez Fransa Azərbaycanın öz gücünə ərazi bütövlüyünü bərpa etdiyini qəbul etməlidir" - DEPUTAT

"Fransa Azərbaycandakı səfiri Ann Buayonu məsləhətləşmələr üçün geri çağırıb". Bunu -a danışan deputat Aydın Hüseynov bildirib. Deputat qeyd edib ki, Fransanın məsləhətləşməsi nə ilə bitəcəyi məlum deyil:. "Amma Azərbaycanın xarici siyasəti və diplomatik addımları məlumdur. Azərbaycanı

18 aprel