"Banklarda qalmış əmanətlərin geri qaytarılmasında çətinlik yaşanmayacaq"- DEPUTAT

"Banklarda qalmış əmanətlərin geri qaytarılmasında çətinlik yaşanmayacaq"- DEPUTATAzərbaycanda banklarının ləğv olunmasından sonra əmanətçilərin vəsaitlərinin geri qaytarılması üçün aydın qaydaların mövcud olmasına baxmayaraq, Mərkəzi Bank əmanətləri qorunan kateqoriyaya düşməyən insanlara da pulun qaytarılması məsələsini qaldırır.

Mərkəzi Bank bu işdə prosedur məsələlərini tənzimləmək məqsədiylə Konstitusiya Məhkəməsinə müraciət edib.

Bununla bağlı deputat Azər Badamov Sonxeber.az-a açıqlama verib:

"Ölkədə maliyyə sağlamlığının gücləndirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən radikal addımlar atılır. İlin əvvəlindən dörd bankın lisenziyaları ləğv edilib. Lisenziyaları ləğv edilmiş banklarda əmanətlərin qaytarılması problemi gündəmə gəlib. Ləğv olunmuş banklarda qorunan əmanətlər Əmanətlərin Sığorta Fondu tərəfindən ödəniləcəkdir. Qorunmayan əmanətlərin də qaytarılması istiqamətdə Mərkəzi Bank tərəfindən addımlar atılır. Azərbaycanın müstəqillik tarixində cənab prezidentin sərəncamları ilə Sovet dövründən qalan əmanətlərin indeksləşdirilərək vətəndaşların xeyrinə həll olunmasında, 2015-ci ildə Azərbaycan manatının denominasiyasından əvvəl banklara qoyulmuş vəsaitlərin indeksləşdirilərək əmanətçiləri razı salacaq şəkildə qaytarılmasına biz şahidi olmuşuq. Azərbaycan dövlətinin atdığı belə addımlar dünya praktikasında yoxdur.

Vaxtı keçmiş əmanətlərin qaytarılmasında tətbiq olunmuş yanaşmasına görə ölkəmiz MDB məkanında birincidir. Dövlətimiz vətəndaşla münasibətdə bütün problemləri vətəndaşın xeyrinə həll etməyə çalışır. Düşünürəm bağlanmış banklarda qalmış əmanətlərin geri qaytarılmasında bir çətinlik yaşanmayacaq. Mərkəzi Bank bağlanmış banklarda qalmış qorunmayan əmanətlərin geri qaytarılmasında müəyyən prosedur məsələlərini tənzimləmək məqsədilə Konstitusiya Məhkəməsinə müraciət edib.

Artıq iyunun 1-dən əmanətçilərin əmanətləri qaytarılmağa başlanıb. Hazırda hər dörd bank üzrə əmanətlər "Kapital Bank" və Beynəlxalq Bank vasitəsilə qaytarılır. Bugünkü tarixə 13 min 500 nəfər əmanətçiyə 245 milyon manatdan çox vəsait qaytarılıb. Ortaya çıxan məsələlər, problemlər hökumətin aktiv dəstəyi, köməyi ilə operativ həll edilir".

Şəlalə Babayeva


Sonxeber.az Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1042   Tarix: 23 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 055 3906818

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycanda vergi ödəyicilərinə XƏBƏRDARLIQ

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi ödəyicilərinə xəbərdarlıq edib.. Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" Qanununa edilmiş dəyişikliklərlə bağlı hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxsləri

23 iyul

"Postpandemiya dövründə Gəncə -Qazax iqtisadi zonasında iqtisadi inkişaf daha da sürətlənəcək"- DEPUTAT

Koronavirus pandemiyasının ölkənin bütün böyük şəhər və rayonlarının işinə təsir göstərməsinə baxmayaraq, Azərbaycanın bəzi regionları koronavirusun yaratdığı mənfi iqtisadi təsirlərə qarşı çox uğurla mübarizə aparır və uğurlu inkişaf nümayiş etdirir.. . Tovuz rayonunun, habelə Gəncə-Qazax iqtisadi zonasını

22 iyul

Azərbaycan neftinin qiyməti AÇIQLANDI

Dünya bazarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb.. . Sonxeber.az-ın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,74 ABŞ dolları və ya 4% artaraq 45,74 dollar təşkil edib.

22 iyul

Bir sıra vergi ödəyicilərinin icazələri məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ

"Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə bir sıra iş və xidmət sahələrinin fəaliyyəti məhdudlaşdırılıb, sərt karantin rejiminin tətbiq edildiyi ərazilərdə hüquqi və fiziki şəxsləri

21 iyul

Neft yenidən bahalaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,30% artaraq 1 barelə görə 43,41 dollar təşkil edib.. . Sonxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixra

21 iyul

Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi Ermənistanın maliyyə təhlükəsizliyi barədə material paylaşıb

Dünyada nüfuzlu Dövlət Borcunun İdarəedilməsi Şəbəkəsi (PDMN) Ermənistanın maliyyə təhlükəsizliyinin təhdidlə üzləşməsi barədə material paylaşıb (PDM | Vusal Gasimli: Financial Security of Armenia Is Facing the Threat).. . Sonxeber.az xəbər verir ki, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlil

19 iyul

Azərbaycan neftinin SON QİYMƏTİ

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,55 ABŞ dolları, yaxud 1,22% azalıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 44,51 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

18 iyul

Azərbaycan neftinin qiyməti 45 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,57 ABŞ dolları, yaxud 1,29% artıb.. . Sonxeber.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 44,93 ABŞ dolları təşkil edib.. . Xatırladaq ki, "Azeri LT CIF"

16 iyul

Neft yenidən ucuzlaşdı

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2020-ci ilin sentyabr müqaviləsinin dəyəri 0,67% azalaraq 1 barelə görə 42,95 dollar təşkil edib.. . Sonxeber.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixra

13 iyul