Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcək

Məşhur həkimdən BƏDBİN PROQNOZ - Koronavirusun fəsadları illər boyu davam edəcəkArtıq yeddi aydır ki, bütün dünya COVID-19-la yaşayır, yüz minlərlə qurban var, pandemiya yayılmağa davam edir. Dərman istehsalçıları koronavirusa qarşı vaksinlərin hazır olduğunu desə də, alimlər, eyni zamanda ÜST-ün rəsmiləri koronavirusun təsirinin on illərlə davam edəcəyini açıqlayıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, tanınmış pediatr Yevgeni Komarovski koronavirusun orqanizmdə qoyduğu izlərdən danışıb. O, bildirib ki, pandemiyanın həm mənfi, həm də müsbət nəticələri olacaq.

"Pandemiya çox ailələrin boşanmasına səbəb oldu. Ailədaxili münaqişələr artdı, uşaqlar valideynlərinin boşanmasının şahidi oldu. Antibiotiklər və dezinfeksiyaedici maddələrin həddindən artıq istifadəsi səbəbindənsə bir çox insan ömrü boyu allergik xəstəliklərdən əziyyət çəkəcək.

Vaxtında yardım və lazımi dərmanları ala bilmədiyi üçün insanların çoxu infarkt keçirəcək. Bu böhranlardan sonra hipertoniya və insultlar inkişaf edəcək, əlillik riski artacaq.

Müsbət tərəfi odur ki, nəhayət bəzi yeni qabaqcıl texnologiyalar tətbiq olunacaq. Təhlükəsiz və ucuz vaksinlərin istehsalı üçün yeni texnologiyaların yaradılması sahəsinə böyük miqdarda vəsaitlər yatırılacaq.

Artıq Yer üzündə 8 milyarddan çox insan var. Yeni virus hər kəs üçün potensial təhlükədir. Və yeni qaydalarla yaşamağı öyrənməliyik. Yeni qaydalara epidemioloji xidmətlərin ən yüksək səviyyədə daimi saxlanılması, gigiyena və infeksion xəstəliklərin müalicə edildiyi xəstəxanalarının normal təmin edilməsi və təkmilləşdirilməsi daxildir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 5657   Tarix: 24 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Niyə vaksin vurdurmazdan öncə insanlardan "COVID-19" analizi götürülmür? - AÇIQLAMA

İnsanlar arasında vaksin vurdurduqdan sonra yoluxanların sayı artmaqda davam edir. Bunu vaksinasiya ilə əlaqələndirənlər var. Düşünürlər ki, məhz vaksin vurdurduqları üçün virusa yoluxublar. Bəziləri isə vaksin vurdurduqda artıq koronavirus xəstəsi olduqlarını güman edirlər. Bəs niyə vaksin vurdurmazda

17 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Bronxlarda olan problemlər üçün sınanmış məcun

Məhsul Haqda Ətraflı. Yuxarı tənəffüs yollarının xəstəliklərindən daha çox bronxitlər, faringit, bronxial. astma, laringit və kəskin respirator virus infeksiyalarıdır. Bronxların qıcıqlanması,. tez-tez bəlğəmin xaric olunması, təngənəfəslik, boğulma hissi və xüsusilə gecələr. baş verən öskürək tutmalar

17 sentyabr 2021
.

Smartfonu yatağınıza yaxın qoymayın - SƏBƏB

Bir smartfondan gələn radiasiya xərçəng xəstəliyi ilə təhdid edə bilər, buna görə də cihazı uzun müddət başınızın yanında saxlamayın. Bu barədə rusiyalı mütəxəssis Anton Yastrebtsev bildirib. Onun sözlərinə görə, telefonun orqanizmə təsiri mobil rabitənin baza stansiyasından olan məsafəyə mütənasib olara

17 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18 sentyabr 2021