Kosmik yürüş nədir?

Kosmik yürüş nədir?Kosmonavtların istismar və ya təmir üçün kosmik gəmidən kənara çıxması tapşırığına kosmik yürüş deyilir.

İngiliscə "Spacewalk" adlanan kosmik yürüşlər kosmonavtların müxtəlif tapşırıqları yerinə yetirmək üçün kosmik gəmidən çıxmasıdır.

Sonxeber.az ted.az-a istinadən bildirir ki, ilk kosmik yürüş rusiyalı Aleksey Leonov tərəfindən 18 mart 1965-ci ildə həyata keçirilib və 10 dəqiqədən bir az uzun çəkib.

Kosmik gəzintiyə çıxan ilk amerikalı kosmonavt Ed Uayt isə 3 iyun 1965-ci ildə kosmik gəzintiyə çıxıb və təxminən 23 dəqiqə kosmosda qalıb.

Kosmos gəzintisində dünya rekordu rusiyalı kosmonavt Anatoli Solovyevə aiddir. 16 kosmik yürüş həyata keçirən və kosmosda 82 saatdan çox vaxt keçirən Solovyev ömrünün 3,5 gününü kosmosda keçirib.

Kosmonavtlar kosmos gəzintisi zamanı nə edirlər?

Elmi tədqiqat, kosmik gəminin baxımı və təmiri kimi bir çox fəaliyyətə görə, kosmik yürüş həyata keçirilir. Astronavtlar kosmik aparatların və ya hazırda fəaliyyət göstərən Beynəlxalq Kosmik Stansiyasının kənarına çıxaraq texniki baxış və təmir işləri aparırlar.

Məsələn, NASA 2017-ci ildə Beynəlxalq Kosmik Stansiyasında enerji kanallarında batareyaları dəyişdirmək üçün bir missiyaya başlamışdı. Bu günə qədər davam edən bu missiyada astronavtlar çox vaxt kosmik yürüşə çıxırlar və köhnə nikel-hidrogen batareyalarını daha güclü litium-ion batareyaları ilə əvəz edirlər.

Kosmik yürüş nə dərəcədə təhlükəsizdir?

Kosmosda kosmonavtlara zərər verə biləcək bir çox amil var. Buna görə mümkün zərərlərdən qorunmaq üçün qoruyucu geyimlər geyirlər.

Lazımi oksigen dəstəyi bu geyimlərlə təmin edilir. Bu şəkildə kosmonavtların orqanizmində yarana biləcək hansısa problemin qarşısı alınır.

Kosmik gəzintiyə çıxan astronavtlar bir ucu stansiyaya digər ucu özlərinə bağlanmış təhlükəsizlik iplərindən istifadə edirlər. Bu şəkildə kosmonavtlar kosmosa doğru itələnməkdən xilas olurlar.

Kosmonavtlar kosmosda necə hərəkət edirlər?

Yürüşə çıxan kosmonavtların arxasında Simpilfield Aid for EVA Rescue (SAFER) yardım dəsti olan bir çanta var. Burada olan kiçik mühərrikli itələyicilər astronavtların istədikləri istiqamətdə hərəkət etmələrinə imkan verir. Bundan əlavə, astronavtların birləşdirici ipdəki qırılma səbəbindən kosmosda üzməsinin bu SAFER dəsti vasitəsi ilə qarşısı alınır və astronavtların istiqaməti stansiyaya istiqamətləndirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1701   Tarix: 26 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qızardılmış kartofa un əlavə edin – Möhtəşəm nəticə

Bəzən kartof qızardarkən dilimlərin bir hissəsi yanır, digər hissəsi isə çiy qalır. Bəs, biz dadlı və xoş görünüşlü kartofları necə hazırlaya bilərik? . qızılı rəngli, xırtıldayan və ləzzətli kartof qızartmasının hazırlanması üçün faydalı bir məsləhəti təqdim edir: . Bunun üçün sadəcə yeməyə un əlav

16 mart
.

Qədim Bakı məscidləri: Qoçular onları hansı məqsədlər üçün istifadə edirdilər? - VİDEO

Bakı yarandığı ilk dövrlərdən dini mərkəz, müqəddəs şəhər olub. Elə "Bakı" adının "Allah şəhəri" mənasına gəlməsi də bu şəhərin müqəddəsliyini sübut edir. Təbii od qaynaqlarının üzərində qurulan şəhər təkcə Qafqazın deyil, Orta Asiya və Hindistan atəşpərəstlərinin də müqəddəs məbəd

24 mart
.

Rekordu əldən vermək istəməyən qızıl və toyların azaldığı ay: Zinət əşyaları bahalaşacaq?

Ötən il dekabrın 4-dən bahalaşmaqda olan qızıl 2024-cü il martın 9-da rekord vurub - "Comex" birjasında (Nyu-York əmtəə birjasının bölməsi) bir troya unsiyası üçün 2 200 dolları ötüb. Bir neçə gün keçsə də, nəcib metal yüksək səviyyədə dəyərini qoruyur, yəni azalma çox cüzi - 0,21% faizdir

16 mart
.

"Zelyonka" və yod ləkələrindən QURTULMAĞIN SADƏ YOLLARI

Dəridəki yod və "zelyonka" ləkələrindən xilas olmaq sadə, eləcə də təsirli proses ola bilər. Bu antiseptiklərdən olan ləkələr adətən 24 saat ərzində öz-özünə yox olur. Lakin onları çıxarmaq üçün səbirsizsinizsə, bunu daha sürətli və daha effektiv etməyə kömək edəcək bir neçə sübut edilmiş üsu

23 mart
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24 mart
.

Dünyanın ən böyük təyyarəsi yaradılacaq

"WindRunner" yük təyyarəsi yaradıcılarının planlaşdırdığı kimi, dünyanın ən böyük təyyarəsi olacaq. Onun ölçüləri futbol meydançasının ölçüsünü üstələyir. Belə bir təyyarəyə iki kilometr uzunluğunda uçuş-enmə zolağı lazımdır. "WindRunner" nəhəng külək turbinli qanadları ilə bərp

17 mart
.

İçdiyimiz su təmizdir? - VİDEO

Azərbaycan içməli su mənbələri məhdud olan ölkələrdən hesab edilir. Ölkənin yerüstü su ehtiyatlarının həcmi 27 kubmetrdir, şirin su qaynaqlarının əsasını çay, göl və buzlaqlar təşkil edir. Suya olan tələbatın qarşılanması ilə yanaşı, onun təmizliyinə nəzarət də vacibdir. Son zamanlar su hövzələrind

24 mart
.

Avstraliyada elmə məlum olmayan tüklü böcək aşkarlandı

Avstraliyada əvvəllər alimlərə məlum olmayan tüklü böcək tapılıb. Böcək Avstraliyanın Kvinslend əyalətindən olan, entomologiya (həşəratları öyrənən elm) ilə məşğul olan alim Ceyms Tvid tərəfindən aşkarlanıb. Alim böcəyə təbiətdə gəzinti zamanı rast gəlib. Diqqətlə böcəyə baxış keçirən Ceyms Tvid qarşısınd

24 mart
.

Hansı xəstəlikləri olan şəxslər oruc tuta bilməzlər? - Həkim AÇIQLADI

"Ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər xüsusilə oruc tutarkən diqqətli olmalıdırlar". xəbər verir ki, bunu Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-kardioloqu Mehriban İsgəndər bildirib. O, hansı hallarda ürək-damar sistemi xəstəlikləri olan pasiyentlər

16 mart