Həbib son döyüşünü bu idmançıya qarşı keçirə bilər

Həbib son döyüşünü bu idmançıya qarşı keçirə bilərMütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov peşəkar karyerasının son döyüşünü kanadalı Jorj Sen-Pyerə qarşı keçirə bilər.

"Report"-un məlumatına görə, bu barədə UFC-nin prezidenti Deyna Uayt ESPN nəşrinə açıqlamasında deyib.

O bildirib ki, irlandiyalı döyüşçü Konor Makqreqor da Nurməhəmmədovla revanş görüşü istəyir: "Bilmirəm, bunu təşkil etmək mümkün olacaq, ya yox. Görək, hər şey necə bitəcək. Əlbəttə,bu, Həbibin sonuncu döyüşü olacaq, Sen-Pyer variantı da mümkündür. O, döyüş sənətində, idmanda özünü yaxşı göstərdi. Həbibi çox sevirəm, ona görə də istədiyini təşkil etməyə hazıram".

Qeyd edək ki, Həbib Nurməhəmmədovun növbəti rəqibi ABŞ təmsilçisi Castin Geyci olsa da, meneceri Rizvan Maqomedov rusiyalı idmançının bu görüşdə iştirak etməyəcəyini açıqlayıb.

Daha əvvəl Abu-Dabidəki turnirdə hər iki döyüşçü arasında görüşün keçiriləcəyi planlaşdırılırdı. İyulun 3-də Həbib Nurməhəmmədovun atası və məşqçisi Abdulmanap Nurməhəmmədov dünyasını dəyişdiyindən, bu qarşılaşma təxirə salınıb.

Castin Geyci yüngül çəkidə müvəqqəti çempionluq titulunun sahibidir. O, mayda həmyerlisi Toni Ferqyusonu məğlub edib. 31 yaşlı idmançı keçirdiyi görüşlər ərzində 22 qələbə qazanıb, 2 dəfə uduzub. Nurməhəmmədov isə 28 qarşılaşmanın heç birində uduzmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1660   Tarix: 28 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dani Alveş üçün 1 milyon avronu hansı futbolçu ödəyib?

Braziliyalı futbolçu və "Barselona"nın keçmiş müdafiəçisi Dani Alveşə 1 milyon avro girov müqabilində həbsdən çıxmasına "Atletiko"nun niderlandlı hücumçusu Memfis Depay kömək edib. Bu barədə insayder Mabhut Al-Narri xəbər verib. Onun sözlərinə görə, Alveşin özünün borcları və dondurulmu

26 mart
.

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb. "Report"un məlumatına görə, yığma "FIFA series–Edition 2024" layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüy

22 mart
.

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Kantanhede şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər. xəbər verir ki, yığmanın heyətində Mədinə Mustafayeva, Vladimir Dolmatov və Dilarə Qurbanovadan ibarət üçlük həlledici mərhələdə iştirak hüququ qazanıb. Martın 22-s

24 mart
.

"Beşiktaş" Qurban Qurbanovu istəyir

"Beşiktaş"ın baş məşqçisi Fernando Santoşun ardıcıl məğlubiyyətlərindən sonra klub yeni çalışdırıcı axtarışındadır. İstanbul təmsilçisi "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla maraqlanır. Bizim.Media xəbər verir ki, bu barədə məlumatı "Fotospor" saytı yayıb. Bildirili

18 mart
.

Azərbaycanın atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb. Bu barədə -a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildirilib. Məlumata görə, təmsilçimiz oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güll

23 mart
.

KİV: "Əl-Hilal" "Barselona"nın hücumçusu üçün 100 milyon avro ödəməyə hazırdır

Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubu növbəti transfer pəncərəsində "Barselona"nın hücumçusu Rafinyanı almağa hazırlaşır. "Report" xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb. Məlumata görə, Səudiyyə klubu braziliyalı futbolçunun transferi üçün 100 milyo

24 mart
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24 mart
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24 mart
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbulda keçirilməs

27 mart