"Onların zabit ölümlərini gizlətməsi ilk hal deyil" – Polkovnik

"Onların zabit ölümlərini gizlətməsi ilk hal deyil" – Polkovnik"Ermənistan ordusunda yüksək rütbəli zabitlərin ölümü ya gizlədilir, ya da əsgər ölümü kimi təqdim edilir".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib.

O bildirib ki, bu gün Ermənistan ordusunda pərakəndəlik, nizam-intizamsızlıq elə həddə çatıb ki, hərbi hissələrdə "dedovşina" hallarının qarşısını almaq olmur:

"Orduda hərbi qulluqçuya münasibət onların döyüş hazırlığına, fəaliyyətinə, milli təəssübkeşliyinə təsir edən ilk amildir. Hərbçiyə olan qeyri-etik rəftar onların nizam-intizamının da pozulmasına səbəb olur. Dövlətin, xalqın orduya olan münasibəti mövcud şəraitin təməlini qoyur. Əgər ordu rəhbərliyi öz zabitinin ölümünü əsgər ölümü, yaxud aşağı rütbəli hərbçinin ölümü kimi yayırsa, bu, hərbçiyə, onun ailəsinə, dövlətinə, ordusuna olan hörmətsizlikdir. Belə hallar ordunun zəifləməsi ilə nəticələnir".

M. Cahangirov bildirib ki, Qarabağ erməniləri ilə Ermənistan erməniləri arasında ciddi münaqişə var. Polkovnik vurğulayıb ki, bu da orduda döyüş ruhunu, hazırlığını və bacarığını aşağı salır:

"Onların zabit ölümlərini gizlətməsi, yaxud bunu əsgər ölümləri kimi qələmə verməsi ilk hal deyil. Bugünkü oxşar hadisələrin tez-tez şahidi oluruq. Buna görə dəfələrlə əsgər və zabit valideynlərinin etirazlarını görmüşük".

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, bu gün erməni əsgər Aşot Gevorkoviç Mikaelyan Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin müdafiə bölməsinin döyüş postu istiqamətində snayperdən açılan güllədən ölüb.

Erməni mətbuatında və sosial şəbəkələrində isə Aşot Gevorkoviç Mikaelyanın kapitan rütbəli hərbi qulluqçu olduğu vurğulanır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5203   Tarix: 28 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021