"Naxçıvana yüzlərlə türk hərbi qulluqçunun gəlişi Ermənistanı narahat edib"

"Naxçıvana yüzlərlə türk hərbi qulluqçunun gəlişi Ermənistanı narahat edib""Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir".

Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib.

Azərbaycanla Türkiyə arasında bu gündən başlanan hərbi təlimlərdən danışan deputat bildirib ki, iki dövlət arasında təkcə hərbi istiqamətdə deyil, bütün sahələrdə əməkdaşlıq var:

"Azərbaycanla Türkiyə arasında müxtəlif sahələrdə sıx əməkdaşlıq var. Tərəfdaşlığımız getdikcə daha da möhkəmlənir. Bir neçə dəfə demişəm, yenə də təkrar edirəm - Azərbaycan vətəndaşı olaraq, arzu edirəm ki, Azərbaycanla Türkiyə arasında hərbi sahədə təkcə əməkdaşlıq yox, müttəfiqlik olsun. Bu müttəfiqlik elə bir səviyyədə olsun ki, birinə müdaxilə olunanda digər dövlət ona rəsmi qaydada dəstək göstərsin. Məncə, hər bir türk əsilli insanın arzusudur ki, türkdilli dövlətlərlə böyük türk birliyi yaransın və bu, daha geniş mənada, islam dünyasının birliyinə çevrilsin. Bəlkə bu halda bizə qarşı olan bütün radikal qüvvələrə sözümüz daha kəsərli olar və səsimiz daha tez eşidilər".

Deputatın sözlərinə görə, iki dövlət arasında olan hərbi əməkdaşlıq düşmən tərəfin narahatlığına səbəb olur:

"Bu təlimlər uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir. Bu gün başlayan da növbəti belə təlimlərdən biridir. Düşmən və onun havadarları bundan təşvişə düşüblər. Naxçıvana Türkiyə Hərbi Hava Qüvvələrinin gəlişi, helikopterlərin gətirilməsi, yüzlərlə türk hərbi qulluqçunun olması onları narahat edib. Əsas narahatlıqları bizə dəstək nümayiş etdirən dövlətlərin olmasıdır. Bu yaxınlarda, Pakistan da Azərbaycana növbəti dəfə həmrəyliyini nümayiş etdirdi. Mən bununla qürur duyuram. İstəyirəm ki, bu mövqe dili, dini bizimlə eyni olan başqa müsəlman dövlətlərə ibrət olsun. Onlar ermənilərlə tərəfdaşlığa son qoymağın vacibliyini anlasınlar. Ayıbdır, silah-sursatları Ermənistana daşımasınlar".

Qeyd edək ki, bu gün Azərbaycanla Türkiyə arasında imzalanan hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq, ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri başlayır.

Təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.

Plana əsasən, təlimlər hərbi aviasiya vasitələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində, avqustun 1-dən 5-dək isə quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda keçiriləcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2737   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

İlham Əliyev: "Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur"

"Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib. "Üzləş

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və Füzuli şəhərinin Baş planı ilə tanış olublar. Bununla bağlı məlumat yayıb

25 aprel
.

Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycan Respublikasına dövlət səfəri aprelin 25-də başa çatıb. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident Sadır Japarovu Azərbayca

25 aprel
.

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində SON DURUM

Ermənistanla Azərbaycan arasındakı şərti sərhədin Qazax istiqamətindən görüntülər yayılıb. Ermənistan mediasında yayılan kadrlarda hazırda işğal altında olan Bağanis Ayrım kəndində azərbaycanlılara məxsus viran qalmış evlər əks olunub. Həmçinin Ermənistan KİV-də bölgədə delimitasiya prosesinin aparılmasın

23 aprel
.

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub - VİDEO

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qırğız Respublikasının Prezidenti Sadır Japarovun aprelin 24-də rəsmi qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qırğızıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbayca

24 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB + FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibdə görüşü olub. Bununla bağlı məlumat yayıb. 11:49. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarov ilə məhdud tərkibd

24 aprel
.

İlham Əliyev: "Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq"

"İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusund

23 aprel