Deputat: "Xalqımızın milli birlik nümayiş etdirməsi ordumuzun ermənilərə verdiyi cavab qədər önəmlidir"

Deputat: "Xalqımızın milli birlik nümayiş etdirməsi ordumuzun ermənilərə verdiyi cavab qədər önəmlidir"İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribata əl atması və ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi Azərbaycan xalqının vətənpərvərlik ruhunu daha da yüksəltdi. Xalq öz ordusu ilə bir daha həmrəylik nümayiş etdirdi. Sadə vətəndaşlarla yanaşı, müxtəlif qurum və təşkilatlar tərəfindən orduya dəstək aksiyalarına başlandı. Bunlardan biri də Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən həyata keçirilən "Hər şey vətən üçün" aksiyasıdır. Belə ki, aksiya çərçivəsində Agentlik "Baku Bus" MMC-nin, eyni zamanda digər daşıyıcıların istehsalat bazasında olan işlənmiş təkərləri toplayaraq, cəbhə bölgəsinə yola salır. Bugünə qədər qurum tərəfindən 31 yük avtomobili ilə 12600-dən artıq təkər cəbhəyə göndərilib.

Mövzu ilə bağlı Qaynarinfo-ya açıqlama verən millət vəkili Hikmət Babaoğlu xalqımızın milli birlik və həmrəylik nümayiş etdirməsinin ordumuzun ermənilərə verdiyi cavab qədər önəmli olduğunu deyib. O qeyd edib ki, Tovuz rayonu ilə sərhəddə baş verən erməni təxribatından sonra ortaya bir sıra mühüm həqiqətlər çıxıb:

"Bunlardan birincisi Azərbaycan ordusunun öz gücünü göstərməsi olub. Azərbaycan ordusu erməni təxribatçılarına layiqli cavab verib və onları yerində oturdub.

Bu prosesdə ikinci mühüm məsələ Azərbaycan xalqının öz ordusunun və ali baş komandanının arxasında dayanması idi: "İyulun 15-də Bakıda Azərbaycan ordusuna və ölkə başçısına keçirilən dəstək yürüşü bir daha sübut etdi ki, xalqımızda vətənpərvərlik ruhu yüksəkdir və öz torpaqlarını azad etmək əzmindədir".

H.Babaoğlu hesab edir ki, müxtəlif dövlət qurumları və təşkilatlarının orduya dəstək aksiyaları təşkil etməsi də xalqın birlik və həmrəyliyinin ifadəsidir:

"Özünün bütün təhsisatları, dövlət qurumları, qeyri-hökumət təşkilatları, ictimai institutları ilə birlikdə ən müxtəlif özəl, elmi, istehsal şirkətləri də daxil olmaqla bütün dairələrdə Azərbaycan xalqı bir olmağı, vahid olmağı bacardı. Orduya dəstək nümayiş edildi və bununla bağlı müxtəlif aksiyalar təşkil edildi. Buna Bakı Nəqliyyat Agentliyinin təşkil etdiyi təkərlərin göndərilməsi ilə bağlı həyata keçirilən aksiyanı da aid etmək olar. Bu da orduya dəstəyin əyani formasıdır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1355   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR

İlham Əliyev Balakəndə "ASAN xidmət"in açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb

29 iyul 2020

İlham Əliyev Balakəndə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gedib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəs

29 iyul 2020

"Naxçıvana yüzlərlə türk hərbi qulluqçunun gəlişi Ermənistanı narahat edib"

"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir". Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Azərbaycanl

29 iyul 2020

Bu gün Azərbaycan-Türkiyə hərbi təlimləri başlayır

İyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iki ölkənin hərbi aviasiya vasitələrinin iştirakı ilə təlimlər keçiriləcək. Bu barədə -a Müdafi

29 iyul 2020

Prezident avtomobil yolunun yeni layihəsi ilə tanış oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. -ın məlumatına görə, dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barəd

29 iyul 2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikas

29 iyul 2020

Tramp: "İqtisadiyyat çökəcək, şəhərlər od tutub yanacaq"

"Tezliklə koronavirus pandemiyası üzərində qələbə qazanacağıq və ölkəmiz "qızıl dövr"ə daxil olacaq". ABŞ Prezidenti Donald Tramp bu cümlələri "Twitter" səhifəsində yazıb. ABŞ prezidenti qarşıdan gələn seçkilərə də toxunaraq qeyd edib ki, demokratların qalib gələcəyi təqdird

28 iyul 2020

"Onların zabit ölümlərini gizlətməsi ilk hal deyil" – Polkovnik

"Ermənistan ordusunda yüksək rütbəli zabitlərin ölümü ya gizlədilir, ya da əsgər ölümü kimi təqdim edilir". Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib. O bildirib ki, bu gün Ermənistan ordusunda pərakəndəlik, nizam-intizamsızlıq elə həddə çatı

28 iyul 2020

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verdi

"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən bildirildiyi kimi, Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən və illik plana uyğun olaraq keçirilən təlimlərdir". xəbər verir ki, bun

28 iyul 2020

vipemlak.az