Azərbaycanda vəzifəli şəxs və keçmiş məmur rüşvətə görə həbs edildi - RƏSMİ

Azərbaycanda vəzifəli şəxs və keçmiş məmur rüşvətə görə həbs edildi - RƏSMİÖlkəmizdə həyata keçirilən davamlı iqtisadi inkişafın mühüm şərtlərindən biri kimi şəffaflığın və maliyyə intizamının təmin edilməsi, aparılan iqtisadi islahatların korrupsiyaya qarşı mübarizə tədbirləri ilə dəstəklənməsi prokurorluq orqanları tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla korrupsiya hüquqpozmalarına qarşı kəsərli və ardıcıl mübarizə tədbirləri davam etdirilir.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Zərdab rayonu, Yarməmmədbağı bələdiyyəsinin sədri vəzifəsində işləyən Xəlilov Sahib Osman oğlu və Zərdab rayon İcra Hakimiyyəti başçısının Yarməmmədbağı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmiş Xəlilov Rahib Yediyar oğlunun bələdiyyəyə məxsus 74 hektar torpaq sahəsini tərtib etdikləri 2007-ci il tarixli saxta icarə müqaviləsi əsasında 25 il müddətinə (2007-ci il tarixdən 2032-ci il tarixədək) icarəyə verilməsi müqabilində vətəndaşdan 10 min manat pul vəsaitini rüşvət qismində istəmələri barədə müraciət əsasında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparlıb.

Daxil olmuş məlumat əsasında Baş İdarənin əməliyyat qurumları tərəfindən həyata keçirilmiş operativ əməliyyat-axtarış tədbirləri ilə Sahib Xəlilov və Rahib Xəlilovun qeyd edilən 10 min manat məbləğinin 500 manatını 18.07.2020-ci il tarixdə tanışlarının adına olan "Kapital bank" ASC-yə məxsus plastik karta yüklənməsinə nail olmaqla, habelə, qalan məbləğin 1.500 manatını isə 22.07.2020-ci il tarixdə Zərdab rayonu, Aşağı Seyidlər kəndində almaları təsbit edilib, həmin şəxslər 28 iyul 2020-ci il tarixdə vətəndaşdan tələb etdikləri məbləğin 5 min manatını Zərdab rayonu ərazisində yerləşən kafelərdən birində alarkən cinayət başında yaxalanıblar.

Göstərilən faktlar əsasında 28 iyul 2020-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (vəzifəli şəxs tərəfindən xidməti vəzifəsinin icrası ilə əlaqədar edəcəyi qanunsuz hərəkətə görə külli miqdarda maddi neməti rüşvət qismində istəməklə alma) və 313-cü (vəzifəli şəxs tərəfindən tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmə) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xəlilov Sahib Osman oğlu və Xəlilov Rahib Yediyar oğlunun Cinayət Məcəlləsinin həmin maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən sonuncular 28 iyul 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulublar.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2402   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı

Ailəsinin 5 üzvünü amansızlıqla qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun tibbi ekspertizası başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Əhmədov artıq Bakı İstintaq Təcridxanasına qaytarılıb. Onun hadisə törədərkən anlaqlı olub-olmaması ilə bağlı hələ ki, yekun rəy hazır deyil

27 mart
.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Tanınmış siyasətçi arvadını qətlə yetirdi

Tverdə "Ədalətli Rusiya" partiyasından deputatlığa namizəd Yevgeni Nikolski həyat yoldaşını qətlə yetirdiyinə görə saxlanılıb. -ın xarici KİV-ə istinadən xəbərinə görə, hadisə Tver vilayətinin Staritski rayonunda baş verib. Yekaterina Nikolskayanın 36 yaşı var idi. O, ictimai fəaliyyətlərl

21 aprel
.

Mehman Xəlilov son söz üçün vaxt istədi

7 yaşlı Fərid Bakarov cinayəti ilə bağlı məhkəmə araşdırması başa çatır. "Qafqazinfo"nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda təqsirləndirilən Mehman Xəlilovun vəkili müdafiə çıxışı edib. Vəkil Anar Qasımlı deyib ki, müvəkkilinin əməlinə görə həddə

14 mart
.

Məhkəmə Əziz Orucov barədə qərar qəbul edib

Bakı Apellyasiya Məhkəməsində "Kanal13" internet televiziyasının rəhbəri Əziz Orucov barədə qərar qəbul olunub. Bu barədə "Report"a Ə.Orucovun həyat yoldaşı Lamiyə Çerpanova məlumat verib. L.Çerpanova bildirib ki, Əziz Orucov barəsində Bakı şəhərinin Səbail Rayon Məhkəməsində həb

1 aprel
.

Qardaşının ölümünə görə onun arvadını ittiham etdi, cəzalandırıldı

Bakıda intihar etmiş Rauf Abbasovun bacısı mərhumun həyat yoldaşı ilə bağlı səsləndirdiyi ittihamlara görə məsuliyyətə cəlb edilib. "Qafqazinfo" xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində Sevinc Təhməzovanın intihar etmiş həyat yoldaşının bacısı Könül Abbasova barəsində xüsusi ittiham qaydasındak

17 aprel
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel