Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşür

Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşürMünasibətlərin ən alisiqarşılıqsız olandır. Dünyanın hər yerində qəbul etdikləri ideologiya uğrunda təmənnasız mübarizə aparan insanlar var. Onlar seçirlər, qəbul edirlər, sevirlər və uğrunda mübarizə aparırlar. Müxtəlif coğrafi ərazilərdə məskunlaşan 50 milyondan artıq azərbaycanlını da birləşdirən bir dəyər var – Azərbaycan sevgisi! Bu sevgi ərazi tanımır, sərhədsizdir. Ruhu, əxlaqı, dili, dini etiqadı, dünya görüşü və davranışı ilə təmizdir. Bir alimin Vətənə sevgisi etdiyi ixtiralar qədərdir, bir yazıçının sevgisi isə ölkəsinin mədəniyyətini, milli adət-ənənəsini, soy-kökünü, dilini və dinini tanıtdığı qədər. Bu hiss ən ümdə dəyərdir, onu nə almaq olar, nə də yaralamaq. Azalıb-artmayan, olduğu qədər qalan bütün hislər gözəldir, müqəddəsdir.

Hər kəs potensialı qədər sevir dövlətini. Peşəsinin sahibi olan şəxs onu təqdim etdiyi formada vətənsevərdir. Məsələn, erməni əsilli rəqibini məğlub edərək dünya çempionu olan Rəsul Çunayev Azərbaycan bayrağını beynəlxalq arenada dalğalandıracaq qədər vətənpərvərdir. Azərbaycan şahmatını dünya səviyyəsində tanıdan Vüqar Həşimov da eyni qədər fədakar idi. Yaxud Azərbaycanı rəsmləri ilə dünyaya sevdirən Səttar Bəhlulzadənin Vətən sevgisi də bacarığı qədərdir. Azərbaycanın müxtəlif formalardakı təqdimatları vahid ideologiyaya – ölkəmizin yüksək səviyyədə təqdimatına xidmət edir.

Kimi əqli olaraq Azərbaycanı tanıtmaqla onu qoruyur, sahibinin özü olduğunu, ərazi hüdudlarını sübut edir, kimi də fiziki olaraq səngərdə döyüşür. Hər biri bizim üçün dəyərdir, müdafiə və hörmət etməli olduqlarımızdır. Bu yerdə şair Rəfail Tağızadə Qarabağ qazisi poemasında səngərdə döyüşən qaziləri belə ifadə edir:

"Göylərə ucalantək qoloynayır yanındaoynayan bir xəyal qolla"

Vətəni tanıdan da onu qoruyur, Vətən üçün canından keçən də.

Ümumiyyətlə, Azərbaycan xalqı tarixən döyüş ruhu yüksək olan xalq kimi tanınıb. Uzağa getməyib sadəcə iyirminci əsrdən danışsaq, iki dünya müharibələrindəki iştirakı, Əfqanıstan müharibəsindəki rolu, Birinci Qarabağ Müharibəsini yada salmaq yetərlidir. Bu xalq üçün dilemma yoxdur; seçim həmişə Vətəndir! Torpağını itirməmək üçün gəncliyini də, ömrünü də fəda etməyi bacarmaqdır.

Şəhidlik! O, qazanılma deyil, qorumaqdır.

Onun tək rəngi var; Vətən!

(Yaxud rütbəsiz ən ali dərəcə!)

Şəhidlər şəhid olacaqlarını gözə alanlardır. Onlar bunu üstünlük deyil, öhdəlik, borc bilərək gözə alıb cəbhəyə gedirlər. Bilirlər ki, müharibə gedən hər iki tərəf döyüşür, düşmənin ilk işi onu öldürməkdir, buna hazırdırlar - öldürməyə də, ölməyə də. Heç kim yaxşı hesab edilsin deyə şəhid olmur, şəhidlik qazanılma deyil, qorumaqdır.

Şəhidlərin də, qazilərin də, veteranların da, hərbçilərin də tək istəyi olub; Ermənistan silahlı qüvvələrinin işğalı ilə onların nəzarətində olan Azərbaycan ərazilərini azad etmək, davam edən etnik münaqişədə işğal altına düşmüş torpaqları geri qaytarmaq.

Azərbaycan iki cəbhədə döyüşür;

düşmənlə sərhəddə,

düşmənə xidmət edənlə daxildə!

Görməyi bacaran və ya görmək istəyən hər kəs bilir ki, hər an hazır vəziyyətdə dayanan xarici qüvvələr məqam – ani tərpəniş gözləyirlər. Onlar bir titrəyişə bənddirlər ki, Azərbaycanın müəyyən kütləsinə təsir edə bilsinlər. Daim bizi izləyirlər və bizdən onlara ən yararlı "humanistləri" maliyyələşdirməyə hazırdırlar. Onlar üçün fərq etmir bunlar Sevinclərdir, ya Orduxanlar. Mənliyini satmağa hazır olan hər kəs onların həm sevincidir, həm də ordusu.

Hər fürsətdə Azərbaycan Ordusu haqqında dezinformasiyalar yayaraq xalqın həssas təbəqəsini idarə etməyə çalışırlar. Onlar milyonlarla Azərbaycan vətəndaşının həmrəyliyindən narahat olub xalq-hakimiyyət birliyinə zərbə vurmaq istəyirlər.

Bacarırlarmı? Təəssüf ki, istədikləri qədər olmasa da, çalışdıqları qədər bacarırlar! İki həftə öncəki hadisələr elə vüsət almışdı ki, az qala Ermənistanın Qarabağ bölgəsindən uzaq, münaqişə episentrindən tamamən kənarda törətdiyi növbəti təxribatını unudaq. Ancaq xalqın böyük coşqu ilə Azərbaycan Ordusuna dəstək nümayiş etdirməsi, ordu haqqındakı təxribatçı fikirlərə uymaması, mətbuatda və sosial mediada erməni maraqlarına xidmət edən mövqelərə layiqli cavab verməsi sayəsində həmrəyliyimizə kölgə düşmədi.

Azərbaycanın ordusunu - əsas güc strukturunu "başsız" qoymaq istəyən xarici qüvvələr müxtəlif formada şayiələr yaysalar da, sıravi vətəndaşından ziyalısına kimi hər kəs xalqı maarifləndirmək istiqamətini seçdi. Nəticədə də təxribatçıların hədəfləri hərbi ekspertlərə yönəldi. Onlar ekspert rəylərini gözdən salmaq, onların ictimai nüfuzlarına xələl gətirməklə insanların onlara olan inamını azaltmağa çalışdılar, ancaq alınmadı. 25-30 il orduda xidmət etmiş, döyüşlərin ağını da, qarasını da görən hərbçi üçün düşmən dəyirmanına su tökən sözdə ekspertlərin 4 illik diplomunu haradan alması hələ də sual altındadır...

Yaxın keçmişə nəzər salsaq, oxşar hadisələrin şahidi olarıq. Bunun da bariz nümunəsi – Birinci Qarabağ Müharibəsinin qızğın döyüşlər gedən vaxtında müxtəlif qüvvələrin Vətəni yox, hakimiyyəti ələ keçirməyi düşünmələridir. Onlar ermənilərin işğal etdiyi Azərbaycan torpaqlarını uğurlu əməliyyatlarla azad edən ordu rəhbərliyinə qarşı qarayaxma kampaniyası apararaq, Silahlı Qüvvələrdə pərakəndəlik yaratmağa çalışırdılar. 1990-cı illərin əvvəllərində buna müəyyən mənada nail olan separatçı qüvvələr hazırda da oxşar vəziyyət yaratmaq istəyirlər. Unudurlar ki, nə dövr həmin dövrdür, nə də ordu həmin ordu. Təxribat törədən o insanlar və onların davamçıları Azərbaycan dövlətini, onun Prezidentinin dünyadakı nüfuzunu gözü götürməyənlərdir. Xarici qüvvələr Vətən xainləri ilə xalqımızı bölmək istəyirlər. Onlar müxtəlif yalan məlumatlarla daxili qarşıdurma yaratmağa səy göstərirlər.

Unutmaq olmaz, biz yalnız Dağlıq Qarabağı və ətraf əraziləri işğal etmiş erməni işğalçıları ilə döyüşməliyik. Həm sözlə, həm də silahla!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 5350   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


DİGƏR MARAQLI XƏBƏRLƏR

Deputat: "Xalqımızın milli birlik nümayiş etdirməsi ordumuzun ermənilərə verdiyi cavab qədər önəmlidir"

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribata əl atması və ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi Azərbaycan xalqının vətənpərvərlik ruhunu daha da yüksəltdi. Xalq öz ordusu ilə bir daha həmrəylik nümayiş etdirdi. Sadə vətəndaşlarla yanaşı, müxtəli

29 iyul 2020

İlham Əliyev Balakəndə "ASAN xidmət"in açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb

29 iyul 2020

İlham Əliyev Balakəndə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gedib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəs

29 iyul 2020

"Naxçıvana yüzlərlə türk hərbi qulluqçunun gəlişi Ermənistanı narahat edib"

"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir". Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Azərbaycanl

29 iyul 2020

Bu gün Azərbaycan-Türkiyə hərbi təlimləri başlayır

İyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iki ölkənin hərbi aviasiya vasitələrinin iştirakı ilə təlimlər keçiriləcək. Bu barədə -a Müdafi

29 iyul 2020

Prezident avtomobil yolunun yeni layihəsi ilə tanış oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. -ın məlumatına görə, dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barəd

29 iyul 2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikas

29 iyul 2020

Tramp: "İqtisadiyyat çökəcək, şəhərlər od tutub yanacaq"

"Tezliklə koronavirus pandemiyası üzərində qələbə qazanacağıq və ölkəmiz "qızıl dövr"ə daxil olacaq". ABŞ Prezidenti Donald Tramp bu cümlələri "Twitter" səhifəsində yazıb. ABŞ prezidenti qarşıdan gələn seçkilərə də toxunaraq qeyd edib ki, demokratların qalib gələcəyi təqdird

28 iyul 2020

"Onların zabit ölümlərini gizlətməsi ilk hal deyil" – Polkovnik

"Ermənistan ordusunda yüksək rütbəli zabitlərin ölümü ya gizlədilir, ya da əsgər ölümü kimi təqdim edilir". Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Məhərrəm Cahangirov deyib. O bildirib ki, bu gün Ermənistan ordusunda pərakəndəlik, nizam-intizamsızlıq elə həddə çatı

28 iyul 2020

vipemlak.az