Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidir

Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidirBiz insan olaraq, daim nəyisə gözləyirik: bazar ertəsi gəlsin siqaret çəkməyi tərgidəcəyəm, gələn həftədən pəhrizə başlayacağam, Yeni İldə özümə hədiyyə alacağam, ad günümü filan yerdə keçirəcəyəm və daha minlərlə müxtəlif gözləmələr.

İstənilən halda, bir insan kimi öz inkişafımız üçün özümüzə müəyyən bünövrə, başlanğıc nöqtəsini müəyyən edirik: bir az da pulum olsun, bir az da böyüyüm, bir az da güclü olum və minlərlə "bir azlar".

"MediaPost" bildirir ki, ordumuz bizim kimi insanlardan, Azərbaycanın ən sağlam, vətənpərvər, fiziki və mənəvi cəhətdən xüsusi bacarıqlara malik, öz torpağını sevən və ölkəmizin gələcəyi naminə fədakarlıq göstərməklə gündəlik qəhrəmanlıq nümayiş etdirən fərdlərdən, oğul və qızlarımızdan ibarətdir. İnsan olaraq, onların da öz gözləmələri, "bir azlar"ı və istəkləri var.

Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidirAzərbaycan Ordusu genişmiqyaslı təlimlər keçirəcək
Sadalanan xüsusiyyətlər hər birimizə şamil edilə bilər, çünki bu ölkədə yaşayan, milliyyətindən, dinindən, əqidəsindən, dəri rəngindən asılı olmayaraq, hər birimiz üçün Vətənimizin gələcəyi öz gələcəyimizin ayrılmaz hissəsidir. Lakin yuxarıda sözügedən bacı və qardaşlarımızı bizdən fərqləndirən amil məhz onların hərbi geyim formasını daşıması, vahid komandanlıq prinsipinə riayət etməsi, müvafiq qayda və tələblərə əsasən hərəkət etməsi və nəticədə, istək və arzularının, hədəf və tapşırıqlarının, ümdə məqsədlərinin bir olmasıdır - bu da Vətəndir!

Ordumuz cəmiyyətin tərkib hissəsi olaraq, vahid, böyük, öz qayda və qanunlarına malik mexanizm – orqanizm, böyük bir ailə kimi fəaliyyət göstərir. Ordunun qarşısında həm sülh dövründə, həm də müharibə zamanı icra edilən bir neçə vəzifə və tapşırıq var. Hər bir vəzifənin bacarıqlı icrası geniş bilik, bacarıq və vərdiş tələb edir. Bu isə yalnız və yalnız təlimlər keçirməklə mümkündür. Ordu orqanizminin vahidliyi onun hər bir üzvünün digəri ilə birgə, uzlaşmış və paralel fəaliyyət aparmağa qabiliyyətli olmağından ibarətdir. Necə deyirlər, bir nəfər hamı üçün, hamı – bir nəfər üçün!

Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidirPolkovnik: "Taktiki təlimlər Azərbaycan Ordusunun hərbi qüdrətinin ...
Bu vahidlik fərdi hazırlıqdan başlayır, manqa, tağım, bölük, tabor, briqada, korpus və ümumiyyətlə, ümumordu təlimlərlə əldə edilir. Bununla yanaşı, müxtəlif qoşun növlərinin təlimləri, müttəfiqlərin və tərəfdaşların, o cümlədən iki və çoxsaylı tərəflərin qarşılıqlı fəaliyyəti əsasında dövlətlərarası təlimlər də keçirilir. Taktiki, operativ və strateji səviyyədə keçirilən bu təlimlər ordumuzun nəyə qadir olmasının əyani sübutudur.

Təlimlərdə ilk növbədə nəzəriyyə bilikləri işlənilir, sonra isə praktiki hərəkətlərlə zəruri vərdişlər işlənilir. Silahla və silahsız fəaliyyət, müxtəlif ölçülü bölmələrin yerdəyişməsi, gündüz və gecə zamanı atışlar, iqlim və ərazi landşaft dəyişməklə təlimlər ilin müxtəlif fəsillərində keçirilir.

Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidir"Gözləmələrə" və "bir azlara" qaldıqda isə, ordunun istənilən bölməsinin gündəlik fəaliyyəti məhz təlimdən-təlimə ölçülür, çünki təlim nəticələri hər bir əsgər, çavuş, gizir və zabitin üzüdür, çünki taktiki təlim istənilən bölmənin döyüş hazırlığının uca nöqtəsidir.

Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair müqavilə ilə nəzərdə tutulmuş döyüş hazırlığının illik planına əsasən, Azərbaycan ərazisində iyulun 29-dan birgə genişmiqyaslı taktiki və uçuş-taktiki təlimlər başlayır. Təlimlərin gedişində döyüş atışlar da nəzərdə tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3265   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

DİGƏR MARAQLI XƏBƏRLƏR

Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşür

Münasibətlərin ən alisiqarşılıqsız olandır. Dünyanın hər yerində qəbul etdikləri ideologiya uğrunda təmənnasız mübarizə aparan insanlar var. Onlar seçirlər, qəbul edirlər, sevirlər və uğrunda mübarizə aparırlar. Müxtəlif coğrafi ərazilərdə məskunlaşan 50 milyondan artıq azərbaycanlını da birləşdirə

29 iyul 2020

Deputat: "Xalqımızın milli birlik nümayiş etdirməsi ordumuzun ermənilərə verdiyi cavab qədər önəmlidir"

İyulun 12-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribata əl atması və ordumuz tərəfindən düşmənə layiqli cavab verilməsi Azərbaycan xalqının vətənpərvərlik ruhunu daha da yüksəltdi. Xalq öz ordusu ilə bir daha həmrəylik nümayiş etdirdi. Sadə vətəndaşlarla yanaşı, müxtəli

29 iyul 2020

İlham Əliyev Balakəndə "ASAN xidmət"in açılışında - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb

29 iyul 2020

İlham Əliyev Balakəndə

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gedib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəs

29 iyul 2020

"Naxçıvana yüzlərlə türk hərbi qulluqçunun gəlişi Ermənistanı narahat edib"

"Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri uzun illərdir ki, ildə bir neçə dəfə olmaqla, müxtəlif qoşun növləri ilə keçirilir". Bunu "MediaPost"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deyib. Azərbaycanl

29 iyul 2020

Bu gün Azərbaycan-Türkiyə hərbi təlimləri başlayır

İyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iki ölkənin hərbi aviasiya vasitələrinin iştirakı ilə təlimlər keçiriləcək. Bu barədə -a Müdafi

29 iyul 2020

Prezident avtomobil yolunun yeni layihəsi ilə tanış oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. -ın məlumatına görə, dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barəd

29 iyul 2020

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti AÇIQLADI

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, snayper tüfənglərindən və 60 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 65 dəfə pozub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikas

29 iyul 2020

Tramp: "İqtisadiyyat çökəcək, şəhərlər od tutub yanacaq"

"Tezliklə koronavirus pandemiyası üzərində qələbə qazanacağıq və ölkəmiz "qızıl dövr"ə daxil olacaq". ABŞ Prezidenti Donald Tramp bu cümlələri "Twitter" səhifəsində yazıb. ABŞ prezidenti qarşıdan gələn seçkilərə də toxunaraq qeyd edib ki, demokratların qalib gələcəyi təqdird

28 iyul 2020