Qanunsuz sərnişin daşıyan sürücü həbs edildi

Qanunsuz sərnişin daşıyan sürücü həbs edildiQuba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq Bakı şəhərindən ölkənin şimal rayonlarına gizli yollarla icazələri olmayan sərnişinləri daşıyan iki sürücü – Cavid Ramazanov və Mehbala İsrafilov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sonxeber.az-a verilən məlumata görə, araşdırmalar zamanı C.Ramazanovun xüsusi karantin qaydalarını pozaraq, şəxsi nəqliyyat vasitəsi ilə qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Belə ki, onun xüsusi icazələri olmayan sərnişinlərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Bakı şəhərindən ölkənin şimal rayonlarına daşıdığı məlum olub. Bakı-Quba yolu üzərində müvəqqəti quraşdırılmış postdan keçən zaman o, sərnişinləri postdan bir qədər aralıda düşürərək tanışı Mehbala İsrafilova görüşdürüb və sərnişinlər M.İsrafilovun bələdçiliyi ilə postun arxa hissəsində olan torpaq yolu ilə həmin ərazidən keçməyə nail olublar. Daha sonra isə C.Ramazanova məxsus nəqliyyat vasitəsinə əyləşən müştərilər yollarına davam ediblər.

Saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Quba rayon məhkəməsinə göndərilib. Karantin qaydalarını pozan C.Ramazanov məhkəmənin qərarı ilə 10 sutka inzibati qaydada həbs edilib. M.İsrafilov barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 1122   Tarix: 30 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23 aprel
.

İki qardaşdan birinin həyatına son qoyan qətl - TƏFƏRRÜAT + VİDEO

2021-ci il sentyabrın 22-də Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən 6 saylı avtoparkın giriş qapısının yaxınlığında baş vermiş qətlin detalları məlum olub. Məlum olub ki, 1997-ci il təvəllüdlü Sərxan Dadaşov 1998-ci il təvəllüdlü Kamil Cəfərovun ölümünə səbəb olub. İş üzr

20 mart
.

Keçmiş məktəb direktoru haqda son qərar - Qalan ömrünü həbsdə keçirəcək

Ana və iki azyaşlı övladını amansızlıqla öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmiş Əhəd Əliyevin kassasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Ali Məhkəmədə keçirilən iclasda məhkumun vəkili cinayəti müvəkkilinin törətmədiyini deyib. Müdafiə tərəfi Ə.Əliyevə bəraə

15 aprel
.

Ülvi Həsənli və Sevinc Vaqifqızı ilə bağlı QƏRAR

"Abzas Media" saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova (Vaqifqızı) barələrində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. APA xəbər verir ki, bu gün Xətai Rayon Məhkəməsində hakim Rəfail Sadıxovun sədrliy

14 mart
.

Ailənin beş üzvünü qətlə yetirən Əhməd azadlığa buraxılacaq? - Hüquqşünasdan AÇIQLAMA + VİDEO

Ailəsinin beş üzvünü amansızca qətlə yetirməkdə təqsirli bilinən Əhməd Əhmədov barəsində keçirilən psixoloji ekspertizanın rəyinə əsasən, onun hadisəni anlaqsız törətməsi, psixi xəstəliyinin olması ilə bağlı rəy verilib. Əhməd Əhmədovun hadisəni anlaqsız vəziyyətdə törətməsi onu cinayət məsuliyyətində

9 aprel
.

Rusiyada azərbaycanlı qadın öldürüldü - Əri saxlanıldı

Rusiyanın Sankt-Peterburq şəhərində 27 yaşlı azərbaycanlı qadın qətlə yetirilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə məlumatı "Mash на Мойке" teleqram kanalı yayıb. Qadının özündən 15 yaş böyük Araz adlı həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia edilir. Hadisənin qısqanclı

13 aprel
.

Arvadını, qaynını, iki bacanağını avtomatla Bakıda qətl edən məşhur professor HƏBSXANADA DANIŞDI- VİDEO

Oruc Rəhimov 1960-cı ildə Şərur rayonunun Naxta kəndində anadan olub. 3 övlad atasıdır. Ali təhsillidir, Azərbaycan Texniki Universitetini bitirib. Bir müddət həmin ali məktəbdə müəllimlik edib, texnika üzrə fəlsəfə doktoru və professordur. 1992-ci ildə Milli Zadəgan Universitetini təsis edib və rektor

14 aprel
.

80 yaşlı nənəsinin başını divara çırpıb öldürdü

Türkiyədə nəvə nənəsini vəhşicəsinə öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Konya şəhərinin Selcuklu qəsəbəsində baş verib. 31 yaşlı Talha Çorum yaşadıqları evdə 80 yaşlı nənəsi Sahura Dudu Bahçecinin başını divara çırpıb. Həmçinin xalası Hasibe Erdemiri yumruqlayaraq, xəsarət yetirib. Xəstəxanay

20 aprel
.

Əhmədin bacısının ərdə olduğu ailə ilə bağlı ŞOK iddia: Qayınatası banda yaradıb... - FOTO

Bütün ailəsini qəddarlıqla qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədovun bacısı - Elmira Əhmədovanın vaxtilə gəlin olduğu ailə ilə bağlı məlumatlar yayılıb. xəbər verir ki, Elmira Əhmədova Tofiq Niftəliyev adlı şəxsin oğlu ilə ailə həyatı qurub. Polkovnik Tofiq Niftəliyev Rusiyanın Blaqoveşensk şəhərind

9 aprel