"Erməni təxribatı Dağlıq Qarabağ sülh danışıqlarının "tabutuna son mismarı vurdu"
"Tovuzda yaşanan erməni təxribatına, eləcə də Rusiyanın Ermənistanda keçirdiyi birgə hərbi təlimlərə Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirməklə cavab verdi" .
"MediaPost" xəbər verir ki, bunu Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Nazim Bayramov deyib.
O bildirib ki, növbəti güc nümayişi raundu zahirən heç-heçə bitsə də, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyası prezidenti Vladimir Putinin Cənubi Qafqazda vəziyyətin son müzakirəsinin nəticəsində Kremlin mətbuat xidmətinin açıqlamasındakı "Regionda sabitliyin qorunması məqsədilə səylərin koordinasiyasına hazırlıq ifadə olunmuşdu" cümləsi diqqət çəkir:
"Əvvəllər belə rəsmi açıqlamalarda "birgə səylərin artırılması", "dəstək" ifadələri işlənirdisə, bu dəfə "koordinasiya" sözü işlədilir. Koordinasiya daha yaxından və sistematik birgə fəaliyyəti nəzərdə tutur. Xatırladım ki, telefon danışıqları Türkiyənin təşəbbüsü ilə baş tutub. Fikir mübadiləsinin yekununda Rusiyanın regionda Türkiyə ilə koordinasiyaya hazırlıq ifadə etməsi bir neçə mətləbdən xəbər verə bilər. Birincisi, Türkiyənin Naxçıvanın təhlükəsizliyinə qarant olmasının qüvvədə olması və aktuallığı Rusiya tərəfindən bir daha təsdiqləndi. İkincisi, Rusiya Türkiyəni region işlərinə (Ermənistan-Azərbaycan münaqişəsinə) daha yaxın buraxmaqla, Türkiyə ilə qarşı-qarşıya olduğu digər regional münaqişələrdə (Suriya, Liviya, qismən Ukrayna) hansısa güzəştlərə xatir taktiki gediş etmiş kimi görünür".
N. Bayramovun fikrincə, Azərbaycan ATƏT-in Minsk Qrupunun konfransının çağırılmasını istəməli və konfransın ciddi qərar qəbul etməsini tələb etməlidir:
"Ermənistanın dövlət sərhədimizdə etdiyi son təcavüzlə Dağlıq Qarabağ sülh danışıqlarının "tabutuna son mismarı vurmasını" və yaranmış əlverişli situasiyanı nəzərə alaraq, Azərbaycan ATƏT-in Minsk Qrupunun konfransının çağırılmasını tələb etməlidir. Minsk Qrupuna həmsədr ölkələrdən başqa Türkiyə, Belarus, İtaliya, Almaniya, İsveç və Finlandiya daxildir. Bu ölkələrin hər biri ayrı-ayrılıqda Avropa İttifaqı tərkibində Azərbaycanın haqlı mövqeyini dəstəkləyən ölkələrdir. Konfransın qəbul etdiyi qərar Ermənistana sonuncu ciddi beynəlxalq xəbərdarlıq olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
instagramda izləyin
Siyasət Baxılıb: 3748 Tarix: 30 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşErmənilər Tovuzun kəndləri istiqamətində yenidən təxribat törətdi
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 42 dəfə pozub. Bu barədə -a Müdafiə Nazirliyindən məlumat verilib. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşə
30 iyul 2020Taktiki təlimlər döyüş hazırlığının ən uca nöqtəsidir
Biz insan olaraq, daim nəyisə gözləyirik: bazar ertəsi gəlsin siqaret çəkməyi tərgidəcəyəm, gələn həftədən pəhrizə başlayacağam, Yeni İldə özümə hədiyyə alacağam, ad günümü filan yerdə keçirəcəyəm və daha minlərlə müxtəlif gözləmələr. İstənilən halda, bir insan kimi öz inkişafımız üçün özümüzə müəyyə
29 iyul 2020Azərbaycan düşmənlə sərhəddə, düşmənə xidmət edənlə daxildə döyüşür
Münasibətlərin ən alisiqarşılıqsız olandır. Dünyanın hər yerində qəbul etdikləri ideologiya uğrunda təmənnasız mübarizə aparan insanlar var. Onlar seçirlər, qəbul edirlər, sevirlər və uğrunda mübarizə aparırlar. Müxtəlif coğrafi ərazilərdə məskunlaşan 50 milyondan artıq azərbaycanlını da birləşdirə
29 iyul 2020İlham Əliyev Balakəndə "ASAN xidmət"in açılışında - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional "ASAN xidmət" mərkəzinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub. Sonra dövlətimizin başçısı ASAN könüllüləri ilə görüşüb
29 iyul 2020İlham Əliyev Balakəndə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən rayonuna səfərə gedib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Balakən şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəs
29 iyul 2020Bu gün Azərbaycan-Türkiyə hərbi təlimləri başlayır
İyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iki ölkənin hərbi aviasiya vasitələrinin iştirakı ilə təlimlər keçiriləcək. Bu barədə -a Müdafi
29 iyul 2020Prezident avtomobil yolunun yeni layihəsi ilə tanış oldu - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun 131,5-ci kilometrindən 215-ci kilometrinə qədər olan hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub. -ın məlumatına görə, dövlətimizin başçısına layihə üzrə görüləcək işlər barəd
29 iyul 2020