"İordaniyanın hansısa şirkətinin Ermənistana silah satması istisna deyil"-POLİTOLOQ
İordaniya rəhbərliyi Ermənistan-Azərbaycan sərhədində baş verən qarşıdurmalar zamanı Ermənistana silah göndərdiyi barədə məlumatları yayılıb. Ancaq İordaniyana tərəfindən Ermənistana silah göndərməsi xəbəri təkzib olunub. Azərbaycan XİN-yi İordaniyanın Ermənistana silah satması ilə əlaqədar olaraq sözügedən ölkənin Bakıdakı səfiri Sami Abdullah Qoşeh nazirliyə çağırılıb.
Xarici İşlər Nazirliyinin Asiya İşləri üzrə İdarəsinin direktoru Azərbaycanın İordaniyadakı səfirinə, silah satışının ölkənin müdafiə sənayesindən silah alan özəl şirkətlər tərəfindən edilə biləcəyini bildirib.
Baş verən prosseslərlə bağlı politolq Elxan Şahinoğlu Sonxeber.az-a açıqlama verib.
Poltiloq, İordaniya ölkəsinin hansısa şirkəti Ermənistana silah satması istisna olmadığını bildrirb.
"Azərbaycan və İordaniya arasında tərəfdaşlıq münasibətləri mövcudur. İordaniya İslam Əməkdaşlıq Konfransı çərçivəsində Azərbaycanla həm əməkdaşlıq edir həm də ərazi bütövlüyümüzə böyük dəstək verir:
"Ona görə də xəbər yayılanda ki, İrodaniya tərəfi işğalçı Ermənistana silah satıb, bu bizdə haqlı narazılığa səbəb oldu. İordaniya səfiri Xarici İşlər nazirliyinə çağrılmasından sonra İordaniya tərəfi Ermənistana silah satılması ilə bağlı məlumatları təkzib edib. Ancaq unutmaq lazım deyil ki, Serbiya da belə bir iddia edirdi ki, silah satılmıyıb. Sonradan məlum oldu ki, Serbiyanın hansısa şirkəti Ermənistana silah satıb. Ona görə də, İordaniyanın hansısa şirkətinin Ermənistana silah satması istisna deyil".
Elxan Şahioğlu, Azərbaycan tərəfindən İordaniya dövlətinə böyük ölçüdə xəbərdarlıq edildiyini vurğulayıb.
"İordaniya anlamalıdır ki, əgər belə bir fakt olubsa bu iki dövlət arasında münasibətlərə mənfi təsir edəcək. Çünki Azərbaycan əməkdaşlıq etdiyi, tərəfdaş olduğu ölkələrdən əsas tələbi budur ki, işğalçı Ermənistana silah və sursat satılmasın. Əməkdaşlıq etdiyimiz ölkələr bunu bilməlidir ki, Ermənistana silah satırsınızsa o silahlar dost saydığınız Azərbaycana qarşı yönəlir. Azərbaycan tərəfindən İordaniya dövlətinə böyük ölçüdə xəbərdarlıq edilib. Bu xəbərdarlıqda İordaniya hökuməti nəticə çıxarmalıdır".
Türkay Həsənli
Sonxeber.az


Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş