Polkovnik Azərbaycan Türkiyə birgə təlimlərinin siyasi əhəmiyyətini açıqladı

Polkovnik Azərbaycan Türkiyə birgə təlimlərinin siyasi əhəmiyyətini açıqladı"Məqsəd qoşunların birgə fəaliyyət zamanı döyüş bacarıqlarının təkmilləşdirilməsi, komanda və idarəetmə sisteminin inkişafı, döyüş təcrübəsinin artırılmasıdır".

Bunu "MediaPost"a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Polkovnikin fikrincə, Azərbaycanla Türkiyənin birgə təlimləri hərbi mahiyyət daşımaqla yanaşı, iki ölkənin sıx əlaqələrinin olduğunu region və dünya dövlətlərinə bir daha göstərir:

"Bu təlimləri Azərbaycan və Türkiyə orduları hərbi əməkdaşlıq çərçivəsində ötən ildən planlaşdırıb. Bu da iki dövlət arasındakı münasibətlərlə əlaqəlidir. Məqsəd də qoşunların birgə fəaliyyət zamanı döyüş bacarıqlarının təkmilləşdirilməsi, komanda və idarəetmə sisteminin inkişafı, döyüş təcrübəsinin artırılmasıdır. Ulu öndər Heydər Əliyevin qoyduğu "Bir millət, iki dövlət" prinsipi iki dövlət arasında davam etdirilir. Bizim Türkiyə ilə əməkdaşlıq etmədiyimiz sahə demək olar ki, yoxdur, hərbi-texniki əlaqəmiz daha güclüdür. Azərbaycan və Türkiyə birgə hərbi təlimləri mütəmadi keçirilir, sadəcə ola bilsin ki, bu təlimlər hər dəfə irimiqyaslı olmur. Ancaq bütün bu təlimlər irimiqyaslı təlimlərin keçirilməsinə səbəb olur. Türkiyə və Azərbaycan ordularının birgə fəaliyyət göstərməsi bizim ordunun yüksək potensial səviyyəsindən xəbər verir".

Ş. Ramaldanov bildirib ki, Azərbaycan Ordusu Türkiyə ilə Əfqanıstanda da Sülhməramlı Qüvvələrlə birgə fəaliyyət göstərir:

"Digər beynəlxalq tədbirlərdə də Azərbaycan Türkiyə ordusu ilə birgə çıxış edir. Bizim Türkiyə ilə həm də strateji maraqlarımızı təmin edən istiqamət var, bu da beynəlxalq əhəmiyyətli enerji layihələrdir. Bildiyiniz kimi, layihələr çərçivəsində neft və qaz boru kəmərləri inşa edilib. Ermənistan tərəfinin növbəti təxribatı ilə Tovuz istiqamətində gedən döyüşlər də onu göstərdi ki, biz bu məsələləri nəzərə alıb, hazır olmalıyıq. Hazır olmaq üçünsə bütün qoşun növlərimiz təhlükəsizliklə bağlı təlimlər keçməlidir".

Təlimlərin siyasi əhəmiyyətindən danışan polkovnik vurğulayıb ki, Tovuz istiqamətində baş vermiş son təxribatlar Ermənistana və onun havadarlarına sübut etdi ki, Türkiyə həmişə Azərbaycana dəstək olacaq:

"Bu təlimlər geosiyasi arenada Türkiyə ilə Azərbaycanın sıx əlaqəsini göstərən mesajdır. Ona görə də dünəndən başlayan hərbi təlimlərdən düşmən tərəfi təşvişə düşüb. Onların narahatlıq keçirməyinin səbəbi Türkiyənin daim bizə dəstəyini nümayiş etdirməsidir. Türkiyə kimi güclü və tarixi kökü olan bir dövlətin bizimlə həmrəy olması ciddi məsələdir. Bu amil Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad olunmasına təsir göstərəcək. Düşünürəm ki, iş birliyimiz ilk növbədə, bizim güclü ordumuzun olmasından xəbər verir. Əgər Türkiyə ordusu ilə ayaqlaşa biliriksə, deməli, ordumuzun təchizatı yüksəkdir və müasir tələblərə cavab verir. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əgər Ermənistan və Azərbaycanı təkbətək qoysalar, Azərbaycan Ordusu qısa vaxta işğalçı qüvvələri darmadağın edib Azərbaycanın ərazi bütövlüyünü bərpa etməyə qadirdir. Yəni bu gün Azərbaycan Ordusu öhdəsinə düşən vəzifələri icra etmək gücündədir. Hazırkı vəziyyətdə Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ordunun inkişafı, təkmilləşməsi baxımından da böyük əhəmiyyət kəsb edir. Bu təlimlərin məqsədi iki dövlətin döyüş bacarığını yüksəltməkdir. Təlim iştirakçılarına uğurlar arzulayıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1407   Tarix: 30 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

G7 ölkələrinin XİN rəhbərləri gələn həftə Əfqanıstanı müzakirə edəcəklər

"G7" ölkələrinin xarici işlər nazirləri gələn həftə Əfqanıstandakı vəziyyəti müzakirə edəcəklər. TASS-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın xarici işlər naziri Toshimitsu Motegi bildirib. "Əfqanıstandakı vəziyyəti müzakirə etmək üçün "G7" gələn həftə xarici işlə

5 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021