Azərbaycanda dərslərin başlaması ilə bağlı qərar nə zaman veriləcək? - AÇIQLAMA

Azərbaycanda dərslərin başlaması ilə bağlı qərar nə zaman veriləcək? - AÇIQLAMAQanunvericiliyə əsasən, Azərbaycanda yeni tədris ilinin başlamasına təxminən ay yarım vaxt qalıb. Amma koronavirus pandemiyasına görə bu sahədə qeyri-müəyyənlik yaranıb. Çünki ölkəmizdə COVID-19-a yoluxma sayı hələ də yüksəkdir, ölkədə xüsusi karantin rejimi tətbiq olunub, bir sıra şəhər və rayonlarda sərt karantin rejimi mövcuddur. Belə bir vəziyyətdə bütün valideynləri bir sual düşündürür: dərslər sentyabrın 15-də başlayacaqmı?

"Report" bununla bağlı araşdırma aparıb, rəsmi qurumların və ekspertlərin fikirlərini öyrənib.

Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov "Report"a bildirib ki, Təhsil Nazirliyi dərslərin nə zaman başlaması ilə bağlı təkliflərini hökumətə təqdim etdikdən və ölkədə epidemioloji vəziyyət təhlil edildikdən sonra yekun qərar veriləcək: "Bu gün üçün tədris ilinin nə zaman başlayacağı ilə bağlı hökumətə heç bir təklif daxil olmayıb".

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Report"un sorğusuna cavab olaraq deyib ki, yeni tədris ilinin dəqiq nə zaman başlayacağı ilə bağlı hələlik heç bir qərar yoxdur: "Hazırda nazirlikdə müzakirələr aparılır və təkliflər hazırlanır. Yekun qərar qəbul olunanda ictimaiyyətə geniş məlumat veriləcək".

Valideynləri narahat edən məqamlardan biri də övladlarının məktəb hazırlığına nə zaman başlamaqla bağlı yaranmış qeyri-müəyyənlikdir. Çünki əksər valideynlər məktəb alış-verişini daha tez edirlər, eləcə də məktəbli formasını dərslərin başlamasına bir ay qalmış alırlar.

Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov isə "Report"a açıqlamasında ölkədəki mövcud durumla əlaqədar yeni məktəbli forması tikmədiklərini deyib: "Anbarda müəyyən miqdarda hazır məktəbli formalarımız mövcuddur. Parçamız da var. Əgər dərslərin başlması barədə qərar olsa, məktəbli formaları tikə bilərik. Ölkədə vəziyyətin necə olacağını və hansı qərarın qəbul ediləcəyini bilmədiyimizdən yeni məktəbli formasını tikib nə edəcəyik? Yəni ehtiyatımız var, amma hamı kimi biz də yekun qərarı gözləyirik".

Təhsil eksperti Kamran Əsədov xatırladıb ki, martın 3-dən ölkədə tədris prosesi dayandırılandan sonra onlayn dərslər keçirilib. Amma ekspert bunun davam etməsini effektiv saymır: "Çünki teledərslərə 150 min müəllimin yalnız 50-60 nəfəri cəlb olunur. Ona görə də yenilik tətbiq edilməli və dərslər həftə ərzində hər gün olmamalıdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, digər siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman sosail məsafə və digər qabaqlayıcı tədbirlərə diqqət yetirmək lazımdır.

Bundan başqa, ölkədə mövcud olan 4 000-dən artıq ümumtəhsil müəssisələrində təhsil alan hər bir şagirdə dövlət büdcəsi hesabına planşetlər verilməli və onlar üçün distant-online təhsilə qoşulmaq üçün bərabər imkanlar yaradılmalıdır. Hesab edirəm ki, dərslər sentyabrın 15-də deyil, 1-dən başlamalıdır. Ay boyunca əvvəlki ilin materialları təkrarlanmalı, yalnız oktyabr ayından yeni sinfin dərslərinin keçirilməsinə başlamaq lazımdır.

Dərs saatları elə müəyyən edilməlidir ki, şagirdlər məktəbdə maksimum 2-2,5 saat olsun. İbtidai siniflər üçün dərs müddəti 25, digər siniflər üçün 30 dəqiqə müəyyən edilməli, yaxın fənnləri birləşdirərək inteqrativ dərslərə üstünlük verilməlidir.

Təklif edərdim ki, məktəblər 3 növbə əsasında fəaliyyət göstərsin. Belə ki, I növbə saat 08:00-dan 10:00-dək ibtidai siniflər, II növbə saat 10:30-dan 13:30-dək V-VIII siniflər, III növbə isə saat 14:00-dan 17:00-dək IX-XI siniflər dərsdə iştirak etməlidirlər. Bütün hallarda sinifdə şagird sıxlığına xüsusi diqqət yetirmək lazımdır. İbtidai siniflərdə şagird sayını 20-dən, digər siniflərdə 15-dən çox olmasına imkan verilməməlidir. Bütün bunlarla yanaşı, zəruri tibbi-sanitar normalar gözlənilməli, məktəblər mütəmadi olaraq dezinfeksiya edilməlidir".

Azərbaycanın baş infeksionisti Cəlal İsayev yeni tədris ilinin başlamasına hələ bir aydan çox vaxtın qaldığını xatırladaraq bildirib ki, indi məktəblərin açılmasından danışmaq çox tezdir: "Hamıya məlumdur ki, bu gün ölkədə virusa yoluxma sayı hələ də yüksək olaraq qalır. Sağalanların sayı çoxalsa da, arxayınlaşmaq olmaz.

Odur ki, payızda məktəblərin açılması çox mürəkkəb məsələdir. Çünki nəinki təhsil müəssisələri, eləcə də iri ticarət mərkəzləri, metro kütləvi toplaşım yeridir. Bu məkanlar da infeksiyanın sürətli yayılması üçün münbit şərait yaradır. Yoluxma sayı kifayət qədər azalmalı və ölkədə epidemioloji vəziyyət stabilləşməlidir ki, məktəblərin açılması məsələsinə baxılsın. Amma bu gün üçün məktəblərin açılması müzakirə mövzusu deyil".

Qeyd edək ki, indiyə qədər ümumtəhsil məktəbində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatırdı.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3641   Tarix: 31 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ətin qiyməti niyə günbəgün ARTIR? - Açıqlama

2024-cü ilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət istehsal olunub. 2023-cü ilin müvafiq dövrünə nisbətən ət istehsalı 1,5 faiz azalıb. Azərbaycanda ətin qiyməti niyə bu qədər bahadır?. Mövzu ilə bağlı bağlı iqtisadçı-eskpert Natiq Cəfərli -a açıqlama verib. İqtisadç

19 aprel
.

Bakıda sürücülər əlbəyaxa davaya çıxdılar - VİDEO

Bakıda sürücülər arasında dava baş verib. xəbər verir ki, hadisə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Sürücülər bir-birinə təpik, yumruq ataraq davanı bir az da gərginləşdiriblər. Verilən məlumata görə, hadisə yol verməmək üstündə baş verib

19 aprel
.

Ərzaqların üzərində niyə Azərbaycan dilində yazı yerləşdirilmir? - Video

Marketlərdə satılan bəzi ərzaq məhsullarının üzərində bir çox hallarda Azərbaycan dilində məlumatlar qeyd olunmur. "Qafqazinfo" xəbər verir ki, mövzu ilə bağlı İTV süjet hazırlayıb. Bildirilib ki, belə olan halda müştərilər aldıqları məhsul haqda zəruri məlumatları dəqiq öyrənə bilmirlər. Dah

20 aprel
.

Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi

"TikTok" sosial platformasında paylaşılan bir video dünya üzrə gündəm olub. xəbər verir ki, sözügedən videoda gənc qadın kostyumlu bir adamı qolundan tutaraq onları alqışlayan qonaqların arasından keçir. İlk baxışda videodakı şəxsin bəy olduğu düşünülür. Ancaq alqışlar dayanan kimi bir nəfə

19 aprel
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19 aprel
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19 aprel
.

Siyavuş Novruzov: "Əgər uşaq evdə dərs oxuyacaqsa, məktəbə niyə gedir?" - VİDEO

"Uşaq məktəbə gəlir ki, burada dərs öyrənsin, oxusun. Bu, evdə oxuyacaqdısa onu niyə məktəbə gətiriblər. xəbər verir ki, bu sözləri deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı deyib. O, bildirib ki, Azərbaycan Konstitusiyasında göstərilib ki, təhsil icbaridir, məcburidir. Adətən birinc

19 aprel
.

Bakıda yaşayış binasında yanğın olub, bir nəfər xəsarət alıb

Bakı şəhərinin Nizami rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 106 kv.m olan beşotaqlı mənzilin mətbəxində bir ədəd qaz sobası, bir ədəd paltaryuyan və bir ədəd qabyuya

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel