"Bizim şərtlər icra olunmazsa, müharibə qaçılmazdır" - RƏY
"Paşinyanın cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi"
Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, dövlət başçısı İlham Əliyevin açıqlamaları çox vacib idi. Çünki Paşinyanın əsassız iddialarına, gülməli ittihamlarına bu formada cavab vermək lazımdır:
"Ermənistan işğalçı dövlətin baş naziri Nikol Paşinyan bu günlərdə Rusiya televiziyasına müsahibə verərkən Azərbaycana qarşı ittihamlar irəli sürdü. Bundan başqa, hökumətin toplantısında mənasız yeddi şərtlə çıxış etdi. Bunların cavabını ümumi şəkildə İlham Əliyev lazımı qədər verdi. Həmin şərtləri rədd etdiyini, iddiaları heç bir formada qəbul etmədiyini, əksinə, Paşinyanın Rusiyadan dəstək gözləməsinin əbəs olduğuna işarə etdi".
E.Şahinoğlunun fikrincə, artıq dövlət başçısı qərarını verib ki, bu cür şəxslə danışıqlar aparmaq faydasızdır: "Belə yeddi şərt irəli sürən, "Dağlıq Qarabağ"ın tanınmasını tələb edən biri ilə danışıqlar aparmaq mənasızdır. Azərbaycan bu danışıqlardan faktiki imtina edib. Gələcəkdə bizim şərtlərimiz daha ağır olacaq və bu şərtlər icra olunmazsa, müharibə qaçılmazdır".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət Baxılıb: 2530 Tarix: 31 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşQırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar
Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin
24 aprelƏrdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"
"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə
23 aprelQırğızıstan Ağdamda məktəb binası inşa edəcək
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden
24 aprelNaxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT + FOTO
Naxçıvan Muxtar Respublikasının (MR) baş naziri vəzifədən azad olunub. APA xəbər verir ki, Naxçıvan Ali Məclisinin qərarı ilə MR-in Baş naziri Səbuhi Məmmədov işdən azad edilib. Ali Məclisin digər qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. Fotoda Ceyhun Cəlilov
25 aprelPrezident: "Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar"
"Bu gün biz bəzi ölkələrdən Azərbaycana qarşı əsassız hücumları görürük. Biz cavab tədbirləri görürük". AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumd
23 aprel