Deputat: "SOCAR bu işin öhdəsindən uğurla gələ bildi"

Deputat: "SOCAR bu işin öhdəsindən uğurla gələ bildi"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin bilik və bacarıqlarının artırılması üçün onlayn təlimlərin, vebinarların keçirilməsini davam etdirir.

"Report"un məlumatına görə, şirkət koronavirus (COVID-19) pandemiyası səbəbindən işçilərini boşdayanmalar zamanı boş qalmamaları üçün təlim və kütləvi vebinarlara cəlb edir.

Şirkətin Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi mart ayından etibarən onlayn dərsləri bu gün də davam etdirir.

Belə ki, bütün dünyada hökm sürən pandemiya dövründə bir çox neft-qaz yataqlarının işləmədiyi bir zamanda SOCAR digər şirkətlərdən fərqli olaraq işçiləri ixtisar etməyib, onları işdən çıxarmır və optimallaşdırma siyasəti həyata keçirmir. Əvəzində SOCAR özünün sosial məsuliyyətini dərk edərək işçilərini onlayn təlimlərə və kütləvi vebinarlara cəlb edib. Bu təlim və vebinarlar isə işçilərin ixtisas artırılması, ixtisas dəyişdirilməsi üçün də bir böyük şans olur.

Bunun üçün isə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin regional təlim mərkəzlərində bütün imkan və şəraitlər yaradılıb. Bu təlim mərkəzlərində də xeyli sayda ən müasir, beynəlxalq standartlara və tələblərə cavab verən simulyator və avadanlıqlar quraşdırılıb.

SOCAR-ın təhsil, tədris və peşə hazırlıqlarından danışan Milli Məclisin üzvü, təhsil üzrə ekspert Etibar Əliyev "Report"a açıqlamasında bildirib ki, dünya təcrübəsində böyük korporasiyalar, eyni zamanda böyük şirkətlər istehsalatla məşğul olmaqla yanaşı, həm də özləri üçün gələcəyə mütəxəssis hazırlayırlar.

Onun sözlərinə görə, bunun da böyük bir tarixi var və həmin o korporasiyalar, şirkətlər özlərinə əvvəlcədən məktəbyaşlı uşaqların tədrisindən tutmuş, ali təhsilə qədər kadr hazırlığı həmin bu şirkətlərin və korporasiyaların inkişafına səbəb olur.

Deputat bildirib ki, burada iki amil mövcuddur: "Birincisi, qeyd etdiyim qurumlar digər ali məktəblərlə, kolleclərlə əlaqə saxlayırlar, orada təhsil alan həmin şirkətin və ya korporasiyanın istiqamətinə uyğun olaraq kadrların hazırlanmasına maraq göstəririlər. Tələbələrin, şagirdlərin təhsil alması üçün vəsaitlər ödəyirlər. İkinci istiqamət isə odur ki, özləri daxili imkanları hesabına məktəblər və kolleclər yaradırlar və özlərinin gələcəkdə şirkətin və korporasiyanın daha rasional inkişafı üçün həmin kadrlardan lazımi şəkildə istifadə edirlər".

E.Əliyev düşünür ki, SOCAR-ın indiki mövqeyi təqdirəlayiq və önəmlidir: "SOCAR-ın nəzdində olan Bakı Ali Neft Məktəbi çox qısa bir müddətdə özünə yer tuta bildi, reytinq cədvəllərində önə çıxdı. Tədris mərkəzlərinin də fəaliyyətlərini izləyirik, proqramlar, demək olar ki, yenidir və müasir tələblərə cavab verir. Bu, onu göstərir ki, şirkət gələcəkdə özü üçün ixtisaslı kadrların axtarılmasında və onların işlə təminatında bir o qədər problemlərlə üzləşməyəcək. Bu, dünya təcrübəsidir və hesab edirəm ki, SOCAR-ın tutduğu mövqe və atdığı addımlar nümunəvi addımlardır və gələcəkdə başqa sahələrdə də mütəxəssis hazırlığında həmin bu mərkəzlər və məktəblər, digər tədrislə məşğul olan qurumlar öz dəstək funksiyasını yerinə yetirəcəklər".

Tədris zamanı təlimlərin və dərslərin onlayn keçirilməsinə münasibət bildirən millət vəkili qeyd edib ki, pandemiya dövrü həm də bütün ölkələrin təhsil sistemlləri üçün imtahan oldu: "Bu imtahan ondan ibarət idi ki, hansı qurumlar, təhsillə məşğul olan mərkəzlər, orta və ali məktəblər məhz informasiya texnologiyaları vasitəsilə tədris prosesini necə həyata keçirirlər. Əlbəttə, SOCAR buna hazır idi və qısa bir zamanda yaranmış boşluğun doldurulması üçün bütün fürsətlərdən istifadə edə bildi".

Deputat düşünür ki, bu cür hallara bütün qurumlar hazır olmalıdırlar: "Çünki təhsildə, tədris prosesində və yaxud da təhsil mərkəzləri təhsilin daima fasiləsizliyini qoruyub saxlamağa çalışmalıdırlar. Hesab edirəm ki, bu istiqamətdə də nümunəvi addımlar atılıb və öyrənmək istəyənlərdə ardıcıl olaraq tədris prosesində fasilə yaranmadı. Bunun özü də vaxta uyğun olaraq tədris görmək istəyənlərin vaxtında tədris prosesini başa vurmaları üçün şərait yaratdı. Düşünürəm ki, bunun özü də bu niyyətdə olan insanlar üçün çox mühüm bir məsələdir. Burada vaxt itkisi olmadı və gələcəkdə də elə etmək lazımdır ki, ənənəvi üsullarla öyrətmə, İKT və onlayn dərslər vasitəsilə üsul öyrətməni tamamlasın. Yalnız belə olan halda biz yüksəksəviyyəli tədrisdən danışa bilərik".

O hesab edir ki, SOCAR-ın təhsillə məşğul olan strukturları bu işin öhdəsindən uğurla gələ bildilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 936   Tarix: 31 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ramzan Kadırovda yeni xəstəlik tapıldı, varisi hazırlanır - İDDİA

Çeçenistan lideri Ramzan Kadırov ağır xəstədir. İndi Kreml ölümü və ya səhhətinə görə əmək qabiliyyətini itirməsi halında onun yerinə kimin keçəcəyini düşünür. -ın xarici mediaya istinadən xəbərinə görə, "Novaya qazeta Europe" məqaləsində deyildiyi kimi, 2019-cu ilin yanvarında həkimlər on

24 aprel
.

Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib

Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda bildirilib ki, "Abad Şəmkir" MMC və Sahibkarlığın İnkişafı Fonduna dəymiş ziyandan 185 min manat ödənilib. Qeyd edili

24 aprel
.

Hadrutdan ürəkaçan görüntülər - Video

İşğaldan azad olunmuş Hadrutda yenidənqurma işləri davam edir. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı görüntülər İTV-də yayımlanıb. Bildirilib ki, burada tikilən hər bir bina xüsusi memarlıq üslubuna görə seçiləcək. Artıq tikililərin layihələndirmə işləri yekunlaşıb. Daha ətraflı süjetdə

24 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

İctimai TV "Kristal Abşeron"- un əyilən binasını müzakirəyə çıxardı - Vəziyyət gərginləşir...

Xəbər verdiyimiz kimi, "Qobu Park-3" yaşayış massivində məcburi köçkünlər üçün tikilən bina əyilib. Qeyd edək ki, kompleksə daxil olan 26-cı binada bərkitmə işləri aparılması ilə bağlı görüntülər də yayımlanıb. Görüntülərdən məlum olur ki, ərazidə iş aparılarkən heç bir təhlükəsizlik qaydaların

24 aprel
.

Kürdəmirdə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Rövşən Babaşov, Saleh Salahov, Elşad Quliyev və Elxan Mahmudov saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətini

24 aprel
.

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin aprelin 24-ü saat 09:00-a olan məlumatına əsasən bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək çaxıb. Bu barədə xidmətdən -a bildirilib. Aprelin 23-də axşam Bakıda və Abşeron yarımadasında qısamüddətli az yağış yağıb. Düşən yağıntını

24 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Vətən müharibəsi qazisi Türkiyədə öldü

Vətən müharibəsi qazisi, Saatlı rayon Fətəlikənd sakini Orxan Qələndər oğlu Mürtəzov Türkiyədə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, əmisi ilə birgə Türkiyə-Rusiya arasında sərnişindaşıma işi ilə məşğul olan 27 yaşlı Orxanın avtomobil qəzasında öldüyü bildirilib. Vətən müharibəsində iştirakın

24 aprel