Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın təxribatlarını qınadı

Azərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın təxribatlarını qınadıAzərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayıb.

Səfirlikdən Sonxeber.az-a verilən məlumatda deyilir: "12 iyul 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ərazisindəki hərbi mövqeləri ələ keçirmək cəhdlərinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən alınıb. Artilleriya atəşi ilə müşayiət olunan 5 günlük intensiv hərbi toqquşmalar nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbçisi, o cümlədən bir neçə zabiti, eyni zamanda Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov həyatını itirib.

Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun - dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir.

Azərbaycan uzun illərdən bəri aparılan danışıqların nəticə verməməsinə, eləcə də Ermənistandan hüquqi, siyasi, hərbi-texniki və iqtisadi üstünlüyünə baxmayaraq, indiyə qədər Ermənistanın təcavüzünün ağır nəticələrini daşımalı olsa da, bu günə qədər sülh prosesinə sadiq qalıb. Sülh prosesində hər zaman substantiv danışıqları əngəlləyən və status-kvonun möhkəmlənməsinə çalışan Ermənistan isə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin tələblərindən yayınmaq məqsədilə bu cür təxribatlar və gərginliklər yaratmaqla sülh prosesini təhlükə altına almağa səy göstərir.

Görünür ki, bu ölkə təqribən 30 ildən bəri davam edən işğalçılıq siyasəti qarşılığında beynəlxalq birlik tərəfindən təzyiq görmədiyi üçün qonşu Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşməkdən də çəkinmir.

Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə törətdiyi zorakılıq aktları və bunun ardınca özünün səbəb olduğu eskalasiya ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi iclasını çağırmaq cəhdi sübut edir ki, o, hərbi müttəfiqlərini də Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Amma Ermənistan bu niyyətinə çata bilməyib.

Azərbaycan bundan sonra da BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək, öz ərazisi və əhalisini istənilən təcavüz aktından qorumaq üçün lazım olan bütün tədbirləri görəcəkdir.

Birmənalı olaraq Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına zidd şəkildə işğal altında saxlanmasının nəticəsi olan yeni gərginliklə bağlı artan təzyiqdən xilas olmaq və əvvəllər olduğu kimi danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan indi də Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyalarını təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Onlarla cinayətkar həbs olunub.

Öz zorakılıq aksiyalarını pisləmək əvəzinə rəsmi erməni tərəfi və erməni diaspor təşkilatları bugünlərdə Almaniyadakı və digər müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının guya zorakılıq fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Bu iddialar yalandır və onları qətiyyətlə rədd edirik!

Cinayətkar əməllər müvafiq ədliyyə orqanları tərəfindən araşdırılmalıdır. Müəyyən hadisələrlə bağlı hüquqi mühakimə olmadan kimisə günahlandırmağın adı böhtandır.

Biz öz tərəfimizdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi, Almaniyada yaşayan bütün azərbaycanlıları rasional davranmağa, təxribata imkan verməməyə və ədalət naminə mübarizəni yalnız qanun çərçivəsində davam etdirməyə çağırırıq!".

Mətbuat relizi Almaniyanın aşağıdakı xəbər portallarında alman dilində dərc olunub:

https://pressemitteilungen.sueddeutsche.de/botschaft-der-republik-aserbaidschan-4667548

https://www.tagesspiegel.de/advertorials/ots/botschaft-der-republik-aserbaidschan-die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland/26056420.html

https://www.presseportal.de/pm/105475/4667548

https://www.aachener-nachrichten.de/advertorials/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529481

https://your-first-way.com/2020/07/31/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland/

https://www.volksfreund.de/pr/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529469

https://www.saarbruecker-zeitung.de/pr/presseportal/die-botschaft-der-republik-aserbaidschan-verurteilt-die-armenischen-angriffe-auf-aserbaidschanisches-staatsgebiet-und-provokationen-im-ausland_aid-52529499


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1518   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ-dən sülhməramlıların Qarabağı tərk etməsinə REAKSİYA

ABŞ Dövlət Departamenti Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağ bölgəsini tərk etməsinə münasibət bildirib. "Qafqazinfo" "a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel danışıb. Onun sözlərinə görə, AB

18 aprel
.

""Döyüş Qardaşlığı" təşkilatı bir başa Paşinyana dəstək verir" - Ekspert

Ermənistanın "Döyüş Qardaşlığı" təşkilatının 5 üzvü saxlanılıb.Bu barədə təşkilatın Teleqram kanalı məlumat yayıb. Məlumatda bildirilib ki, təşkilatın üzvləri Masis Şiroyan, Arman Petrosyan, Qor Asatryan, Henrik Mkrtçyan, Aramais Ağabekyan Noyemberyan polis bölməsinə gətirilib. "Hökumə

22 aprel
.

Prezidentin köməkçisindən sülhməramlılarla bağlı AÇIQLAMA

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə danışıb. xəbər verir ki, H. Hacıyev məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırıb. - Mediad

17 aprel
.

Azərbaycan XİN Fransaya xəbərdarlıq edib: Rəsmi Bakı bütün zəruri tədbirləri görəcək

Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur. xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə bildirib

17 aprel
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

23 aprel
.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Azərbaycan Prezidenti: "İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var"

"Biz məsələnin həllinə (sülh sazişinin imzalanmasına – red.) heç vaxt olmadığı qədər yaxınıq. Biz işğal zamanı buna heç vaxt yaxın olmamışıq. Həmin vaxt biz baza prinsipləri üzərində belə razılığa gələ bilmirdik". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev apreli

23 aprel
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel