Prezidentin köməkçisi: "Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı"

Prezidentin köməkçisi: "Ermənistanın təxribatı onun üçün tam məğlubiyyətlə başa çatdı"Rusiyanın "Nasionalnaya oborona" jurnalının avqust buraxılışında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat barədə müsahibəsi dərc olunub.

"Report" müsahibəni təqdim edir:

- Azərbaycan-Ermənistan sərhədində döyüşlərə gətirib çıxarmış səbəblər hansılardır?

- Bu yaxınlarda Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində yaranmış gərginlik erməni təxribatının nəticəsi idi. Rəsmi Yerevan bu hərbi avantüranı törətməkdə bir sıra məqsədlər güdürdü. Onları şərti olaraq daxili və xarici məqsədlərə bölmək olar.

Daxili məqsədlər Ermənistanda ağır siyasi və sosial-iqtisadi durum, COVID-19-la bağlı acınacaqlı şərait fonunda vəziyyətin gərginləşməsi ilə bağlıdır. Məlum olduğu kimi, 2018-ci ildə Paşinyan erməni xalqına verdiyi populist vədlər dalğasında hakimiyyətə gəldi. Lakin zaman göstərdi ki, onun hökuməti həmin vədləri reallaşdırmaq, ölkədə həyatı yaxşılığa doğru dəyişmək iqtidarında deyil. COVID-19-la bağlı vəziyyət Ermənistan hökumətinin səmərəsizliyini əyani şəkildə nümayiş etdirdi. Buna görə də Paşinyan hökuməti güclənən etirazlar fonunda əhalinin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.

Xarici səbəblər arasında Azərbaycanın beynəlxalq arenada çox böyük uğurlarını qeyd etmək lazımdır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi baxımından bizim beynəlxalq mövqelərimizin güclənməsi Ermənistanda həsəd doğurur. Pozucu siyasət yürüdən və Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan bu fonda Ermənistan ilə Azərbaycan arasında yeni, lakin bu dəfə Azərbaycan-Ermənistan dövlət sərhədində gərginlik ocağı yaratmaq yolu ilə beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağda və işğal edilmiş digər ərazilərdə vəziyyətdən yayındırmağa çalışır. Rəsmi Yerevan bu cür təxribatlarla belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycan Ermənistanın ərazisinə hücumlar edir, beləliklə, Ermənistan özünün üzv olduğu hərbi-siyasi təşkilatları Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır. Bundan əlavə, Ermənistanın məqsədlərindən biri də ixrac neft-qaz kəmərləri, Şərq-Qərb nəqliyyat dəhlizi kimi beynəlxalq əhəmiyyətli strateji layihələrə təhlükə yaratmaq idi. İnamla deyə bilərik ki, Ermənistan qarşısına qoyduğu məqsədlərə çatmadı və onun təxribatı tam məğlubiyyətə uğradı.

- Vəziyyət lap əvvəldən necə inkişaf edib, kim birinci atəş açıb? Azərbaycan tərəfi necə hərəkət edib?

- Döyüş əməliyyatlarını birinci olaraq Ermənistan silahlı qüvvələri başlayıb. Onlar iyulun 12-də artilleriyanı cəlb etməklə Azərbaycan Ordusunun mövqelərinə zərbə endiriblər. Bu hücum cavab atəşi ilə dəf edilib. Lakin əvvəllər olduğu kimi, Ermənistan bu təxribata görə də məsuliyyəti Azərbaycanın üzərinə atmağa atıb, əsassız, hətta gülünc dəlillər gətirib. Ermənistan tərəfi iddia edir ki, guya Azərbaycanın iki hərbi qulluqçusu UAZ avtomaşınında Ermənistan ilə sərhəddə hərbi təxribat törətməyə çalışıb. Əlbəttə ki, bu, absurddur və heç bir məntiqə uyğun gəlmir. Hansı müasir ordu silahlı düşmənə zirehsiz nəqliyyat vasitələrindən istifadə etməklə hücum edər?


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1649   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

28 mart
.

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. Mehriban Əliyevanın rəsmi "Instagram" hesabındakı paylaşımda deyilir:. "Əziz həmvətənlər!. Novruz bayramı münasibətilə sizi səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, sevinc

20 mart
.

Ödənişli yollara görə ödənilən vəsaitin bölgüsü qaydası hazırlanacaq - FƏRMAN

Avtomobil yollarından istifadəyə görə ödənilən vəsaitin bölgüsü və ondan istifadənin hüquqi əsasları yaradılıb. APA xəbər verir ki, bu, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı "Avtomobil yolları haqqında" qanuna dəyişiklikdə əksini tapıb. Beləliklə, Nazirlər Kabinetini

28 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Prezident: "Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram"

"Dördüncü dəfədir ki, mən bayram tonqalını azad edilmiş Qarabağ torpağında qalayıram. 2021-ci ildə Şuşada, 2022-ci ildə Suqovuşanda, keçən il Talış kəndində, bu dəfə isə Xankəndi şəhərində bayram tonqalı qalanır". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Novruz bayramı münasibətil

18 mart
.

Ərdoğan İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi Novruz bayramı münasibətilə təbrik edib. "Report"un məlumatına görə təbrikdə deyilir:. "Hər il təbiətin canlanmasını qeyd etdiyimiz və torpağın oyanışının rəmzi olan Novruz bayramı münasibətilə Zati-alinizə v

22 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Blinkendən Novruzla bağlı PAYLAŞIM

Baharın gəlişini və yeni başlanğıcları bildirən Novruz bayramınız mübarək. xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken "X" hesabında paylaşım edib. "Ailə bağları və daha parlaq bir gələcək üçün bu dəyərlərə sadiq qalaq", - deyə paylaşımda vurğulanıb

20 mart
.

Prezidentin köməkçisi: Azərbaycan Çini yaxşı dost və tərəfdaş kimi görür

Biz Çinlə strateji əməkdaşlığımızı və tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Çinin "Global Times" qəzetinə müsahibəsində deyib. O vurğulayı

26 mart