"Ordumuz düşmən müdafiəsinin dərinliyindəki hərbi obyektlərə zərbə endirmək iqtidarındadır" - RƏSMİ

"Ordumuz düşmən müdafiəsinin dərinliyindəki hərbi obyektlərə zərbə endirmək iqtidarındadır" - RƏSMİ"Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır və ehtiyac olduqda bunu edəcək".

Bu sözlər Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda yer alıb.

Bildirilib ki, Azərbaycan Ordusunun minaatan, raket və artilleriya zərbələri nəticəsində guya Ermənistanın mülki infrastrukturuna $300.000 dəyərində ziyan vurulması ilə bağlı yayılan məlumat sərhədyanı yaşayış məntəqələrində yerləşən köhnəlmiş və texnogen qəzalar nəticəsində sıradan çıxmış fərdi yaşayış binalarının, uşaq bağçalarının, su və qaz borularının, zavodların, müəssisələrin, bir sözlə illərlə baxımsızlıq səbəbindən onsuz da qəzalı vəziyyətdə olan, yaxud xarabalığa çevrilən obyektləri təmir etməyə gücü və imkanı çatmayan Ermənistan hökumətinin bütün günahı Azərbaycan tərəfinin üzərinə yıxmaq cəhdindən başqa bir şey deyildir:

"Müəyyən bir ziddiyyət yaranır. Dövlət sərhədinin Tovuz istiqamətində iyul döyüşləri zamanı Ermənistan müdafiə nazirliyi dəfələrlə bəyan etdi ki, hərbi əməliyyatlar zamanı erməni tərəfi "layiqincə" müdafiə olunub, əhəmiyyətli dərəcədə itki verməyib, Ermənistanın yaşayış məntəqələrinə və infrastrukturuna vurula biləcək mümkün dağıntıların qarşısını alıb. Lakin heç iki həftə belə keçməmiş Ermənistan İstintaq Komitəsinin sədri Qayk Qriqoryan Tavuş vilayətinə vurulan "miqyaslı ziyan" barədə həyəcan təbili çalmağa başladı. Göründüyü kimi, Ermənistanın bir rəsmi dövlət nümayəndəsinin açıqlaması digər dövlət rəsmisinin açıqlamasına tamamilə ziddir. Bu da onu göstərir ki, Ermənistan tərəfinin yaydığı hətta rəsmi məlumatlar belə sırf yalan və böhtan üzərində qurulur.

Bir daha bəyan edirik ki, düşməndən fərqli olaraq Azərbaycan Ordusunun bölmələri mülki vətəndaşları, yaşayış məntəqələrini, yaşayış binalarını və mülki obyektləri heç vaxt hədəfə almır və heç vaxt atəşə tutmur. Azərbaycanın hərbi qulluqçuları heç vaxt mülki əhali ilə savaşmır. Ermənistan tərəfinin bütün iddiaları və ittihamları tam əsassızdır. Bütün bunlar Ermənistanın beynəlxalq ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətini özünə cəlb etmək məqsədilə etdiyi uğursuz cəhddir.

O ki, qaldı Ermənistan-Azərbaycan dövlət sərhədində baş vermiş döyüşlər zamanı Azərbaycan tərəfinin guya TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərindən istifadə olunması ilə bağlı Ermənistanın İstintaq Komitəsinin əsassız iddialarına, birmənalı şəkildə qeyd etməliyik ki, bu döyüşlərdə Azərbaycan Ordusu qeyd olunan silah növlərindən istifadə etməyib. Bu silahlardan və digər daha müasir silah növlərindən Azərbaycan Ordusu yalnız düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi təyinatlı obyektlərin, hərbi infrastrukturun, həmçinin böyük ərazilərdə olan canlı hərbi qüvvəsinin dəqiq atəşlə məhv edilməsi üçün istifadə etməyi nəzərdə tutub.

Lakin bilindiyi kimi bu cür obyektlər tərəfimizdən hələlik hədəfə alınmayıb və məhv edilməyib. Əgər erməni tərəfinin iddia etdiyi kimi, Azərbaycan Ordusu adı çəkilən silahlardan istifadə etsəydi, o zaman dağıntıların və dəyən ziyanın miqyası dəfələrlə artıq olardı. Əksinə, bu döyüşlər zamanı düşmən tərəfindən bölmələrimizin mövqeləri ilə yanaşı, yaşayış məntəqələrimiz və mülki obyektlərin də intensiv artilleriya atəşinə tutulması nəticəsində iyulun 14-də Tovuz rayonunun Ağdam kəndinin dinc sakini 76 yaşlı Əziz Əzizov həlak olub. Bununla yanaşı, mülki əhaliyə, dövlət əmlakı, fərdi mülklərə, eləcə də infrastruktur obyektlərinə ziyan dəyib. Hazırda dəymiş zərərin həcmi və dəyəri qiymətləndirilir.

Azərbaycan Ordusunun bölmələri yalnız düşmənin tətbiq etdiyi silah və döyüş vasitələrinin gücü və dağıdıcı imkanlarına uyğun müvafiq adekvat cavab tədbirləri görüb. Əgər Ermənistan tərəfində TOS-1 ağır odsaçan və "Qrad" yaylım atəşli reaktiv sistemlərinin tərəfimizdən tətbiq edilməsi barədə hər hansı bir sübut varsa, onu təqdim etsin.

Bu xəbəri qəti surətdə rədd edir, yayılan məlumatın növbəti yalan olduğunu bildiririk. Ermənistan bu cür dezinformasiya xarakterli məlumatlar yaymaqla hər zaman olduğu kimi bu dəfə də beynəlxalq ictimaiyyəti aldatmağa çalışır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1961   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Vətəndaş cəmiyyətində nə iqtidar, nə də müxalifət olmur" - AÇIQLAMA

İstiqamət: vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu. "Vətəndaş cəmiyyəti" ifadəsi 18-ci əsrdə yaranıb. "Vətəndaş cəmiyyəti" deyəndə Azərbaycanda tək QHT-lər başa düşülür. Vətəndaş cəmiyyəti həm özəl, həm də dövlət strukturundan kənarda olan, əsas da insan hüquq və azadlıqların

3 sentyabr 2021
.

Parlamentdə Paşinyanın təhlükəsizliyini təmin etmək üçün qəribə addım atıldı - FOTO

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın təhlükəsizliyinin təmin olunması üçün iclas zalındakı su şüşələri yığışdırılıb. Bu barədə erməni KİV məlumat yayıb. Belə ki, bir neçə gün öncə ölkənin qanunverici orqanında hakim və müxalif partiya nümayəndələri arasında baş verən kütləvi davalard

15 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021