Boom Overture - Supersonik təyyarələrin qayıdışı - FOTO

Boom Overture - Supersonik təyyarələrin qayıdışı - FOTOSupersonik, yəni səsdən sürətli təyyarələr hər zaman insanların xəyallarında xüsusi yerə sahib olublar. Concorde 70-ci illərdən 2003-cü ilə qədər minlərlə adamın xəyalını reallaşdırıb və onları səsdən 2 dəfə çox sürətlə uçurub. Lakin 17 ildir ki, göyə heç bir supersonik təyyarə qalxmır. Concorde-un uçuşlarına son verilməsinə bir çox səbəb olmuşdu ki, bunların ən əsasları əməliyyat xərclərinin həddən artıq yüksək olması, istehsalı çoxdan dayandığı üçün ehtiyat hissə problemi və 2000-ci ildəki o məşhur qəza idi.

Sonxeber.az autograph.az-a istinadən bildirir ki, bu sektordakı boşluğu görən 2014-cü ildə yaradılmış Boom Technology şirkəti supersonik təyyarələr üzərində çoxdandır işləyir. Şirkətin Boom Overture layihəsi hamı tərəfindən maraqla gözlənilir. Bu yazımızda sizi 2025-2027-ci illərdə uçuşlara başlaması planlaşdırılan təyyarə ilə tanış etmək istəyirik.

Boom Overture 2300 km/saat (2.2 Mach) sürətə, 8300 km mənzilə, 55 sərnişin tutumuna malik olacaqdır. İndidən onun hər gün təxminən 500 istiqamətdə uçacağı proqnozlaşdırılır və 2017-ci ilə qədər 76 sifariş (bu sifarişlərin hamısı rəsmiləşməyib) aldığı bildirilir.

Təyyarə Concorde-un əfsanəvi delta qanad formasına sahib olacaq, lakin ondan fərqli olaraq, tamamilə kompozit materiallardan hazırlanacaq ki, bu da çəkini əhəmiyyətli dərəcədə aşağı salacaqdır. Ölçülərinin isə Concorde-nun 3/4-ü qədər olması planlaşdırılıb.

Təyyarə yüksək sürətinin köməyi ilə Nyu-Yorkdan Londona 3 saat 15 dəqiqəyə uçacaqdır. Maksimal uçuş məsafəsinin 8300 km olması transpasifik uçuşlarda yanacaq bərpası ehtiyacını yaradır. Bununla belə, San-Fransisko ilə Tokio arasındakı məsafəni 5 saat 30 dəqiqəyə, Los-Anceles ilə Sidney arasındakı məsafəni isə 6 saat 45 dəqiqəyə qət edə biləcəkdir.

London - Nyu-York reysi üçün bir biletin qiymətinin təxminən 5000 dollar olacağı gözlənilir ki, bu da Concorde-un o vaxt təyin etdiyi qiymətin indiki dəyərindən 4 dəfə aşağıdır. Standart 55 sərnişin oturacağı olsa da, şirkətlər biznes sinfi də sifariş edə bilərlər. Lakin Overture üçün nəzərdə tutulan standart oturacaqlar da xeyli komfortludur - onlar 190 sm uzunluğunda yatağa çevrilə bilirlər. Xeyli böyük pəncərələr isə sərnişinlərə əvəzsiz uçuş həzzi yaşatmalıdır.

Şirkət Overture-un qiymətini 200 milyon dollar təyin edib. Növbəti 10 ildə bu təyyarədən 1000-2000 arası sifariş qəbulu gözlənildiyindən, şirkət illik 100 təyyarə istehsalını hədəfləyib və bu rəqəmi daha da çoxaltmağı istisna etmir.

Yuxarıda qeyd etdiyimiz 76 sifarişdən 25-i rəsmidir. Belə ki, Virgin Groups-un rəhbəri Riçard Branson 2016-cı ildə 10 təyyarəlik sifariş verdiklərini və proqramın inkişafına dəstək olacaqlarını rəsmən elan edib. Başqa bir adı çəkilməyən Avropa şirkəti isə 15 ədəd Overture sifariş edib. İki müqavilənin ümumi məbləği 5 milyard dollardır. Japan Airlines-ın da Boom-dan Overture istədiyi bildirilir.

Təyyarə əvvəl daha balaca düşünülsə də, sonra 47 metrə qədər uzatmağı qərara alıblar. Lakin bu da son olmayıb və nəhayət, Overture-ın 52 metr uzunluğunda olacağına qərar veriblər. 2017-ci ildə onun təqdimatı 2023-cü ilə təyin olunsa da, bir il sonra 2025-ci ilə təxirə salınıb.

Boom şirkəti Overture proqramının inkişaf etdirilməsində XB-1 prototipindən istifadə edəcək. Bir neçə gün əvvəl prototipin 7 oktyabrda təqdim ediləcəyi açıqlanıb. Prototip eyni dizayna malik olsa da, Overture-dan təxminən 3 dəfə balacadır. Uzunluğu 21 metr, qanadların uc nöqtələri arasındakı məsafə isə cəmi 5.2 metrdir. XB-1 testlərə 2021-ci ilin əvvəllərində başlayacaq.

Boom Overture təqdim edildiyində bütün digər sərnişin təyyarələrindən 2 dəfə sürətli olacaq. Aviasiya həvəskarlarının 2003-cü ildə sönmüş ümidləri bir neçə il sonra reallığa çevriləcək...

Texniki göstəriciləri:

Uzunluğu: 52 m

Qanadların kənar nöqtələri arasındakı məsafə: 18 m

Maksimum qalxış ağırlığı: 77 111 kq

Mühərrik: 3 ədəd medium-baypass sonradanyanma olmayan (Concorde-un əksinə) mühərrik (Hansı firmaya aid olacağı hələ dəqiqləşməyib)

Maksimum sürəti: 2.2 Mach

Maksimum uçuş məsafəsi: 8300 km


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1784   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Alimlər 150 dəqiqə ərzində sintetik almaz yaratdılar

Ulsan Milli Elm və Texnologiya İnstitutunun cənubi koreyalı alimləri sintetik almazların sürətlə istehsalı üçün yeni üsul hazırlayıblar, bu da cəmi 150 dəqiqə ərzində kristal əldə etməyə imkan verir. APA xəbər verir ki, bu barədə tədqiqat "Nature" elmi jurnalında dərc olunub. Təbiətdə almazla

25 aprel
.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinci evlilikləri

21 aprel
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20 aprel
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20 aprel
.

ABŞ "TikTok"u qadağan etməyə hazırlaşır

ABŞ Konqresinin Nümayəndələr Palatası ABŞ-də "TikTok" sosial şəbəkəsinin tamamilə qadağan edilməsi ilə bağlı qanun layihəsini təsdiqləyib. Konqresmenlər tərəfindən təsdiqlənən sənəd artıq Senata göndərilib. Növbəti həftə Senatın "TikTok"un qadağası ilə bağlı hazırlanan qanun layihəsin

21 aprel
.

Milçəklərdən təbii yolla əbədi xilas olmağın yolu açıqlandı

Yaya az qalıb, onunla birlikdə milçəklər və ağcaqanadların mövsümü də gəlir. Britaniyalı alimlər bu çağırılmamış qonaqları qısa müddətdə qurtulmaq üçün təbii üsul fikirləşiblər və nəticənin möhtəşəm olduğunu bildiriblər. Bunun üçün sirkə, zeytun yağı və şampunun bərabər nisbətdə qarışdırılması ilə "kokteyl"

21 aprel
.

Bakıda 131 yaşlı tarixi bina qəzalı vəziyyətdədir - VİDEO

Bakı şəhər Xətai rayonunda yerləşən 131 yaşlı bina qəzalı vəziyyətdədir. Həmin bina Nobel qardaşları tərəfindən 1893-cü ildə neftçilər üçün inşa edilib. Hazırda isə binanın qəzalı vəziyyətdə olması orada yaşayan sakinlərə çətinlik törədir.( )

14 aprel
.

"Vaxtımız azdır, qlobal istiləşmənin qarşısını almaqdan ötrü..." - Maskdan HƏYƏCAN TƏBİLİ

"Bəşəriyyətin dayanıqlı enerjiyə keçməsi üçün çox da vaxtı qalmayıb". Bunu ABŞ-li milyarder və sahibkar İlon Mask "X" sosial şəbəkəsində bildirib. O, bəşəriyyətin qlobal istiləşmənin ciddi nəticələrinin qarşısını almaqdan ötrü tədbirlər görmək üçün cəmi bir neçə ilinin qaldığını söyləyib

14 aprel
.

Mask: "Ukrayna münaqişəsindən çıxış yolu yoxdur"

ABŞ-li iş adamı İlon Mask bildirib ki, Ukrayna münaqişəsindən çıxış yolu yoxdur. xəbər verir ki, o, bu narahatlığını ABŞ Konqresinin Nümayəndələr Palatasının Ukraynaya təxminən 61 milyard dollar ayırması ilə bağlı qanun layihəsinin qəbulu fonunda bildirib. "Mənim ən böyük narahatlığım ondan ibarətdi

21 aprel