Bakıda mobil postların sayı artırılır - VİDEO

Bakıda mobil postların sayı artırılır - VİDEOKarantin rejimi qaydalarına nəzarət məqsədi ilə şəhər ərazisində mobil postlarda yoxlamalar davam edir. Reydlər zamanı həm sürücülər, həm də küçələrdə insanların karantin qaydalarına riayət etmələrinə polis əməkdaşları ciddi nəzarət edirlər. İcazəsiz çıxan sürücü və sərnişinlər cərimə olunur.

Sonxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, mobil postlar paytaxtın müxtəlif küçələrində qurulur və bütün nəqliyyat vasitələrinin sürücü və sərnişinləri yoxlanır.

İstər piyadaların, istərsə də sürücülərin hər birinin icazəsinə elektron sistem vasitəsilə nəzarət olunur. Ötən həftələrdən fərqli olaraq postlar daim eyni yerdə təşkil edilmir. Mütəmadi olaraq polis postlarının yerləri dəyişdirilir. Postlar həm əsas prospektlərdə, həm də ikinci dərəcəli yollarda qurulur. Bura paytaxtın Xətai rayonu Afyəddin Cəlilov küçəsidir. Yoxlama prosesi sürətlə aparıldığından yollarda tıxaca səbəb olmur.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları yoxlama zamanı aşkar etdilər ki, xüsusi icazəsi olan və 8103-ə sms yazıb çıxan şəxslər çoxluq təşkil edir. Amma icazəsiz küçələrə çıxan sürücü və sərnişinlərə də rast gəlindi.

Yol polisi həmin şəxsi inzibati qaydada 200 manat məbləğində cərimə etdi. Cərimənin yazılmasına etiraz edənlər avtomobillə ərazidən uzaqlaşmaq istəsələr də polis onları saxladıb protakolu təqdim etdikdən sonra hərəkətlərinə icazə verildi.

Bu sürücünün isə sms icazəsi var. Amma onun yanında olan sərnişin ər arvadın icazəsi olmadığından polis onları da cərimə elədi.

Polis qadına da kişiyə inzibati qaydada 200 manat məbləğində cərimə yazdı. Bayram günləri olmasına baxmayaraq rayon polis idarələrinin və çevik polis alayının əməkdaşları şəhər ərazisində piyadalara qarşı da nəzarəti artırıblar. Hər addımbaşı rast gəlinən şəxslər saxlanır, sürətli şəkildə onların icazələrinin olub-olmaması yoxlanır.

Piyadalar yoxlanarkən icazəsiz küçəyə çıxana rast gəlinmədi. Görünən odur ki, piyadalar, avtomobillə hərəkət edənlərdən daha məsuliyyətlidirlər. Bu səbəbdən də Bakı Şəhər Dövlət Yol Polis əməkdaşları həftənin birinci günündən etibarən paytaxtın bütün ərazilərində mobil postların sayını artırmağı planlaşdırırlar. Təbii ki, bütün bunlar əhalinin təhlükəsizliyini və sağlamlığını təmin etmək üçün nəzərdə tutulub.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7149   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda mənzildə qadın meyiti aşkarlanıb

Bakıda qadının mənzildə meyiti aşkarlanıb. APA xəbər verir ki, Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayan, 1954-cü il təvəllüdlü Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə aşkarlanıb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə ŞAD XƏBƏR - VİDEO

"Zəngilanda çox böyük işlər görülür, yaşayış evlərinin tikintisi həyata keçirilir. Artıq 13 binadan ibarət kompleks inşa edilir". Bizim.Media xəbər verir ki, bu barədə Laçında keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" beynəlxalq forumda iştirak edən Cəbrayıl, Qubadlı və Zəngila

24 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi

Şirvan Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə Cəbrayil Məmmədovun (şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti məhkəmə iclası başa çatıb. xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə qərar elan olunub. Qərara əsasən, protes

25 aprel
.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel