Yayda avtomobillər niyə yanır? - Ustalar səbəbləri açıqlayır - VİDEO

Yayda avtomobillər niyə yanır? - Ustalar səbəbləri açıqlayır - VİDEOSon bir həftə ərzində Bakıda və rayonlarda təxminən 6-7 avtomobil yanıb. Bu hadisələr zamanı xəsarət alan olmasa da avtomobillərə külli miqdarda zərər dəyib. Belə hadislərə xüsusən də yay aylarında tez-tez rast gəlinir. Buna səbəb nədir? Avtomobilə vaxtında edilməyən texniki xidmət, yoxsa isti hava? Ustalar sürücülərə bu məsələdə vacib tövsiyyələr veriblər.

Hərəkətdə olan avtomobil qəfildən alışıb.

Sonxeber.az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə bir neçə gün əvvəl paytaxtın Babək prospektində ''Vaz-2107'' markalı avtomobilin mühərrik hissəsində baş verib. Yanğın yaxınlıqda olan insanların köməyi ilə söndürülüb.

Bənzər hadisə bu həftə Abşeron rayonu Masazır qəsəbəsində də olub. Bu hadisədə də minik avtomobili anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub. Minik avtomobilinin yük yeri və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Gecə paytaxtın Səbail rayonunda səkiyə çırpılan avtomobil alışaraq yanıb. Qusarda da minik avtomobilinin salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Qeyd etdiyimiz yanğınlar bir həftə ərzində baş verib. Son günlər havaların isti olması ilə baş verən bu hadisələrin əlaqəsi varmı? Hərəkətdə olan avtomobil hansı səbəbdən yana bilər? Ustalar deyirlər ki, yanmanın əsas səbəbi avtomobilin yanacaq sistemindən mühərrikə gedən borulardakı nasazlıqdan yarana bilər.

Usta Sahil Ağabəyov deyir ki,xüsusən də istehsal ili köhnə olan avtomobillərin yay aylarında yanacaq çəninə gedən borularda quruma baş verir. Nəticədə avtomobilin alışma riski yaranır. Yeni avtomobillərdə isə bu, çox nadir hallarda baş verir. İstehsal ili 5 ildən çox olmayan avtomobillərdə baş verən yanma hallarına isə adətən əlavə avadanlıqlara görə rast gəlinir.

Buna görə də sürücülər avtomobildə yaranan xırda nasazlığa həssas yanaşsalar yaxşıdır. Əks halda bu, avtomobil sahibinə baha başa gələ bilər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3324   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Biləsuvarda kişi çalışdığı mağazada ölüb

Biləsuvarda kişi çalışdığı mağazada ölüb. APA xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Bəybala Yaqubov tikinti mağazasında işlədiyi vaxt qəfil halı pisləşərək ölüb. Faktla bağlı araşdırma aparılır

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

25 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub

AMEA-da yeni şöbələr yaradılıb, kadr təyinatları olub. Bu barədə AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul edilib. Belə ki, AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Biblioqrafiya şöbəsinin bazasında daxili imkanlar hesabına Biblioqrafik resursların yaradılması şöbəsi və Biblioqrafik və elektron informasiy

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24 aprel
.

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb

Bərdədə qaçırılan 23 yaşlı qız tapılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib ki, keçirilmiş tədbirlər nəticəsində Bərdə rayonunda qaçırılan 2001-ci il təvəllüdlü qız polis əməkdaşları tərəfindən tapılaraq ailə üzvlərinə təhvil verilib. Hazırda faktla bağl

24 aprel