Azərbaycan Uşaq Qaynar Xətti xidmətinə bu qədər zəng daxil olub

Azərbaycan Uşaq Qaynar Xətti xidmətinə bu qədər zəng daxil olubAzərbaycan Uşaq Qaynar Xətti xidmətinə iyun ayında daxil olan zənglərin sayı açıqlanıb.

Sonxeber.az TED.az-a istinadən xəbər verir ki, "Azercell Telekom" MMC-nin dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Qaynar Xətt (AUQX) xidməti pandemiya dövründə də gərgin işini davam etdirir. Bu ilin iyun ayında AUQX xidmətinə 555 zəng daxil olub.

Müraciətlərin əksəriyyəti təhsil sahəsi (273 zəng) ilə əlaqəli olub. Müraciət edənlərin 90-ı hüquqi, 65-i psixoloji məsələlərlə maraqlanıblar. Ümumilikdə, 36 müraciət səhiyyə, 35 sosial mövzular üzrə, 56 müraciət isə digər məsələlərlə əlaqəli olub. Zəng edənlərin 446-sı onları narahat edən məsələ ilə bağlı ilk dəfə olaraq Azərbaycan Uşaq Qaynar Xətt xidmətinə müraciət ediblər. Toplam müraciətlərin yalnız 109-u təkrarən daxil olub.
İyun ayında xidmətə müraciətlərin təxminən yarısı oğlanlar (280), yerdə qalanları qızlar (275 nəfər) tərəfindən olub. Yaş kateqoriyası üzrə bölgüyə görə zənglərin 452-si 18 yaşdan yuxarı, 103 zəng isə 18 yaşdan aşağı şəxslər tərəfindən daxil olub. Zənglərin əksəriyyəti, daha dəqiq desək, 338-i Azərbaycan Uşaq Qaynar Xətt xidmətinin mobil nömrəsi, 182-si isə şəhər telefonu vasitəsilə daxil olub. Telefon zənglərindən əlavə, 35 müraciət SMS vasitəsilə qəbul edilib.

Mərkəz əməkdaşları qaynar xəttə daxil olan müraciətlərlə əlaqədar mütəmadi olaraq ailələr və onların uşaqları ilə görüşlər təşkil edirlər. İyun ayı ərzində 29 belə görüş keçirilib, 2 ailə Qaynar Xəttin əməkdaşları tərəfindən ziyarət edilib. Daxil olan müraciətlərlə bağlı aidiyyəti olan orqanlara 11 məktub göndərilib.

Qeyd edək ki, Azərbaycan Uşaq Qaynar Xətt xidməti 2010-cu ilin əvvəlində yaradılıb. Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan və ilk gündən "Azercell Telekom" MMC-nin dəstəyilə fəaliyyət göstərən bu qurum uşaq və yeniyetmələrə, eləcə də onların problemi ilə əlaqədar hər bir şəxsə sosial, psixoloji və hüquqi yardım edir. Bu illər ərzində xidmət mərkəzi uşaqların etimadını qazana bilib. Təkcə 2020-ci ilin yanvar - iyun ayları ərzində AUQX-nə 3174 müraciət daxil olub və onların heç biri diqqətdən kənarda qalmayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2829   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28 mart
.

Qaraciyəri qardaşına köçürülən Nərmin: "Səhhətimdə problemlər var, müalicə alıram" - VİDEO

Müğənni Nərmin Kərimbəyova səhhətindən danışıb. xəbər verir ki, "Xəbərin var?" proqramına qonaq olan ifaçı qaraciyərinin bir hissəsi qardaşına köçürüldükdən sonra mütəmadi olaraq müalicə olunduğunu etiraf edib:. "Səhhətimdə problemlər olur, sadəcə onu dilə gətirən adam deyiləm. Siyahıy

28 mart
.

Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR

Bakıda şadlıq saraylarında qiymət artımı davam edir. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. 2024-cü ilin fevral ayında şadlıq saraylarında sifarişlərin sayı cəmi 2.1 faiz artıb. Eyni zamanda, şadlıq saraylarında fevral ayında qiymətlər 3.8 faiz artıb. Xüsusə

28 mart
.

Mingəçevirdə yaşayış binasında baş yanğınla bağlı RƏSMİ AÇIQLAMA - VİDEO - YENİLƏNİB

FHN-in "112" qaynar telefon xəttinə Mingəçevir şəhərində H. Hüseynov küçəsində yeddimərtəbəli yaşayış binasının beşinci mərtəbəsində mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə -in sorğusuna cavab olaraq FHN-dən bildirilib. "Hadisə ilə əlaqədar FHN-in yanğından mühafiz

28 mart
.

Bu ölkədə uşaq sahibi olan cütlüklərə 75 min dollar ödəniləcək

Cənubi Koreyalı bir şirkət, ölkədə kəskin azalan doğum nisbətini düzəltmək üçün milyonlarla dollar ödəyəcək. xarici mənbəyə istinadən xəbər verir ki, Seulda yerləşən tikinti şirkəti "Booyoung Group" işçilərinə hər dəfə uşaq dünyaya gələndə 100 milyon Koreya vonu (75 min dollar) ödəməyi planlaşdırır

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

13 yaşlı Zəhranın dəstəyə ehtiyacı var: "Əməliyyat məbləğini toplaya bilmirik" - FOTO

13 yaşlı Zəhra Hacılı B-hüceyrə kəskin mieloblast leykoz M2 (qan xərçəngi) xəstəliyindən əziyyət çəkir. Bu barədə -a onun atası İlkin Hacıyev məlumat verib. O bildirib ki, qızı iki ildir ki, bu xəstəliklə mübarizə aparır:. "Hazırda qızım Milli Hematoalogiya və Transfuziologiya Mərkəzində müalic

28 mart
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28 mart
.

Lənkəranda dəhşətli qəzada ölən şəxslərin adları açıqlandı

Daxili İşlər Nazirliyi (DİN) Lənkəranda ata və oğulun öldüyü yol qəzası barədə məlumat yayıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan -a verilən məlumata görə, martın 28-də saat 8 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes-Benz"

28 mart