"Azərbaycanfilm" Kinostudiyasından Milli Kino Gününə ÖZƏL VİDEO

"Azərbaycanfilm" Kinostudiyasından Milli Kino Gününə ÖZƏL VİDEOAvqustun 2-si Azərbaycanda Milli Kino Günüdür.

Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli sərəncamı ilə hər il avqustun 2-də qeyd olunan Milli Kino Günü tarixdə ilk dəfə olaraq pandemiya dövrünə təsadüf edir. Və məhz bu səbəbdəndir ki, bu gün xüsusi təmtəraqla qeyd edilmir. COVİD-19 pandemiyasının yayılmasının qarşısının alınması səbəbi ilə ölkəmizdə tətbiq olunan karantin rejimi ilə əlaqədar olaraq Mədəniyyət Nazirliyi və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyası bu gün üçün kreativ addım atıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, "Azərbaycanfilm" Kinostudiyası xüsusi olaraq videomaterial hazırlayıb və kino işçilərini onlayn olaraq təbrik edib. 20 ildir qeyd olunan Azərbaycan Milli Kino Günü üçün özəl olaraq hazırlanan videomatrialda Azərbaycanın tanınmış simaları öz fikirlərini bölüşüblər.

Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev bu günü daha yaxşı şəraitdə qeyd etməyi arzu edib: "Bu illər ərzində nə qədər insan itirmişik, onları yadıma salıram. 80-ci illərdən başlayaraq bizim rejissorlarımız, operatorlarımız, hamısı bu hadisələri çəkirdilər. Onlar olmasaydı, bəlkə də biz çoxunu bilməzdik".

Əməkdar incəsənət xadimi, tanınmış kinorejissor Ayaz Salayev 40 ildən artıqdır kino sahəsində olduğunu diqqətə çatdırıb: "Amma bu gün keçmiş haqqında düşünmürəm. Bu gün kinomuzun gələcəyi - Müstəqil ölkənin müstəqil kinematoqrafiyasının yaranması haqqında düşünürəm".

Aktrisa Günəş Mehdizadə kino sahəsində olduğuna görə özünü xoşbəxt hiss etdiyini bildirib. Həm də qeyd edib ki, onun kinoda ilk filmi Azərbaycan kinosunun mürəkkəb təsadüf edib.

Əməkdar artist Tahir İmanov isə "Belə bir deyim var – "İncəsənət heç cür siyasətlə bağlı deyil". Bu fikirlər qəti razı deyiləm. Kino incəsənətin digər sahələri kimi dövlət siyasəti ilə sıx təmasda olub və ölkəmizi müxtəlif dövrlərdə layiqincə təmsil edib, edir və edəcək", deyə fikirlərini bildirib.
Xalq artisti, Azərbaycan kinosuna saysız-hesabsız yaddaqalan filmlər bəxş edən Ramiz Fətəliyev kinonun insanı əsir götürdüyünü vurğulayıb: "Öz payıma deyirəm kino çox qəribə sənətdir, qəribə bir peşədir. İnsanı sanki əsir götürür. Özü də ömürlük..."

Azərbaycanın xalq artisti, yaratdığı bir çox obrazlarla yaddaşlarda unudulmaz izlər buraxan sevimli aktyor Fəxrəddin Manafovun bu günlə bağlı çıxışı da maraq doğurur. "Kino… Kino haqqında düşünmürdüm, idman, futbolçu olmaq arzusunda idim. Futbolda uğurlarım da var idi, amma bir gün, bir anda fəlsəfəm dəyişdi, kino gəldi… KİNO!", deyə Fəxrəddin Manafov bildirib. Avqustun 2-si həm də sevimli aktyorumuzun and günüdür.

Qeyd edək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası 1920-ci ildə "Azərbaycan XMK-nın İncəsənət Şöbəsi" adı altında təsis olunub. Kinostudiyanın hazırkı direktoru Nazim Hüseynovdur. 100 illik fəaliyyəti dövründə Azərbaycan kino salnaməsinə əvəzsiz, kino tarixinə qızıl hərflərlə yazılan filmlər bəxş edib. 1958-ci ildən kinostudiya "Azərbaycanfilm" kinostudiyası adlandırılıb. Bir ildən sonra isə quruma drammaturq Cəfər Cabbarlının adı verilib. 1966-cı ildə bu binada artıq kino istehsalına başlanılıb. 100 illik fəaliyyəti dövründə "Azərbaycanfilm" Kinostudiyasının istehsalı ilə müxtəlif illəri əhatə edən saysız-hesabsız sənədli, bədii filmlər istehsal olunub.

1898-ci ildə neft Bakısına dair ilk xronikal süjetlərin nümayişi ilə başlayan və demək olar ki, dünya kinosu ilə həmyaşıd olan Azərbaycan kino sənəti mədəniyyət salnaməmizə parlaq səhifələr yazaraq, onilliklər ərzində soydaşlarımızda milli-mənəvi dəyərlərə hörmət və Vətənə məhəbbət hisslərinin aşılanmasına xidmət edib, xalqımızın yeni nəsillərinin dünyagörüşünün formalaşmasına güclü təsir göstərib. Səssiz-səsli, rəngsiz-rəngli kimi mərhələləri özündə birləşdirən böyük bir inkişaf yolu keçmiş milli kino sənətimiz xüsusilə XX əsrin 60-70-ci illərdə özünün intibah dövrünü yaşayıb.

Azərbaycan kinosunun inkişafında, kinematoqrafçıların yaradıcılıq potensiallarının reallaşmasında, layihələrin işıq üzü görməsində kino işçilərinin ən etibarlı təəssübkeşi və hamisi, ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olub. Xüsusilə ötən əsrin 70-ci illərdə respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı sayəsində kino sənətimizin incisi olan neçə-neçə ekran əsəri ərsəyə gəlib. 1980-ci illərin sonu, eləcə də müstəqilliyimizin ilk illəri respublika həyatının, o cümlədən mədəniyyətin digər sahələrində olduğu kimi, kino sənətində də çətin dövr olmuşdur. Lakin sənətə sadiq insanlar bütün çətinliklərə rəğmən kinonu tərk etməyib, köklü ənənələrə malik kinematoqrafiyamızı yaşatmağa nail olublar.

Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə mədəniyyətimizə, həmçinin kinoya diqqət artmış, bu sahəyə dövlət vəsaitinin ayrılması bərpa edilib. Sonrakı illərdə dövlət dəstəyi ilə Azərbaycan kinosunun yeni inkişaf dövrü başlanmışdır. Məhz Ulu Öndərin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə 2 avqust Azərbaycan Kinosu Günü – kino işçilərinin peşə bayramı kimi qeyd olunur.

Sonda onu da qeyd etmək istərdik ki, bu gün xüsusi və təmtəraqlı tədbirlərin keçirilməsi nəzərdə tutulsa da, pandemiya dövrünə təsadüf etdiyi üçün artıq bütün planlar gələn il – 2021-ci ildə həyata keçiriləcək. Növbəti illərdə Milli Kino Günümüzün daha möhtəşəm keçirilməsi arzusu ilə - "Azərbaycanfilm" bütün kino işçilərini təbrik edir. Bayramınız mübarək, əziz Azərbaycan kinosunun fədakarları!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4064   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kemeron yeni "Avatar"la bağlı şayiələri təkzib edib

Məşhur rejissor Ceyms Kemeron "Avatar"ın üçüncü hissəsinin ilkin montajdan sonrakı versiyasının doqquz saat olduğu ilə bağlı şayiələri təkzib edib. "Əgər qaralama montajdan sonrakı materialın doqquz saatlıq olsaydı, mən ov tüfəngini götürüb başıma atəş açardım. Yox, mən dedim ki, ümumilikd

17 fevral
.

Xalq artisti: "Qızım məhkəmədə məndən imtina edib"

Xalq artisti Tarıyel Qasımov "Evdəkilərə salam" verilişində qonaq olub. xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb:. "Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur - red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarş

4 fevral
.

Azərbaycanın Xalq artistinin adından dələduzluq edilir - FOTO

Xalq artisti Yusif Eyvazov "Facebook" hesabında sosial media izləyicilərinə müraciət edib. xəbər verir ki, opera ifaçısı fırıldaqçıların onun adından saxta hesab açdıqlarını deyib. Y.Eyvazov abunəçilərinə onun adından göndərilə bilinəcək mesajlar barədə xəbərdarlıq edib. "Əziz dostlar

22 yanvar
.

Tarixə qovuşan KİNOTEATRLAR - Bölgələrimizdə onların bərpası düşünülürmü?

Vaxtilə rayonların, hətta kəndlərin bir çoxunda kinoteatrlar aktiv fəaliyyət göstərsə də, bu gün onlardan geriyə, sadəcə, xarabalığa çevrilmiş binalar qalıb. Rayon və kənd əhalisi kinoteatrlara gedərək mədəni istirahət edə bilirdi. Lakin indi nə kino var, nə də kinoteatr. Heç tarixi əhəmiyyəti olan kinoteatrları

11 aprel
.

Niftulla Əsgərov vəfat etdi

Əməkdar artist Niftulla Əsgərov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, tanınmış aktyor ürək-damar xəstəliyi səbəbindən 65 yaşında dünyasını dəyişib. Qeyd edək ki, N.Əsgərov 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrında çalışıb

22 yanvar
.

Bəstəkar Cavanşir Quliyevin son durumu açıqlanıb

Türkiyədə müalicə olunan əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin səhhəti normallaşıb. Bu barədə "Report"un Ankara bürosuna İstanbuldakı şəhid Mübariz İbrahimov adına məktəbin rəhbəri Aygün Həsənoğlu məlumat verib. O bildirib ki, Cavanşir Quliyev müalicə olunduğu İstanbul Acıbadə

17 fevral
.

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub

Britaniya şahzadəsi Endrünün keçmiş həyat yoldaşı Sara Ferqüsona dəri xərçəngi diaqnozu qoyulub. Bu barədə 64 yaşlı York hersoginyasının nümayəndəsi bildirib. "Yayda döş xərçənginin erkən forması diaqnozu qoyulduqdan sonra York hersoginyası Saraya indi bədxassəli melanoma diaqnozu qoyulub"

22 yanvar
.

Rafael İsgəndərov: "Rəhmətə getdi və bizi yetim qoydu" - VİDEO

Əməkdar artistlər Rafael İsgəndərov və Ayşad Məmmədov mərhum Hüseynağa Atakişiyevin yaratdığı Dövlət Gənclər Teatrında olublar. Axşam.az xəbər verir ki, R.İsgəndərov video çəkərək xatirələrini bölüşüb:. "Bu video Hüseynağa Atakişiyevin rəhbərliyi altında Dövlət Gənclər Teatrında işləmiş aktyor v

28 fevral
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist Rahib Əliyev vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə jurnalist Turan Etibaroğlu feysbukda bildirib. Sənətkar 78 yaşında dünyasını dəyişib. Qeyd edək ki, R. Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub

28 mart