Baş Prokurorluqdan: Fuad Qəhrəmanlı və digərləri ilə bağlı açıqlama

Baş Prokurorluqdan: Fuad Qəhrəmanlı və digərləri ilə bağlı açıqlama"Son günlər bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən iyulun 14-dən 15-ə keçən gecə ictimai asayişin pozulmasına səbəb olan hərəkətlərin təşkil edilməsi, bu cür hərəkətlərdə fəal iştirak edilməsi və xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinə zor tətbiq etməklə müqavimət göstərilməsi ilə müşayiət olunan hərəkətlərin törədilməsi faktları ilə bağlı istintaq olunan cinayət işi üzrə təqsirləndirilən Seymur Əhmədov, Asif Yusifli, Fuad Qəhrəmanlı və digərlərinin guya qanunsuz olaraq saxlanılması, həyata keçirilən prosessual hərəkətlər zamanı hüquqlarının pozularaq işgəncə və zorakılığa məruz qalmaları ilə bağlı həqiqətə uyğun olmayan informasiyalar yayılıb".

Bu barədə Sonxeber.az-a Baş Prokuroluqdan bildirilib. Qeyd edilir ki, cinayət işini süni surətdə siyasiləşdirərək cəmiyyətdə qəsdən yanlış fikir formalaşdırmaq, istintaqın obyektiv gedişatına təsir göstərməklə ictimai rəyi çaşdırmağa xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən qəti şəkildə təkzib olunur:

"Təqsirləndirilən şəxslərin iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri cinayət-prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq müdafiəçinin iştirakı ilə həyata keçirilməklə hüquqi yardım almaq və qanunvericilikdə nəzərdə tutulan digər hüquqlar tam təmin olunub.

Azərbaycan Respublikası Baş Prokurorluğu bir daha bəyan edir ki, cinayət işinin istintaqı zamanı əsassız, dəqiqləşdirilməmiş, siyasi məqsəd güdən yalan informasiyaların yayılması yolverilməzdir.

Hazırda cinayət işi üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Cinayət işinin gedişatı barədə ictimaiyyətə əlavə olaraq ətraflı məlumatın verilməsi təmin olunacaq".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2372   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Əhmədin "davamçıları": Övladlar niyə valideynlərinə qənim kəsilir?

Son günlər ölkədə "Əhməd sendromu" hökm sürür. Bu dəfə 200-ci il təvəllüdlü Fikrət Məmmədovun yaşadığı Sumqayıt şəhəri 41-ci məhəllə ünvanında aralarında yaranmış mübahisə zamanı 1962-ci il təvəllüdlü atası və anasına bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə dair əsaslı şübhələ

21 aprel
.

Hacıqabulda dəhşətli qəza: Xəsarət alanların adları AÇIQLANDI

Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların adları məlum olub. "Report"un məlumatına görə, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla səkkiz nəfərin müxtəlif dərəcəli xəsarətlər alıb:. Kürdəmir rayon sakinləri Gülşən Vəlican qızı Teyyublu (1994-cü il təvəllüdlü)

21 aprel
.

TƏCİLİ! Azərbaycanda daha bir ZƏLZƏLƏ OLDU

İmişli rayonunda zəlzələ qeydə alınıb. Bu barədə -a Respublika Seysmoloji Xidmət Mərkəzindən xəbər verilib. Qeyd edilib ki, zəlzələ yerli vaxtla saat 23:49-da, Beyləqan stansiyasından 35 km şimal-şərqdə, İmişli rayonunda qeydə alınıb. Zəlzələnin maqnituası 3, dərinliyi 15 km olub

21 aprel
.

Tərtər-Bakı avtobusunda təhlükəli anlar: Anidən avtobusun sükanı əsməyə başladı - VİDEO

Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb. xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb. Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib. Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsini

15 aprel
.

Bakıda mənzildə meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. -ın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetm

14 aprel
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21 aprel
.

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub - VİDEO

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan azyaşlı xilas olunub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Qurumun "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov və Nizami rayonları ərazisində vətəndaşların mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalmas

14 aprel
.

Taleh Babayev: Taxta bazarındakı yanğında 1000 m²-ə yaxın taxta yanıb

Bakının Nərimanov rayonunda yerləşən taxta bazarında baş verən yanğın zamanı 100 m²-ə yaxın taxta yanıb. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qərargahının rəisi Taleh Babayev deyib. Onun sözlərinə görə, 800-10

20 aprel
.

Azərbaycanda ZƏLZƏLƏ OLDU

Naxçıvan Muxtar Respublikasında zəlzələ olub. "Report" xəbər verir ki, saat 22:03-də qeydə alınan zəlzələ Naxçıvan MR ərazisində üç bala qədər hiss olunub. Yeraltı təkanlar təxminən 5-7 saniyə davam edib

20 aprel