Xəstə olduğunuz zaman şimal istiqamətində yatmayın: Şərq təbabətinin 10 SİRRİ

Xəstə olduğunuz zaman şimal istiqamətində yatmayın: Şərq təbabətinin 10 SİRRİŞərq təbabətinin sadə qaydaları ömrü uzadır.

Sonxeber.az bu yazıda oxucuları Şərq təbabətinin 10 sadə müalicə üsulu ilə tanış edib.

1. Təbəssümün müalicəvi gücü

Gözlərinizlə həmişə ürəkdən gülümsəməyi və ürəyinizi sevgi ilə doldurmağı unutmayın. Bu, bütün xəstəliklərin qarşısının alan profilaktik tədbirdir. Kədərli, qəzəbli, depressiv olduğunuz, ağladığınız və ya sinirli olduğunuz zaman orqanlar zəhərlər ifraz edir, ancaq xoşbəxt, xoşsimalı və gülərüz olsanız, bədən bal kimi şəfalı maye ifraz edəcək.

Heç kim üçün sirr deyil ki, bu gün biz monoton həyat yaşayırıq, hər gün təlaş içində harasa tələsirik. Çoxları üçün iş gününü baş ağrısı ilə başa vurmaq adət halına gəlib. Ətrafınızda və içərinizdə yığılan təzyiqlə bir şey etmək lazımdır. Nə qədər qəribə olsa da, bunun qarşısını almaq üçün heç nə etmək lazım deyil. Sadəcə çıxılmaz vəziyyətlə üzləşərkən onun sizi udmasına icazə verməyin. Bunun üçün hər kəsə, hətta tanımadığınız insanlara da gülümsəmək lazımdır. Belə sadə bir hərəkət sayəsində dünya dəyişir və sizi təhdid edən böyük bir narahatlıq hissi fikirlərinizi yavaş-yavaş tərk etməyə başlayır.

Daxili təbəssümün nəticələrini əvvəlcə qiymətləndirmək çətin ola bilər, lakin texnika düzgün yerinə yetirilməlidir ki, faydasını hiss edə biləsiniz. Odur ki, harada olmağınızdan və nə işlə məşğul olmağınızdan asılı olmayaraq tez-tez və çox gülümsəyin, təbəssümü həyatınızın ayrılmaz bir parçasına çevirin. Ürəyinizi məhəbbətlə doldurub sevgi dalğalarının bədəni müdafiə etməsinə icazə verin.

2. Lazım olduğundan çox danışmayın

Daha az danışın, nə demək istədiyinizi, nə vaxt və necə söyləyəcəyinizi diqqətlə seçin. Çünki yerində deyilmiş söz ən qiymətli sükutu - Kainatı gözəlləşdirən həyat enerjisini qoruyur.

3. Daha az danışın, daha çox hərəkət edin

Keçmiş və gələcək haqqında az düşünün. Onlar səbəbsiz narahatçılıq doğurur, narahatçılıq isə stress yaradır. Əvəzində konsentrasiya (fikirləri cəmləmək) olun, yadda saxlayın ki, konsentrasiya – bağışlamaq və yardım etmək bacarıqlarının inkişafı ilə birlikdə özü gəlir, texnikasız filansız.

4. Beyin gücünü inkişaf etdirin

Bir çox dillərdə, o cümlədən çin dilində ağıl və ürək eyni sözlə ifadə olunur. Şəxsi ambisiyaları bir kənara qoyub mənəvi kamilliyə yüksəldiyiniz və ürəyinizi sevgi ilə genişləşdirdiyiniz zaman siz xəstəliklərdən xilas olmağın yolunu tapırsınız.

5. Başınıza hörmət edin, ayaqları isə isti saxlayın

Başınıza hörmət edin. "Başınızı soyuq, ayaqlarınızı isti saxlayın" məsəlinə əməl etmək vacibdir. Bu yolla siz başınızda narahatlıq yaradan, hətta xəstəliklərə gətirib çıxara bilən çox enerji yığılmasının qarşısını alacaqsınız.

Başa güclü enerji axını getməsi qan təzyiqini yüksəldə bilər. Enerjini ayaqlara yönləndirməklə təzyiqi aşağı sala bilərsiniz. İnfarktın qarşısını almaq üçün davamlı olaraq ayaqları isti saxlayın. Odur ki, dabanları ovaraq masajla isidin. Növbəti mərhələdə enerjini göbəkdə toplayın, yeri gəlmişkən, o da isti olmalıdır.

6. Boynunuzu isti saxlayın

Bədənin başa gedən çox əhəmiyyətli qan damarları və sinirləri boyunda yerləşir. Odur ki, onun da qeydinə qalmaq vacibdir: isti olduğundan əmin olun, o gərgin olmalı deyil. Hisslərinizi çox güclü şəkildə istifadə etməyin. Çox gərgin və uzun müddət bir nöqtəyə baxmayın və ya kiməsə qulaq asmayın. Hisslərin həddindən artıq fəal şəkildə işləməsi xəstəliklərə səbəb ola bilər.

Həddindən çox qida və içki istifadə etməklə sağlamlığınızı məhv edirsiniz.

Duş qəbul etdikdən və ya yataqdan qalxdıqdan sonra küləkli havaya çıxmayın.

7. Müdrik qidalanma

Yeməkdən sonra uzun müddət oturmaq və yatmaq lazım deyil, bu, ömrünüzü qısaldır. Süfrədən tam doymamış qalxın, daha sonra qısa yürüşə çıxın və heç bir halda yatmazdan əvvəl yemək yeməyin.

Az-az, amma tez-tez yeyin, bu zaman həzm sistemi yaxşı işləyəcək və 5 vacib orqan eyni anda yüklənməyəcək. İlk növbədə sulu, daha sonra quru xörəkləri yeyin. Yeməkdən əvvəl nəfəs almalı və mütləq bir az təmiz hava qəbul etməlisiniz.

Yazda daha ədviyyəli qidalar, yayda daha çox qaynadılmış, payızda daha acı və qışda az duzlu yeyin, amma duzun miqdarını aşmayın. Əgər çox yemisinizsə, üstündən su çox içməyin və dərhal udmayın. Acqarına çiy meyvələr yeməyin, çünki onlar diaqfraqmadan yuxarı orqanlarını isidir.

8. Ölçünü gözləyin

Həddən artıq gəzmək sümük bağlarını yorur.

Çox oturmaq əzələləri incidir.

Uzun müddət ayaqüstə qalmaq sümükləri incidir.

Uzun müddət yatmaq həyat enerjisinə zərər verir.

Uzun müddət düşüncələrə qapılmaq qana zərər verir.

Qəzəb, üzüntü, peşmanlıq və melanxoliya ziyandır, eyni ilə həddən artıq zövq qədər. Acı çəkmək, narahatlıq hissi və cinsə əlaqədən çəkinmək zərərlidir. Qısası, bütün məsələlərdə ölçü hissini aşmaq zərərlidir.

9. Sevinc Çi enerjisini artırır

Böyük sevinc - böyük Çi (Kainat enerjisi) enerjisi deməkdir. Böyük kədər Çi enerjisinin notlarını dayandırır. Aktiv cinsi həyatın hesabına həyat enerjisi ehtiyatını artıra bilərsiniz.

Tüpürcəyi udmaq təməl enerjini artırmaq deməkdir. Əgər udulmazsa, o, öz gücünü itirər.

Xəstə olduğunuz zaman şimala tərəf yatmayın. Yazda və yayda başınızı şərqə, qış və payız aylarında isə qərbə tərəf çevirib yatın.

Əgər yuxudan duran kimi danışmağa başlasanız, o zaman həyat enerjisini itirəcəksiniz.

10. İlin fəsilləri

Qışda ayaqları isti, başı ilıq saxlayın. Yazda və payızda isə başın və ayaqların sərinliyi hiss etməsinə icazə verin.

Əgər xəstə və tərlisinizsə, soyuq su içməyin. Bu, ürəyi və mədəni məhv edir.

Dizləri əyib yatın. Beləliklə siz həyat enerjisi ehtiyatını artırırsınız.

Yazda və payızda yatağa erkən girin və erkən qalxın.

Qışda erkən yatıb gec durun.

Yazda hava qaranlıq düşəndə yatın və səhər tezdən oyanın.

Səhər tezdən, günorta saatlarında, nahardan və şam yeməyindən sonra dişlərinizi fırçalayın və yeddi dəfə ağzınızı yuyun. Bu, ömrü uzadıb sümükləri dişləri, əzələləri, dırnaqları və saçları gücləndirəcəkdir.(publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2542   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15 sentyabr 2021
.

Fransada porno saytlar məhkəməyə verildi

Fransada 9 aparıcı porno saytına qarşı məhkəmə iddiası qaldırılıb. "e-Enfance" və "La Voix de l’enfant" təşkilatları sayt rəhbərlərini uşaqları böyüklər üçün olan kontentin mənfi təsirindən qorumaq məqsədilə yetərli tədbirlər görməməkdə ittiham edib. İddia ərizəsində bildirilib ki

7 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Kosmosa uçanların - FOTOLARI

Kosmosa hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi göndərilib. Axşam.az-a istinadən xəbər verir ki, sərnişinlər 3 gün dünya ətrafında səyahət edəcəklər. "SpaceX" şirkətinin təşkil etdiyi kosmos səyahəti Kennedi Kosmos Mərkəzində baş tutub. Bu gün isə səyyahların fotolar

18 sentyabr 2021
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. Gözünüz -da olsun. İndi sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 1

15 sentyabr 2021
.

İtaliyada yaşlı qadının 500 milyon avroluq lotereya bileti oğurlandı

İtaliya polisi Neapolda tütün dükanı sahibini saxlayıb. Onun yerli sakinlərdən olan yaşlı qadının 500 milyon avro uduşlu lotereya biletini oğurladığı bildirilib. Cinayətkar Roma hava limanından Kanar adalarına uçmaq istəyərkən ələ keçib. Lakin onun üzərində xoşbəxt bilet tapılmayıb. Hazırda biletin axtarışlar

6 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021