Misirli nazir ehramların yadplanetlilər tərəfindən tikildiyini iddia edən İlon Maskı ölkəsinə dəvət edib

Misirli nazir ehramların yadplanetlilər tərəfindən tikildiyini iddia edən İlon Maskı ölkəsinə dəvət edibMisirin Beynəlxalq Əməkdaşlıq naziri Raniya əl-Məşhat qədim Misir ehramlarının hallüsinasiya olduğunu və yadplanetlilər tərəfindən tikildiyini iddia edən məşhur milyarder, "SpaceX" kosmik şirkətinin sahibi İlon Maskı ölkəsinə dəvət edib. "Sizin fəaliyyətinizi heyranlıqla izləyirəm və Misir piramidalarının necə tikildiyi, oradakı sərdabələr haqqında daha doğun məlumat almaq üçün ölkəmizə dəvət edirəm", -deyə xanım nazir sosial şəbəkədəki səhifəsində yazıb.
Sonxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, əfsanəvi firon II Ramzesin də yadplanetli ola biləcəyini iddia edən milyarderə daha bir cavab Misirin dünya şöhrətli arxeoloqu Zahi Havasdan gəlib. Maskın iddialarının tarixi və arxeoloji əsasları olmadığını qeyd edən alim bildirib ki, ehramları bəzi tarixçilərin də iddia etdikləri kimi, qullar yox, misirlilər tikib. Bunu sərdabələrın hamısının Xufu ehramı üslubunda fironların nəzarəti altında tikilməsi də sübut edir. O əlavə edib ki, II Ramzes isə Misirin Şərqiyə əyalətindən olub. Havas deyib ki, görünür, milyarder kimi qazandığı şöhrət Maska azlıq edir və o, II Ramzesin yadplanetli olması iddiası ilə sosial şəbəkələrdə əlavə gündəm yaratmaq arzusundadır. Alim onu da qeyd edib ki, məşhur fironun ailəsi də indi Qantir kimi tanınan Pi-Ramesess adlı əyalətdə yaşayıb.
Misirli arxeoloq vurğulayıb ki, ehramlar tanrı və günəşin rəmzidir. Onların bir hissəsi də fironların üçüncü sülaləsinin zamanında tikilib. Onun sözlərinə görə, bu yaxınlarda tapılmış "Vadi Carf" papirusunda da Xufu ehramının tikintisindən bəhs edilir.
Z.Havas amerikalı milyarderə fironlar və piramidalar haqqında daha çox kitab oxumağı tövsiyə edib. Qeyd edib ki, o, bu mütaliədən sonra ehramların 4 min il əvvəl yadplanetlilər deyil, misirlilər tərəfindən tikildiyinə əmin olacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 2210   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Acun İlıcalı yeni futbol klubu alır

İngiltərə çempionatında çıxış edən "Hall Siti"nin sahibi Acun İlıcalı yeni bir klub alacağını bildirib. Bu barədə əslən azərbaycanlı olan türkiyəli prodüser müsahibəsində deyib. O, hazırda Sloveniya barədə düşündüyünü vurğulayıb. "Bir müddət Yunanıstanda olduq, amma istədiyimiz komandan

28 mart
.

Bu ölkənin ən gənc yeni prezidenti seçildi

Bassiru Diomaye Faye seçkilərin ilk turunda qalib gələrək Seneqalın yeni prezidenti seçilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Seneqalın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilib ki, 44 yaşlı D. Faye səslərin 54,28 faizini toplayıb. O, müstəqil Seneqalın beşinci və ən gənc prezident

28 mart
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27 mart
.

Uşağın alışqanla oynaması böyük yanğına səbəb oldu - VİDEO

İstanbulun Esenyurt rayonunda yaşayış binasında başlayan yanğın nəticəsində dörd nəfər köməksiz vəziyyətdə qalıb. Qeyd olunub ki, yanğın uşağın alışqanla oynaması nəticəsində baş verib. Hadisə yerinə gələn yanğın-xilasetmə qrupları onları çətinliklə də olsa, xilas edə biliblər

28 mart
.

4 uşaq anası olan arvadını küçənin ortasında ÖLDÜRDÜ, daha sonra isə... VİDEO

Türkiyədə kişi keçmiş həyat yoldaşını küçədə öldürüb. xarici mediaya istinadən xəbər verir ki, Türkiyənin Muğla rayonunda Vedat G. adlı şəxs keçmiş həyat yoldaşını küçədə silahla vuraraq öldürüb. 4 uşaq anası olan keçmiş həyat yoldaşını öldürdükdən sonra, kişi meyitinin üstündə gözləməyə başlayıb. O

29 mart
.

Middlton təkcə xərçəng xəstəsi deyil: Uels şahzadəsi daha nələri gizlədir?

Son zamanlar ən çox müzakirə edilən mövzulardan biri Keyt Middltonun sağlamlıq vəziyyətidir. xarici mətbuata istinadən xəbər verir ki, üç ay əvvəl ona xərçəng diaqnozu qoyulub. Şahzadə Uilyamın həyat yoldaşı hazırda kimyaterapiya alır. Keyt hansı növ xərçəngə tutulduğunu demir.Ancaq onun gizlətdiyi yegan

27 mart
.

Bədbəxt hadisələr üst-üstə gəldi: baba və nəvə eyni gün dünyasını dəyişdi

Siyirmə dəyərək boynu qırılan 15 aylıq körpə həyatını itirib. xarici mediaya istinadən xəbər verir ki, həmin gün körpənin babası da dünyasını dəyişib. Hadisə Türkiyədə baş verib. Belə ki, Evrim-Mikayıl Şamlı cütlüyü ötən gün 15 aylıq oğullarını nənəsinin yanına qoyub. Nəvəsinə tək baxan, eyni zamand

28 mart
.

Ayda dəmir yolu çəkiləcək – Buna səbəb nədir?

Amerika şirkəti olan "Northrop Grumman" Ayda insanları, ləvazimatları və resursları daşıyacaq dəmir yolu tikintisi üçün müqavilə imzalayıb. xəbər verir ki, Nasa ilə bağlanan müqaviləyə görə, konsepsiyanın ilk işlənmələrinin bu ilin yayında təqdim ediləcəyi, tikintiyə isə növbəti onilliyin birinc

28 mart
.

İstanbulda fabrikdə dəhşətli yanğın - İşçilərin içəridə qaldıqları ehtimal edilir - VİDEO

İstanbulun Küçükçekmece rayonunda yanğın baş verib. -in Türkiyə mediasına istinadən məlumatına görə, hadisə Mehmet Akif məhəlləsi Bahariye küçəsində yerləşən xalça fabrikində qeydə alınıb. Hadisə yerinə ətraf rayonlardan çoxlu sayda yanğınsöndürən, polis və tibb qrupları cəlb edilib. İddialara görə

29 mart