Beli 10 günə incəldən zülal pəhrizi

Beli 10 günə incəldən zülal pəhriziCanlı orqanizmdə rast gəlinən çoxlu sayda müxtəlif üzvi birləşmələrin içərisində zülallar mühüm əhəmiyyətə malikdir. Onlar mühüm funksional element olaraq bütün canlıların tərkibində var. Maddələr mübadiləsini idarə edən fermentlər zülallardır. Bizim orqanizmimiz zülal istehsal etmək iqtidarında deyil, bu səbəbdən, onları mütəmadi olaraq qida ilə qəbul etmək lazımdır.

Sonxeber.az bu yazıda zülal pəhrizindən bəhs edir.

Zülallı qidaların həzm etmə prosesi çətindir. Zülal pəhrizinin əsas prinsipi belədir: aclıq hissini öldürür, əzələlərin güclənməsinə kömək edir, xüsusilə, qarın və ombalarda toplanmış yağ ehtiyatlarını əriməyə məcbur edir.

Zülal pəhrizi ilə arıqlamaq üçün iki sxem təklif olunur. Onların klassik variantdan əsas fərqi odur ki, karbohidratlar qida rasionundan tamamilə ixtisar edilmir və bu zaman orqanizmə də heç bir ziyan dəymir.

Zülal pəhrizinin birinci sxemi

1. Səhər yuxudan ayılan kimi acqarına dərhal 250 ml. ilıq su için. Su orqanizmdə maddələr mübadiləsini sürətləndirəcək.

2. 30 dəqiqədən sonra səhər yeməyini yeyə bilərsiniz: suda bişmiş 1 yumurta.

3. Pəhrizin birinci yarısı ərzində nahar və şam yeməyində qaynadılmış toyuq əti yeyin.

Toyuğu isə belə hazırlamaq lazımdır: Suda duz atmadan bulyon şəklində qaynadın. Dərisini və piyləri kəsib götürün. Ətin gündəlik norması 800 qramdır.

4. Pəhrizin ikinci yarısını bağırsaq təmizləməsinə həsr edin. Hər gün tərkibində çox nişasta olmayan 1 kilo tərəvəz yeyin.

5. Hər gün özünüzə tərəvəz salatı hazırlayın.

6. Pəhriz boyu gündə ən azı 2 litr su için.

Pəhrizin 2-ci sxemi

1. 10 günlük pəhriz ərzində sutkada 2 litr su, həmçinin itburnu dəmləməsi için.

2. Birinci gün yalnız qaynanmış yumurta yeyin: 4-6 ədəd.

3. İkinci gün - balıq. Qaynadılmış yağsız balığı istənilən qədər yeyin.

4. Üçüncü gün doyana qədər yalnız yağsız kəsmik yeyin.

5. Dördüncü gün qaynadılmış toyuq əti yeyin.

6. Pəhrizin beşinci günü karbohidratlara icazə verilir. Kartofu qaynadılmış halda, lakin duzsuz yeyin.

7. Altıncı günü qaynadılmış yağsız mal ətinə həsr edin. Onu da toxluq hiss edənə qədər yeyin.

8. Yeddinci gün təzə tərəvəzlər yeyilməlidir. Meyvə salatı yeməklə kifayətlənin.

9. Səkkizinci gün şirniyyatdan ötrü darıxanlar üçündür. Bu günün rasionuna meyvə daxil olunub.

10. Doqquzuncu gün təxminən 1,5 litr qatıq için.

11. Onuncu gün - təmizləmə prosesidir. Bu gün yalnız itburnu həlimi və su için. (publika.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 3973   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometabolik parametrlərinə təsirini - heyvan ətinin və ya onun bitki analoqlarının istehlak

14 aprel
.

Xərçəngə qalib gələn pəhriz kəşf edildi

Avstraliyanın Deakin Universitetinin alimləri müəyyən ediblər ki, bitki mənşəli qidalar, süd məhsulları, balıq və qoz-fındıq əsasında pəhriz təkcə xərçəngin inkişaf riskini azaltmır, həm də xərçəng xəstəliklərində orqanizmdəki iltihabı azaldır. Tədqiqatın nəticələri "European Journal of Clinica

17 mart
.

Kifayət qədər yuxulamamaq insanı qocaldır

Stokholm Universitetinin alimləri özlərini gənc və sağlam hiss etməyin yolunu kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, yuxu keyfiyyəti insanın özünü nə qədər gənc hiss etməsi ilə əlaqələndirilir. Mütəxəssislər 18 yaşdan 70 yaşa qədər 429 nəfərin məlumatlarını təhli

31 mart
.

"Fastfood" yaddaş üçün ciddi təhlükədir

"Fastfood" və un məhsulları yemək yaddaşı zəiflədir". Bu barədə Moskva Dövlət Universitetinin Fundamental Tibb fakültəsinin baş elmi işçisi Zuxra Pavlova danışıb. Onun fikrincə, yeniyetməlik dövründə həddindən artıq "zibil" yesəniz, yaddaşla bağlı problemləri aradan qaldırma

21 aprel
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart
.

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd oluna

31 mart
.

Həkimlərdən təhlükəli ağrıkəsicilər barədə XƏBƏRDARLIQ

Dəri prosedurları zamanı istifadə edilən tərkibində lidokain olan ağrıkəsicilər qıcolma və ürək problemlərinə səbəb ola bilər. Bu barədə ABŞ Qida və Dərman Administrasiyasına (FDA) məlumat verib. Lidokainli kremlər, gellər, spreylər və sabunlar mikrodermabraziya, lazer epilyasiyası, tatuaj və pirsin

7 aprel
.

Səhərlər niyə isti su içməliyik? - 5 SƏBƏB

Bir çox insan acqarına bir stəkan təmiz suyun faydaları haqqında bilir, lakin əksər hallarda insanlar bu ritualı unutmamaq üçün gecələr yatağın yanında qoyduqları suyu içirlər. Ancaq həkimlərin fikrincə, bu səhvdir. Axı, isti su sağlamlıq üçün maksimum fayda gətirəcək. xəbər verir ki, isti su detoksifikasiy

9 mart