"Məhərrəmlikdən sonra toylar keçirilə bilər" - AÇIQLAMA

"Məhərrəmlikdən sonra toylar keçirilə bilər" - AÇIQLAMAAvqustun 5-dən sonra sərt karantin rejiminin yumşaldılması gözlənilir. İlkin yumşalmalar zamanı sərt karantin rejiminə görə bağlanan müəssisələrin açılması gözlənilir. Amma bununla yanaşı toyların keçirilməsi məsələsi də gündəmdədir. Azərbaycanda toyların keçirilməsinə nə zaman icazə verilə bilər?

Sonxeber.az xəbər verir ki, bununla bağlı konkret.az-a danışan deputat İlham Məmmədov bildirib ki, Operativ Qərargah tərəfindən mütəmadı olaraq görülən işlər, yoluxanların və sağalanların sayı barəsində məlumat verir: "İnsanlarımız gözləyir ki, avqustun 5-dən sonra sərt karantin rejimi yumşaldılacaq. Cənab prezident rayonlara səfəri zaman qeyd etdi ki, iyun ayındakı yumşalmalardan sonra bəzi insanların mövcud vəziyyətdən sui-istifadə etməsi nəticəsində yoluxanların sayı artdı. Sərt karantin rejimi artıq müsbət nəticəsini göstərməkdədir. Belə ki, yoluxanların sayı xeyli azalıb. Gündəlik sağalanların sayı yoluxanların sayından 2 dəfə çoxdur. Ancaq dünyada rekord həddə yoluxma və ölmə halları baş verir. Avropa ölkələrin bəziləri yenidən karantin rejiminə qayıtmaq haqqında düşünür. Hesab edirəm ki, Operativ Qərargah avqustun 5-nə kimi epidemoloji vəziyyəti, sağalanların, yoluxanların artma-azalma dinamikasını analiz edərək vəziyyətə uyğun düzgün qərar qəbul edəcək.

Epidemioloji vəziyyət dəyərləndirldikdən sonra insanların hərəkəti üçün yumşalmalara gedə bilər. Çünki yayın özünün insan orqanizminə müsbət təsiri var. Günəş şüallarında D vitamini var. Şərtlərə və qoyulan qaydalara əməl edərək yumşalmalara getmək olar. Lakin sərt karantin rejimi yumşalsa da, qaydalara riayət edilməsi məsələsi isə sərtləşdirilməlidir. Operativ Qərargah hər bir şərtləri, epidemioloji vəziyyəti müəyyən edərək yumşalma barəsində qərar verə bilər. Qoyulan qaydaların hər biri insan sağlamlığının qorunmasına hesablanıb".

Deputat qeyd edib ki, yas mərasimlərində çox böyük kütləvilik var: "Bu yaxınlarında Bakıdan rayonların birinə yas mərasiminə gedən şəxs 45 nəfəri koronavirusa yoluxdurub. Bu, bizə lazım deyil. Hesab edirəm ki, toy mövsümünün açılması da indiki halda yoluxmanın artmasına səbəb ola bilər. Bundan əlavə, bilirsiniz ki, Qurban bayramından sonra Məhərrəmlik ayı gəlir. Məhərrəmlikdə bizdə insanlarımız toy mərasimlərini keçirmirlər. Ona görə də mən hesab edirəm ki, bizi qarşıda iki ay gözləyir. Bu müddət ərzində görülən işlər sayəsində yoluxanlar daha da azalar.

İnsanların qaydalara əməl etmək refleksi daha da möhkəmlənər. Bundan sonra müəyyən qaydalara əməl etməklə toyların keçirilməsinə icazə verilə bilər. Gənclərimizə arzuladığı formada ailə qurmasını arzu edirik. Çox gözləmədiyimiz halda gözlə görmədiyimiz düşmən bizə hücum etdi.

Ona görə də bir müddət biz müharibə şəraitində yaşamağa adət etməliyik. Mən bildiyim qədər bəzi gənclər ailə daxilində niklahlarını kəsdirib ailə qururlar. Toyların keçirilməsi üçün ilkin olaraq şərtlər müəyyənləşməlidir. Bilirsiniz ki, bizim toylarda həddindən çox sıxlıq və israfçılıq var idi. Operativ Qərargah iki ay ərzində toylarla bağlı qaydaları müəyyənləşdirsinlər ki, gənclərimiz qismən də olsa arzularını reallaşdıra bilsin. Toyların birdən-birə keçirilməsinə icazə vermək olmaz, Çünki bu yoluxmanı artıra bilər. Onun üçün də şərtlər və qaydalar müəyyənləşməlidir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 9809   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan və İran Gorus-Qafan yolundakı vəziyyəti müzakirə edib

İran səfiri Seyid Abbas Musəvi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevlə görüşüb. Bu barədə İranın Azərbaycandakı Səfirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə bölgədəki cari dəyişikliklər, xüsusilə də Azərbaycanla Ermənistan arasındakı sərhəd bölgələrində vəziyyət, Gorus-Qafan yolund

18 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Bakıda binalarda liftlərin ehtiyyat hissələri belə oğurlanıb - VİDEO

Bakının Xətai rayonunda binalarda liftlərin ehtiyyat hissələrini və zirzəmilərdən keçən elektrik xəttlərini oğurlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən -a verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələr

17 sentyabr 2021
.

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

Rusiya Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Azərbaycana səfərə gəlib. -a istinadən xəbər verir ki, Rusiya HDQ-nə məxsus "Astraxan" və "Anatoli Qujvin" hərbi gəmiləri ilə gələn nümayəndələr Bakı Dəniz Limanında hərbi orkestrin müşayiəti ilə qarşılanıb. Qarşılama mərasimində Azərbayca

18 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

ABŞ-da azərbaycanlı yüzlərlə insanın həyatını xilas etdi, polis onu mükafatlandırdı - VİDEO

ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlı Fərrux Məmmədov Kempbell Şəhər Polis İdarəsi tərəfindən xüsusi mükafat ilə təltif olunub. Ölkənin yerli "ABC7" telekanalı ABŞ polisinin qəhrəman adlandırdığı azərbaycanlı haqqında süjet hazırlayıb. Xəbər cinayətkarın hazırladığı terror planında

18 sentyabr 2021
.

Vətən Müharibəsi Qəhrəmanlarına və şəhid ailələrinə mənzillərin sənədləri təqdim edildi

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bir qrup Vətən Müharibəsi Qəhrəmanına və ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərin ailə üzvlərinə mənzillərin sənədləri təqdim edilib. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb

17 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021