Deputat: "Erməni məsələsində vətəninə qarşı xəyanət sayıla biləcək addıma yol vermək qəbuledilməzdir"

Deputat: "Erməni məsələsində vətəninə qarşı xəyanət sayıla biləcək addıma yol vermək qəbuledilməzdir""Xaricdən səsləndirilən fikirlərin arxasında nə durduğunu hamı bilir. Söyüşü də elə-belə söymürlər. Xüsusi xidmət orqanları onlar üçün kanalları açaraq təminat verirlər ki, sizin toxunulmazlığınız var və sizi qoruyacağıq. Odur ki, ölkənizə qarşı istənilən söyüşü söyə bilərsiniz, qarayaxma, gözdənsalma kampaniyası apara bilərsiniz. Bu arxayınçılıq olmasa, heç kəs bu qədər açıq mətnlə söyüşü efirə gətirə bilməz. Ölkədə soyuqqanlı və doğru fikri aşılamaq mühiti yaratmaq lazımdır. Bu gün sosial şəbəkələr qaragüruhçuluğun meydanına çevrilib. Bu da düşüncə istehsal edir. Ona görə də orada söz demək olmur".

"Report" xəbər verir ki, bu fikirləri Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa deyib.

Deputat həmçinin Sevinc Osmanqızının paylaşımına da münasibət bildirib: "Sevinc Osmanqızı, ilk növbədə, öz atasının ruhuna hörmət etməlidir. Şəhid olan atasının məzarı məhz Azərbaycandadır. Hətta xalqımız atasına şəhid kimi ən böyük hörməti göstərir və bundan sonra da göstərəcək. Çünki o, torpaq uğrunda şəhid olub. Ona görə də ermənilərə münasibətdə atasının bəslədiyi münasibəti göstərməlidir. Umacağımız budur. Demirik ki, dəyiş, amma atasının bəslədiyi münasibətdən kənara çıxmamalıdır. Bu gün xaricdə olan insanları ölkəyə bağlayan həmin məzarlardır. Şəhid qızı ən azından erməni məsələsində atasının diapazonundan kənara çıxmamalıdır. Erməni məsələsində vətəninə qarşı xəyanət sayıla biləcək addıma yol vermək qəbuledilməzdir. Bu, gələcəkdə övladları qarşısında başını aşağı edəcək hərəkətdir. Erməni məsələsini həll etməyənə qədər hər bir azərbaycanlı ləyaqətli mövqe tutmağa məhkumdur".

Onun sözlərinə görə, erməni məsələsində Azərbaycanın milli maraqlarına zidd çıxış edənlərə qarşı çıxanları dəstəkləmək birmənalı şəkildə nankorluqdur: "Çünki döyüş bölgəsində həlak olan azərbaycanlıdır. Belə şəraitdə ölkəmizə qarşı çıxmaq xəyanətdən başqa bir şey deyil. Terrorçuluğu özlərinə fəaliyyət növü kimi seçən ermənilər xaricdə yaşayan azərbaycanlılara təzyiq göstərdilər. Soydaşlarımız hər zaman məkandan asılı olmayaraq dirəniş göstərir. Elə bir aura yaratmalıyıq ki, xaricdə ölkəmizə qarşı çıxış edənlərin Azərbaycan cəmiyyətində təqdir olunması ayıb sayılsın. Ölkənin əleyhinə çıxış edənləri dəstəkləyən hər kəs fikirləşməlidir ki, düşmən dəyirmanına su tökür. Müharibə gedən şəraitdə kiçik bir detal ölkənin əleyhinə işləyir. Bu kimi hərəkətlər erməni qarşısında Azərbaycan xalqının mövqelərini zəiflədir. Söyüş söyənlər niyə xarici ölkələrin səfirlikləri və ya konsulluğun qarşısında yox idi?! Siz azərbaycanlı deyilsiniz?!"

F.Mustafa qeyd edib ki, bir qrup ziyalı bəzi insanların parlamentin binasına qanunsuz daxil olmasını dəstəklədi: "Deməli, dəstək səmimi deyil. Belə ziyalılarımız varsa, deməli, vəziyyət o qədər də yaxşı deyil və durum dəyişilməlidir. Düşmən kimi özünü sərgiləyən şəxslərə nifrəti ortaya qoymaq lazımdır. Qarşılarında elə çoxluq olmalıdır ki, onlar heç bir söz deyə bilməsinlər. ola bilər xaricdə hansısa ölkədə təşəkkür, əlavə maaş, studiya alasan. Ancaq unutmaq olmaz ki, hər bir halda ölkədə sənin adın düşmən kimi xatırlanacaq. Başqa ölkənin əlində alət olan adamların fikirləri ilə narazılığı dövlətə qarşı nifrətə çevirmək olmaz. Dövlətin əbədiliyinə xələl gətirən hər kəsin qarşısında durmaq lazımdır".

Deputat vurğulayıb ki, ermənilər təxribatlar törədən kimi Azərbaycana qarşı informasiya hücumu da başlayır:

"Hamı həmin dəqiqə orduda nəsə qüsur axtarır. Əgər xaricdə oturan hərbçisisənsə, öz lazımi tövsiyələrini ver. Tovuz hadisələrinin hələ birinci günüdür, Rəhim Qazıyev sosial şəbəkələrdə insanları küçələrə çıxmağa səsləyərək bildirirdi ki, hakimiyyət torpaq verib. Bunu ancaq düşmən deyə bilər. Bu fikri cəmiyyətə söyləmək özü cinayətdir. Azərbaycan dövləti güclüdür və zərbə vurmaq mümkün deyil. Döyüş xəttində könüllü birliklər yox, dövlət döyüşür. Hamı da dövlətlə birlikdə bu işə dəstək olmalıdır.

Ziyalılıq xarakterdir. İstənilən məsələdə ortaya çıxıb xarakterə uyğun mövqe sərgilənəcək. Xarakter olmayanda ümumi kütlənin ziddiyyətinə gedirlər. Ziyalılıq imtiyazla bağlı deyil. Bu gün elə bir ənənə yaranıb ki, kimin çox bəyənmə sayı varsa, elə bilirlər həmin şəxs ziyalıdır. İmtiyazı itirəndə tənqidçiyə çevrilirlər. Əksi olanda isə quzu balası olurlar. Gerçək ziyalılar müşahidəçi missiyasını yerinə yetirməyə çalışırlar.

O, fikrini deməkdən çəkinir, ona görə də təhlükəlidir. Həmin ziyalını qorumaq lazımdır ki, ortaya qoyduğu məhsul var. Cəmiyyətin dəyərlərini dəyişib, layiqli insanlar önə çıxmalıdır. Ziyalı cəmiyyəti yönləndirə biləcək fikrə sahib olsa, radikallaşma bu səviyyədə olmayacaq. Səsin dalınca gedə bilməyənlər küyün dalınca gedəcəklər. Deməli, ziyalının səsi yoxdur. Ziyalı insanları müstəqilliyə çağırmalıdır. Çünki onlar dövlətlə cəmiyyət arasında orta mövqe yaradan təbəqədir".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1245   Tarix: 03 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Caliber": Ermənistan dövlətçiliyinin mövcudluğu Türkiyə və Azərbaycandan asılıdır - VİDEO

"Caliber" layihəsinin Türkiyənin Sütçü İman Universitetinin professoru, politoloq Toğrul İsmayılla geniş müsahibəsinin ikinci hissəsi təqdim olunub. Müsahibədə türkiyəli politoloq regional güc balansı, Ermənistan dövlətçiliyinin saxlanılmasında Azərbaycan və Türkiyənin oynadığı rol, 44 günlü

30 avqust 2021
.

Paşinyan Ərdoğana cavab verdi: "Hazırıq"

Ermənistan hakimiyyəti Türkiyə ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Trend-ə istinadən bildirir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O bildirib ki, Türkiyə Prezidenti də ölkələr arasında münasibətlərin tənzimlənməsi məsələsi ilə bağlı öz fikirlərini bildirib

8 sentyabr 2021
.

Zakir Həsənovdan türkiyəli generala başsağlığı

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə başsağlığı ünvanlayıb. xəbər verir ki, başsağlığında deyilir:. "Suriyanın İdlib şəhərində, xaincəsinə edilmiş hücu

11 sentyabr 2021
.

ABŞ və Yunanıstan arasında hərbi QƏRAR

ABŞ-la Yunanıstan arasında qarşılıqlı hərbi əməkdaşlığa dair müqavilə imzalanacaq. -a istinadən xəbər verir ki, bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis mətbuat konfransı zamanı bəyan edib. O, bildirib ki, yeni razılaşma beşillik müddətə imzalanacaq və bu, tərəfləri sazişi hər il yeniləmək məcburiyyətində

13 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

Sahibə Qafarova Avstriyaya gedir

Milli Məclisin Sədri Sahibə Qafarova Parlament Sədrlərinin V Ümumdünya Konfransında iştirak etmək üçün sentyabrın 5-də Avstriyanın paytaxtı Vyana şəhərinə işgüzar səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən -a verilən məlumata görə, Parlamentlərarası İttifaqın, Avstriy

4 sentyabr 2021
.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Qazaxıstanın parlament nümayəndələri Şuşa və Füzuliyə səfər edib

Sentyabrın 12-də ölkəmizdə səfərdə olan Qazaxıstan Parlamenti Məclisinin Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri Aygül Kuspanın başçılıq etdiyi parlament nümayəndə heyəti Şuşa və Füzuli şəhərlərində olub. Bu barədə -a Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsində

12 sentyabr 2021
.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021