2020-ci il dövlət büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edilib

2020-ci il dövlət büdcəsinə dəyişikliklər birinci oxunuşda qəbul edilibAzərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 23 milyard 359 milyon 465 min manat, yerli gəlirləri 764 milyon 535 min manat, mərkəzləşdirilmiş xərcləri 26 milyard 677 milyon 330 min manat, yerli xərcləri 814 milyon 870 min manat) məbləğində olacaq.

Sonxeber.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" qanun əsasən, Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24134500,0 min manat, xərcləri 26894700,0 min manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 23336950,0 min manat, yerli gəlirləri 797550,0 min manat, mərkəzləşdirilmiş xərcləri 26044596,0 min manat, yerli xərcləri 850104,0 min manat) məbləğində təsdiq edilmişdi.

Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.

Beləliklə, cari il üçün yenilənmiş makroiqtisadi proqnozlar əsas götürülməklə aparılmış hesablamalar əsasında 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş gəlirləri 24124,0 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 35,3 faizi həcmində olmaqla, 2020-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,5 milyon manat azdır.

Ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyanın yaratdığı keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət tərəfindən əlavə dəstəyinin göstərilməsi, səhiyyə sahəsi üzrə əlavə tələbatın və digər dövlət ehtiyacların yaranması dövlət büdcəsinin icrası ilə bağlı yeni çağırışlar formalaşdırmış və bununla bağlı əlavə maliyyə təminatının yaradılmasını zəruri edir.

Qeyd olunan zəruri xərclərin örtülməsi üçün əlavə maliyyə ehtiyatlarının yaradılması yenidən baxılacaq 2020-ci ilin dövlət büdcəsinin layihəsində öz əksini tapıb.

Bütövlükdə əlavə tələb olunan 1371,5 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi nəzərdə tutulur:

- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait 465,0 milyon manat;

- səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat (koronavirus infeksiyası ilə əlaqəli əmək şəraitinə görə tibb işçilərinə verilən müddətli əlavənin maliyyələşdirilməsinə, zəruri tibb ləvazimatlarının, avadanlıqlarının və başqa ehtiyacların tədarükünə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərə görə yaranmış xərclərin, stasionar müalicə tədbirlərinə cəlb edilmiş Tədris Cərrahiyyə Klinikasının və Tədris Terapevtik Klinikasının, Mərkəzi Neftçilər Xəstəxanasının, yeni tikilən modul tipli xəstəxanaların saxlanılmasına);

- pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238,0 milyon manat;

- pandemiya ilə əlaqədar dövlət şirkətlərinə maliyyə dəstəyinin davam etdirilməsi üçün 136,6 milyon manat;

- pandemiya ilə əlaqədar iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən sahibkarlara dövlət tərəfindən maliyyə dəstəyinin davam etdirilməsi üçün 100,0 milyon manat;

- cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat (Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun aidiyyəti qurumları və s.);

- bəzi təşkilatların maddi-texniki təminatının möhkəmləndirilməsi, hərbiçilərə ev kirayəsi haqqının ödənilməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün 9,1 milyon manat;

- "ASAN xidmət" üzrə elektron hökumətin tətbiqinin maliyyə təminatı üçün 7,0 milyon manat;

- pandemiya dövründə ölkəyə xaricdən gələn Azərbaycan Respublikası vətəndaşlarının sərhəddə yaradılmış səyyar düşərgələrdə karantindən keçmələri üçün 2,8 milyon manat;

- biometrik pasport blanklarının və yeni nəsil şəxsiyyət vəsiqələrinin çap edilməsi ilə bağlı əlavə 6,7 milyon manat vəsaitin yönəldilməsi proqnozlaşdırılır.

Bütün bunlar nəzərə alınmaqla 2020-ci il dövlət büdcəsinin dürüstləşdirilmiş xərcləri 27492,2 milyon manat təşkil edəcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 597,5 milyon manat və ya 2,2 faiz, 2019-cu ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 3066,3 milyon manat və ya 12,6 faiz çoxdur.

2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18046,9 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 790,5 milyon manat və ya 4,6 faiz çoxdur, 7719,1 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 91,0 milyon manat və ya 1,2 faiz, 1726,2 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcəkdir ki, bu da təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz azdır.

Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,5 faiz-bənd artacaq, əsaslı xərclərin xüsusi çəkisi 1,0 faiz-bənd və dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.

Aparılmış dürüstləşmə ilə xərclərin funksional təsnifatının müvafiq xərc bölmələri üzrə edilmiş dəyişikliklər "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanunun layihəsində və büdcə zərfində əksini tapıb.

Nəticədə yenidən baxılma ilə təsdiq olunmuş dövlət büdcəsinin vergi və rüsumlar üzrə, habelə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları 890,5 milyon manat məbləğində azaldılır, Azərbaycan Respublikasının Dövlət Neft Fondunun dövlət büdcəsinə transferti və dövlət büdcəsinin sair daxilomaları müvafiq olaraq 850,0 milyon manat və 30,0 milyon manat artırılır.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1056   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən çox balı onlar topladı - Siyahı

Dövlət İmtahan Mərkəzi 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərin siyahısını açıqlayıb. həmin siyahını təqdim edir:. 1. Məhərrəmzadə İlahə Rəşad qızı (Tovuz rayonu, M.Ələkbərov adına şəhər orta məktəbi) . 2. Ələsgərov Amil Tofiq oğlu (Sumqayıt şəhəri,

16 aprel
.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

16 aprel
.

Yüksək bal toplayan şagird: "Hədəfim ADA Universitetində təhsil almaqdır" - FOTO

Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələrini açıqlayıb. Yüksək bal toplayanlar arasında Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Mələkxanım Piriyeva da var. 286,9 bal toplayan şagird Maliyy

16 aprel
.

Məleykə Abbaszadə: "Yüksək bal toplayanların çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək səhvdir"

"Buraxılış imtahanında yüksək bal toplayanların sayının çoxluğunu sualların sadə olması ilə əlaqələndirmək tamamilə səhv fikirdir. İmtahanın çətinlik dərəcəsi əvvəlcədən necə elan olunursa, elə o səviyyədə də təqdim edilir. Ötənilki imtahanla builki imtahanın məzmununu müqayisə etdikdə, çətinli

16 aprel
.

TƏBİB sürücülərə müraciət etdi - "Yol ver, həyat qurtar!"

TƏBİB sürücülərə təcili yardım avtomobillərinə yol verməklə bağlı çağırış edib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı videomüraciət hazırlanıb. Videomüraciətdə yollarda təcili yardım avtomobillərinə yol verməyin nə qədər zəruri və həyati əhəmiyyətli olması qeyd olunub

16 aprel
.

Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin 9 şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstəriblər. xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb. Bildirilib ki, martın 10-da keçirilmiş buraxılış imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-ni

16 aprel
.

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

10 yaşlı Nərmini öldürməkdə təqsirli bilinərək 18 il azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə baxışı müvəqqəti dayandırılıb. "Qafqazinfo"nun məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsində səkkiz aydır davam edən prosesin dayandırılmasın

16 aprel
.

Qazaxın 7 kəndi və Kərki Azərbaycana nə zaman qaytarılır? - AÇIQLAMA

Bu gün Azərbaycan və Ermənistan arasında davam edən sərhəd delimitasiyası çərçivəsində Qazaxın 7 kəndi və Kərkinin qaytarılması vacib məsələlərdən biridir. Bu gün hər kəsi maraqlandıran sual Qazaxın 7 kəndi və Kərki nə zaman qaytarılacağıdır. Bununla bağlı -a danışan deputat Aydın Mirzəzadə bildiri

16 aprel
.

Təbiətə qayğı: "McDonald's Azərbaycan" internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTO

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Eyni zamanda, bu il Azərbaycanda genişmiqyaslı COP29 tədbirinin keçiriləcəyini nəzərə alaraq, ölkəmizdə çoxlu sayda ekoloji layihələ

16 aprel