Azərbaycanlı alim vərəmə qarşı peyvəndin COVID-19-a təsirlərini AÇIQLADI

Azərbaycanlı alim vərəmə qarşı peyvəndin COVID-19-a təsirlərini AÇIQLADIAmerika Birləşmiş Ştatlarının (ABŞ) tibb alimləri tərəfindən vərəmə qarşı peyvənd olunan və olunmayan ölkələrdə COVID-19 virusunun indiki dövrdə məlum olan ölüm faizlərinin nisbəti ilə bağlı aparılan elmi tədqiqatın nəticələri məlum olub.

Sonxeber.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev məlumat verib.

Onun sözlərinə görə, fərqli peyvənd strategiyasını aparan bir sıra Avropa ölkələri də daxil olmaqla, sosial cəhətdən bərabər olan ölkələrdə COVID-19 virusunun bu günə məlum olan ölüm faizlərinə baxılıb:

"Məlum olub ki, tədqiqata daxil edilən vərəm əleyhinə "BSJ" peyvəndini alan ölkələrdə bəlli olan ölüm faizi vərəmə qarşı peyvənd almayan ölkələrdən daha az olub. Tədqiqatın müəllifləri illər öncə vərəmə qarşı istifadə edilmiş peyvəndin hazırda koronavirusa yoluxmuş insanlarda xəstəliyi nisbətən yüngül keçirməyə səbəb olan amillərdən biri olmasını iddia edirlər. Həmçinin onlar bildirirlər ki, peyvəndin o zamanlardakı tətbiq strategiyası və hətta BSJ peyvəndindən asılı olmayaraq fərqli qitələrdəki insan populyasiyasının müxtəlifliyi də ölüm faizinin dəyişməsində rol oynaya bilər.

Eyni zamanda Şərqi və Qərbi Almaniyada vərəm əleyhinə istifadə olunan peyvəndlərin tətbiqindəki fərqlər də incələnib. Müəyyən olunub ki, hazırda Şərqi Almaniyada bu peyvəndi alan şəxslər 45-84 yaş arasıdır. Qərbi Almaniyada isə peyvənd alanların 22-59 yaş arasında olduğu bildirilib. Bu iki regionun tədqiqatda olan müqayisəsinə baxdıqda isə "BSJ" peyvənd proqramı tətbiq edilən Şərqi Almaniyada ölüm faizinin Qərbi Almaniya ilə müqayisədə az olduğunu görürük".

Tibb elmləri doktoru bildirib ki, hazırda "BSJ" peyvəndinin virusa qarşı qeyri spesifik peyvənd kimi istifadəsinin həyata keçirilməsi üçün Avstraliya, Amerika, Almaniya, Hollandiya və s. ölkələrdə böyük kliniki tədqiqatlara başlanılıb:

"Almaniyada aparılan bu tədqiqatın məqsədi "BSJ" peyvəndinin gen texnologiyası vasitəsilə daha da inkişaf etmiş variantı olan peyvəndin təsirinin öyrənilməsidir. Söhbət VPM1002 peyvəndindən gedir. Hazırda işin üçüncü fazası bitmək üzrədir. Bu tədqiqat Almaniyada fərqli şəhərlərdə aparılır. Üçüncü fazaya hazırda səhiyyə sistemində çalışan həkimlər tibb bacıları və s. ibarət olmaqla min nəfər daxil edilib. İkinci fərqli bir tədqiqata isə yaşı 60-dan yuxarı olan 1800 insan daxil ediləcək".

Qeyd edək ki, N.Abdullayev hələ 4 ay bundan əvvəl qeyri-spesifik peyvəndin ölüm faizində müəyyən rol oynayacağını elmi incələmələrinin nəticəsində bildirmişdi. Alim Azərbaycanda da belə bir tədqiqatın aparılmasının məqsədə uyğun olduğunu hesab edirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1642   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

50 yaşdan aşağı ən çox xərçəngə tutulma qeydə alınan ÖLKƏLƏR - SİYAHI

Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Şahzadə Keytin keçən həftə xərçəng xəstəsi olduğunu və müalicə aldığını açıqlaması 50 yaşdan aşağı şəxslərdə də xərçəngin geniş yayılması məsələsini gündəmə gətirib. -a istinadən xəbər verir ki, aparılan bir araşdırma gənc yaşlarda xərçəngə tutulmanı

30 mart
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Reklam edilən dərmanlar uşağınızın boyunu uzadır? - Həkimlər fəsadlarını AÇIQLADILAR

Son zamanlar sosial şəbəkələrdə uşaqların boyunun uzanması üçün müxtəlif adlı dərmanlar təklif edilir. Bildirilir ki, həmin dərmanların tərkibi, əsasən, vitamin və mikroelementlərdən ibarətdir. Bəs bu dərmanlar nə qədər effektivdir? Neçə yaşından bilmək olur ki, uşaqda boy problemi var? Uşaqların bo

24 mart
.

Masaj faydaları və sağlamlığa təsiri

Masaj sağlamlığımıza hələ kəşf edilməmiş bir çox faydaları var. Sağlamlıq və rahatlıq baxımından əvəzsiz olan bu xidmət, müxtəlif növləri ilə hər kəsin ehtiyaclarına cavab verə bilir. masaj xidməti, gündəlik stress və gərginlikdən uzaq durmaq, fiziki və mənəvi sağlamlığı qorumaq üçün ideal bir seçimdir

24 mart
.

Kişilər daha dözümsüzdür – Koronavirusla bağlı yeni araşdırma

Kişilərin və qadınların Covid-19-a yoluxduqları zaman fərqli simptomlarla üzləşdikləri məlum olub. -a istinadla xəbər verir ki, Lixtenşteyndəki Private Universitet tərəfindən aparılan araşdırma Covid-19-un cinsə görə fərqli təsirlərini üzə çıxarıb. Tədqiqatçılar geyilə bilən tibbi cihazdan istifadə edərə

10 mart
.

Diz-oynaq ağrılarında nəyə diqqət etməliyik? - VİDEO

Baku TV-də yayımlanan "Baku Med" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayında artroz və bud-çanaq oynağının zədələnməsi, uşaqlarda serebral iflic kimi mövzular müzakirə olunub, eləcə də sümükləri gücləndirməyə kömək edən üsullardan bəhs olunub. Proqramın qonağı cərrah

24 mart
.

Dünyanı təhdid edən xəstəlik: sürətlə artır – Azərbaycanda da...

Ümumdünya Səhiyyə Təşkilatının son hesabatına görə, 2050-ci ildə dünyada xərçəngə tutulma halları 77 faiz artacaq. Buna səbəb piylənmə, alkoqol və siqaret aludəliyi, qida məhsullarının xarab olması və yanlış qidalanma vərdişləridir. Maraqlıdır, bu xəstəliyin qarşısını necə ala bilərik?. Məsələ ilə bağl

20 mart
.

"Xərçəngə daha çox bu qadınlarda rast gəlinir"

"Uşaqların süni qidalanması son 20 ildə sürətli şəkildə artıb. Ana südü ilə qidalanma kəskin azalıb". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bildirib. Deputat vurğulayıb ki, bu, təhlükəli tendensiyadır: "Dünyad

28 fevral
.

Çeynəmə zamanı bu səhvə yol verməyin - Stomatoloqdan XƏBƏRDARLIQ

Bir tərəfdən çeynəmək dişlərin çürüməsinə səbəb ola bilər. xəbər verir ki, bu barədə "Sputnik" radiosuna stomatoloq Aleksey Antipenko məlumat verib. "Əgər dişlərin bir tərəfi çeynəmək üçün istifadə edilmirsə, daha az təmizlənir. Fakt budur ki, tərəvəz və digər sıx tərkibli qidalar - çörək

23 mart