SOCAR-da boşdayanmaya məruz qalan işçilərin intensiv təlimlərə cəlb olunmasına start verildi

SOCAR-da boşdayanmaya məruz qalan işçilərin intensiv təlimlərə cəlb olunmasına start verildiBu gün SOCAR üzrə boşdayanma zamanı intensiv təlimlərə cəlb olunacaq işçilərin təlim ehtiyaclarını müəyyən etmək üçün qiymətləndirilmə prosesinə start verilib. Qiymətləndirmə test imtahanları vasitəsilə SOCAR-ın Qobustan Regional Təlim Mərkəzində həyata keçirilir. Test imtahanlarının ilk günündə SOCAR-ın "Azneft" İstehsalat Birliyinin və Kompleks Qazma İşləri Trestinin 179 əməkdaşı iştirak edib.

"Report" xəbər verir ki, qlobal iqtisadi böhran fonunda neft hasilatının məhdudlaşdırılması nəticəsində minlərlə neft sənayesi işçiləri də dünya üzrə boşdayanmaya məruz qalmaqdadır. Qlobal bazarlarda işçilər əsasən kütləvi ixtisarlara məruz qalsa da, SOCAR vəziyyətdən çıxış yolunu kütləvi ixtisarlarda deyil, işçilərini təlimlər vasitəsi ilə daha da inkişaf etdirməkdə və hazırkı tələbata uyğun olaraq, müvafiq fərqli faəliyyət sahələrinə yönləndirməkdə görür.

Tədbirdə SOCAR-ın informasiya texnologiyaları, insan resursları və rejim üzrə vitse-prezidenti Xalik Məmmədov görülən tədbirlərin əhəmiyyətindən danışıb: "Azərbaycan Respublikası Prezidentinin tövsiyələrini rəhbər tutub, ölkə qarşısında sosial məsuliyyətimizi dərk edərək biz hətta dünyada hökm sürən böhran şəraitində də kütləvi ixtisarlara yol vermirik, əksinə, işçilərimizi inkişaf etdirmək yolunu seçirik. Əsas qayəmiz yeni rəqəmsal dövrün tələbatına uyğun olaraq, işçilərimizin səriştə və bacarıqlarını yenidən formalaşdırmaq, mövcud olan işçilərimizi lazım olan fəaliyyət sahələrinə yönləndirmək, insanlarımızı qorumaq və şirkətin əməliyyat dayanıqlığını təmin etməkdir."

Qobustan təlim mərkəzində keçiriləcək test imtahanları növbəti həftələrdə də davam etdiriləcək. SOCAR-ın Siyəzən şəhərində fəaliyyət göstərən işçiləri üçün test imtahanları avqust ayının növbəti həftələrində Siyəzən şəhərində keçiriləcək.

Test imtahanları pandemiya ilə əlaqədar karantin rejiminin tələblərinə uyğun olaraq, şəxsi qoruyucu vasitələrlə, sosial məsafə və təmizlik-dezinfeksiyaya riayət etməklə təşkil olunur. Test imtahanlarında iştirak edən işçilərin yekun qiyməti imtahan nəticələri ilə yanaşı, təhsil, təcrübə və s. kimi digər meyarlar əsasında formalaşır. Test nəticələri qulluqçu kateqoriyalı işçilərin ümumi qiymətləndirmə balının 50%-ni, ixtisaslı fəhlə kateqoriyasında çalışan işçilərin isə 60%-ni təşkil edəcəkdir.

Növbəti mərhələlərdə qiymətləndirmə nəticələrinə uyğun olaraq işçilərin yerləşdirilməsi və müxtəlif təlimlərə cəlb edilməsi nəzərdə tutulur. Qiymətləndirmə nəticələrinin formalaşdırdığı reytinq əsasında işçinin həm öz müəssisə və ya təşkilatında, həm də SOCAR-ın digər müəssisələrində mövcud olan və işçinin kvalifikasiya göstəricilərinə uyğun olan vakant vəzifələrdə yerləşdirilməsi planlaşdırılır. Qiymətləndirmə nəticələrindən asılı olaraq, işçilər xüsusi və ya ümumi təlimlərə cəlb ediləcək, habelə işçilərin ikinci peşəyə yiyələnməsi üçün də şərait yaradılacaq.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2129   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abel Məhərrəmov polkovnik-leytenantın torpağını zəbt edib? (TƏFƏRRÜAT)

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, Milli Məclisin üçüncü və dördüncü çağırış deputatı Abel Məhərrəmovun adı keçən torpaq qalmaqalının detalları məlum olub. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, qalmaqala səbəb Abel Məhərrəmovun Xızı rayonunun Altıağac qəsəbəsindəki əmlakı ilə bağlıdır

23 aprel
.

Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv edilir

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair saziş təsdiqlənib. Report-a istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın arada

23 aprel
.

Zakir Qaralovun əmisi qızı məhkəməyə verildi

Keçmiş baş prokuror Zakir Qaralovun əmisi qızı Mehriban Qaralova məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətidir. İddiaya Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. Məhkəmə çəkişməsi icar

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Bu ərazilərdə qaz olmayacaq

Şəki şəhəri "Cəfərabad" QPS-də siyirtmələrin filans birləşmələrində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması və araqatlarının yenilənməsi, eləcə də Qəbələ rayonu ərazisində diametri 225 mm olan qaz xətti üzərindəki RDUK-un təmiri ilə əlaqədar 24.04.2024-cü il tarixdə saat 09:00-da

23 aprel
.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Azərbaycanda universitet məzunları bu səbəbdən İŞSİZ QALIR! - AÇIQLAMA

Bu gün gənclərin bir çox sahədə problemləri var. Bunlardan biri də onların universiteti bitirdikdən sonra özlərinə iş tapa bilməməsi ilə bağlıdır. Çox vaxt gənclərin universiteti işsiz olmasının səbəblərini oxuduqları ərəfədə təcrübə proqramlarında iştirak etməməsi, aktiv fəaliyyət göstərməməkləri il

23 aprel
.

4 gün əvvəl itkin düşən qadının meyiti çaydan tapıldı

Aprelin 19-da Şəkinin Cumakənd kəndində itkin düşən qadının meyiti tapılıb. Bu barədə -a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Şəki rayon sakini, 64 yaşlı Çimnaz Mikayılovanın meyiti çayda aşkarlanıb. Polis, eləcə də digər aidiyyəti qurumların əməkdaşları əraziy

23 aprel