Azərbaycanda ikinci dalğa ilə vəziyyət daha da ağırlaşa bilər - ÇIXIŞ YOLU

Azərbaycanda ikinci dalğa ilə vəziyyət daha da ağırlaşa bilər - ÇIXIŞ YOLUMaska taxmaq SMS icazə ilə çölə çıx demək deyil, maska taxmaq işləmə demək deyil, maska taxmaq çimərliyə getmə demək deyil, maska taxmaq 5 aydır davam edən karantin rejimindən xilas olub, normal həyata dönmək üçün səbəbdir.

Səbəb?

Ölkə karantin rejiminin ilk yumşalma qərarından sonra əsl şok yaşadı desəm, yanılmaram. Yoluxma sayı 100-dən 600-ə yüksəldi. Dərhal Operativ Qərargah karantin rejiminin yenidən sərtləşdirilməsi qərarı verdi. Səbəb isə həmin vaxt yumşalmanı koronavirusun yox olması kimi anlayıb, qaydalara riayət etməkdən boyun qaçıranların sayının həddindən çox olması idi. Qapalı məkanlarda, ictimai nəqliyyatda tibbi maska taxmağı şəxslərinə həqarət kimi qəbul edən vətəndaşlara bu gün də rast gələ bilərik. Halbuki, biz bunun cəzasını aylardır çəkirik.

Avqustun 5-dən SMS icazənin ləğvi ölkənin istənilən yerində, xüsusən də Bakıda aylardır çöl üzünə həsrət qalan vətəndaşların şəhərə axını üçün əsl imkan oldu. Artıq iki gündür Bakı insanlarına qovuşur. İcazənin ləğvi qərarından istifadə edib tibbi maskadan istifadə etməyənlərin 3 ay öncəki vəziyyəti yenə unutmağa başladıqlarını görmək isə acınacaqlıdır.

Necə ki, koronavirus ifadəsi cəmiyyətimiz üçün yad olduğu dövrə kimi içdiyi suyun qabını avtomobilindən, avtobusdan küçəyə atan sakinlərə, idarə etdiyi maşının təhlükəsizlik kəmərini taxmağı özünə sığışdırmayan məsuliyyətsiz, ictimai əxlaqdan kasad insanlara rast gəlinirdisə, bu gün də tibbi maskadan istifadə etməyən, xəstə olduğunu bilə-bilə evini tərk edərək başqalarını təhlükəyə atan düşüncəsiz adamlarla, təəssüf ki, tez-tez rastlaşır, oxuyur, eşidirik. Və belələri islah olunmadıqca hamımız təhlükədəyik.

Bu virusun nə qədər qəddar, nə qədər bağışlamaz xüsusiyyəti olduğunu dünyada hazırkı vəziyyətə nəzər salmaqla da bilmək olar. Koronavirusdan xilas olduğunu açıqlayan Çin, İtaliya, Almaniya, İspaniya və digər ölkələr yumşalmaya gedərək həyatı axarına qaytardılar, amma çox çəkmədi.

Sözügedən ölkələrin rəsmi qurumları tibbi maskadan istifadə, sosial məsafə və gigiyenik qaydaya əməl etmək şərti ilə yumşalma qərarı versələr də, bu qaydalara əməl etməyən vətəndaşılarının məsuliyyətsizliyinin acı nəticəsini çəkməyə başlayıb. Vəziyyət isə göz qabağında. Dünyada epidemioloji durumu nəzərə alan Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq fövqəladə vəziyyət rejimininin növbəti üç ay müddətinə uzadılması qərarı verdi. Dünyada virusun yenidən alovlandığı bir dönəmdə Azərbaycan yoluxma sayını nəzərə alıb mərhələli yumşalmaya getdi. Lakin Azərbaycanda da sanitar-epidemioloji durumun yenidən çətinləşəcəyini müşahidə etmək qaçılmaz ola bilər. İctimai yerlərdə, nəqliyyat vasitələrində DİN əməkdaşları tərəfindən karantin qaydalarına əməl etməyən vətəndaşların cəzalanması prosesi xeyli zəifləyib.

Cəzasız olmur

Nəticədə cərimələnməmək üçün tibbi maskadan istifadə edənlər yenidən məsuliyyətsizlik nümayiş etdirirlər. Bunun cəzasını isə insanlar canları bahasına çəkirlər. Sağ qalanlar isə ölkə iqtisadiyyatının axsaması nəticəsində iş yerlərini, rahat həyatlarını itirirlər.

Bu müddət bizə COVİD-19 sınağından necə çıxmağı öyrədə bilmədisə, normal həyata qayıtmaq üçün yenidən 4-5 ay gözləməyə alışmaq məcburiyyətində qalacağıq. Xilas olmaq üçün bir yolumuz var - məsuliyyət! Anlayıram, hamı ölkədə məhbəs kimi yaşamaqdan bezib, hamının maddi və psixoloji durumu getdikcə daha dözülməz olub, heç kim artıq karantin rejiminin uzadılması istəmir. Bəs biz normal həyata dönmək üçün nə edirik?!


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2535   Tarix: 06 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib

Azərbaycanın Milli Qəhrəman Şahin Tağıyev infarkt keçirib. xəbər verir ki, bu barədə Milli Qəhrəmanın hazırda İsveçdə yaşayan yaxınları bildiriblər. "Şahin Tağıyev üç gün öncə beyin qanaması və infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib", - ailə üzvləri Milli Qəhrəman haqqında danışarkə

18 aprel
.

Kirayə mənzil bazarında qiymətlər niyə bahadır? - AÇIQLAMA

Bu gün ölkənin daşınmaz əmlak bazarında qiymətləndirmə ictimaiyyəti maraqlandıran əsas məqamlardandır. Ölkə ərazisində xüsusi ilə də paytax Bakıda kirayə mənzillər bahalaşıb. Kirayə mənzil bazarında qiymət artımının səbəbi nədir?. Məsələ ilə bağlı mənzil üzrə ekspert Elnur Fərzəliyev -a açıqlama verib

19 aprel
.

İki ölkə arasında qarşılıqlı raket hücumları: Müharibə BAŞLAYIR? - AÇIQLAMA

Bildiyimiz kimi, İran-İsrail arasında gərginlin artmaqda davam edir. İki ölkə arasında davam edən qarşılıqlı raket hücumları bir sıra suallar yaradır. Tərəflər bir-birini hücum olacağı təqdirdə cavabın ağır olacağını, nüvə obyektlərinə zərbə vurmaqla hədələyir. Bir sıra mənəbələrdə qeyd olunur ki, artı

19 aprel
.

Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Son günlər əməlli-başlı "tiktoker ovu" gedir. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatlarda onların saxlanılma səbəbləri kimi canlı yayımlarda qeyri-etik hərəkətlər etmələri, söyüş söymələri və təhqiramiz ifadələr işlətmələri göstərilir. Bu əməllərə görə, 10-20-30 sutka həbs cəzası ala

19 aprel
.

"Oğlan subay olub, qız isə uşaq evində böyüyüb" - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO

Ötən gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində hamam otağından qızla oğlanın meyiti tapılıb. xəbər verir ki, ATV-nin çəkiliş qrupu sözügedən mənzildə olub. Məlumata görə, dünyasını dəyişən 37 yaşlı Ələmdar Babayev subay olub və ailəsi ilə birgə yaşayıb. Onunla birgə dəm qazından boğulan qız is

19 aprel
.

Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra erməni terrorçuları Qarabağda məskunlaşa bilər? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər. Lakin burada təhlüksizlik baxımından bir sıra suallar yaranır. Rusiya sülhməramlıları bölgəni tərk etdikdən sonra nəzarət Azərbaycana keçir. Rusiya sülhməralıları bölgəni tərk etdikdə

19 aprel
.

Xəzər dənizində suyun səviyyəsi niyə aşağı düşür? - AÇIQLAMA

Bütün dünyada gedən iqlim dəyişmələri ilə bağlı bir çox problemlər Yer kürəsini təhdid edir. Xəzər dənizində də suyun səviyyəsinin getdikcə aşağı düşməsidir. Aparılan tədqiqatlara əsasən, dənizdə suyun səviyyəsinin azalması 2040-cı ilə qədər davam edəcəyi deyilir. Bunun səbəbi nədir. Mövzu ilə bağl

19 aprel
.

"Kömək elə" sözünü eşitdik, getdk, gördük keçiniblər" - Qətlə yetirilən ər və arvadın qonşusu - VİDEO

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə, kömək elə" səsi eşitdik. Gördük ki, keçiniblər". Bu sözləri Baku TV-ə qətlə yetirilən ər və arvadın qonşuları deyib. Qonşuların verdiy

19 aprel
.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksin

19 aprel